Monday, 29 Noyabr 2021 03:14
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva

Yardımlıda İdman Kompleksinin açılışı olub

Yol Polisi gücləndirilmiş rejimdə çalışır

Həsənağa Rzayev YAZTV-ə müsahibə verib

Milli Olimpiya Komitəsinin İdman şöbəsinin rəisi Həsənağa Rzayev Yeni Azərbaycan Televiziyasına (YAZTV) müsahibə verib.

DİN növbəti maarifləndirci sosial çarx hazırladı

Fərid Mansurov YAZTV-ə müsahibə verib

Fərid Mansurov YAZTV-ə müsahibə verib

Gənclər və İdman Nazirliyində İdman şöbəsinin müdiri, 1-ci dərəcə dövlət qulluqçusu Fərid Mansurov Yeni Azərbaycan Televiziyasına (YAZTV) müsahibə verib.

 

 

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

Gəncədə dezinfeksia işləri davam etdirilir

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işləri davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır.

Nazirlər kabineti yanında operativ qərargahın tapşırığı ilə gündəlik aparılan dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş rejimdə görülür və şəhərin, mərkəzində yerləşən küçələri, əhali sıxlığı təşkil edən bütün əraziləri, o cümlədən, Cavad xan küçəsini, xan bağını, açıq hava idman qurğularını, poçt şöbələrinin, bankların, bankomatların qarşısını, yaşayış binalarının girişlərini, parkları, bulvarı, istirahət məkanlarının ərazilərini əhatə edir.

Bununla yanaşı bu gün MKTİB təmizlik şöbəsinin rəisi Cəmşid İsmayılovun idarəçiliyi və 300-ə yaxın əməkdaşın iştirakı ilə ümumşəhər təmizlik iməciliyi təşkil olunub.

MKTİB-nin xüsusi maşınları ilə şəhərin mərkəzi yol kənarları, səkilər, qranit döşəmələr və körpülər yuyulub.

Qeyd edək ki, bütün görülən bu işlər şəhər rəhbərliyinin tapşırığı və MKTİB-nin rəisi İlham Quliyevin göstərişi ilə aparılır.
  Sözügedən işlərin nəzarəti isə MKTİB-nin rəis müavinləri Elşad Əsgərova, İlqar Əsədova və baş mexanik Naqif İbişova həvalə edilib.

Azərbaycan Ordusunun parad heyəti Moskvaya yola düşdü

İyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti bu gün Moskva şəhərinə yola düşüb.

Bu barədə YAZTV-ə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bakıda yekunlaşan hazırlıq məşqlərini hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə Moskvada davam etdirəcəklər.

Qeyd edək ki, hərbi paradda hərbçilərimiz ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi edəcəklər.