Wednesday, 29 İyun 2022 23:48
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Hindistanda etiraz aksiyasının 300-dən çox iştirakçısı saxlanılıb

Hindistanda etiraz aksiyasının 300-dən çox iştirakçısı saxlanılıb

Hindistan polisi Məhəmməd Peyğəmbərin təhqir olunmasına qarşı həftəsonu keçirilmiş etiraz aksiyalarının 300-dən çox iştirakçısını saxlayıb.

YAZTV xarici məbtuata istinadən xəbər verir ki, ən kütləvi etirazlar Uttar-Pradeş ştatında baş tutub.

Etirazçılar polisi daşa tutub, binalarda qarət və dağıntılar törədiblər.

Hökumət etirazçılara qarşı ən sərt tədbirlərin görüləcəyini bəyan edib.

Xatırladaq ki, etirazlara Hindistanın iqtidarda olan partiyası - "Bharatiya Canata Parti”nin keçmiş rəsmi nümayəndəsi Nipur Şarmanın Məhəmməd Peyğəmbərin ünvanına qalmaqallı fikirlər səsləndirməsi səbəb olub.

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 3 nəfər vaksinasiya olunub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci və ikinci doza vaksin vurulmayıb.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 3-dür. Pozitiv nəticədən sonra buster doza vaksin vurduran olmayıb.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 744 946, birinci doza peyvəndlərin ümumi sayı 5 350 968, ikinci doza vaksinlərin sayı 4 851 055 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 295 428, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 495 olub.

Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 1 434 nəfər vaksinasiya olunub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 205, ikinci doza vaksinlərin sayı 150 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 965-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 114 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 744 943, birinci doza peyvəndlərin ümumi sayı 5 350 968, ikinci doza vaksinlərin sayı 4 851 055 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 295 425, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 495 olub.

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Pensiyalar sabah tam ödəniləcək

Pensiyalar sabah tam ödəniləcək

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə YAZTV-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Azərbaycanda son sutkada 14 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 14 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 091 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 78 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 941, bu günə qədər isə ümumilikdə 6 923 348 test icra olunub.

Bakının mərkəzi yolları bu gündən açılacaq

Bakının mərkəzi yolları bu gündən açılacaq

Bu gün saat 18:00-dan etibarən Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı əksər prospekt və yollar açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən  verilən məlumata görə, 10 - 12 iyunda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində bağlanmış prospekt və küçələr bu gündən etibarən sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildirir.

Yol polisi "Son zəng" tədbirləri ilə bağlı valideynlərə müraciət edib

Yol polisi "Son zəng" tədbirləri ilə bağlı valideynlərə müraciət edib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Son zəng" tədbirlərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı valideynlərə müraciət edib.

BDYPİ-dən YAZTV-yə daxil olan müraciətdə deyilir:

Əziz müəllimlər, valideynlər və şagirdlər! Hər birinizi “Son zəng” günü münasibətilə təbrik edir, gələcək həyatınızda uğurlar arzulayırıq!

Bu gündən etibarən doğma məktəbdən ayrılan məzunlarımız həyatlarının yeni mərhələsinə qədəm qoyacaq, planlaşdırdıqları hədəflərə doğru addımlayacaq, təhsilini ali məktəbdə davam etdirəcək, hansısa ixtisasa yiyələnəcək və ya Vətənin keşiyində durmaq üçün hərbi xidmətə yollanacaqlar. Lakin harada olmalarından asılı olmayaraq onlar yol hərəkəti iştirakçısı olaraq qalacaqlar.

Son illərin təcrübəsi göstərir ki, bəzən şagirdlər “Son zəng” günü valideynlərinə və ya qohumlarına məxsus nəqliyyat vasitələrindən istifadə edərək əyləncə təşkil etmək məqsədilə sükan arxasına əyləşirlər. Avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi isə olduqca təhlükəli əməldir.

Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Çox təəssüf ki, bəzən bu cür səhlənkarlığa yol verən valideynlərə rast gəlinir ki, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır faciələr yaşanır.

Əziz məzunlar, yaddan çıxarmayın ki, sizin gələcək həyatınızda hər bir uğurunuz valideynləriniz və bizim üçün çox vacibdir. Yol hərəkəti qaydalarına əməl etməklə siz, doğmalarınızın və başqalarının həyatına da dəyər vermiş olursunuz.

Bir daha “Son zəng” gününü qeyd edən məzunlarımıza uğurlar, can sağlığı və həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzulayırıq!"

Azərbaycanda son sutkada 14 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada 14 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 14 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 091 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 78 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 941, bu günə qədər isə ümumilikdə 6 923 348 test icra olunub.

Azərbaycanda son sutkada koronavirusa yoluxma faktı olmayıb

Azərbaycanda son sutkada koronavirusa yoluxma faktı olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, ölən olmayıb.

 
Bu ərazilərə yağış yağacaq - BU GÜNÜN HAVASI

Bu ərazilərə yağış yağacaq - BU GÜNÜN HAVASI

İyunun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  YAZTV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

 
 
 
 
 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Bakıda yağış yağacaq

Bakıda yağış yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti, Bakıda gecə 20-22° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.