Saturday, 10 İyun 2023 21:27
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bakıdan Antalyaya uçan təyyarə geri qayıdıb

Bakıdan Antalyaya uçan təyyarə geri qayıdıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 027 nömrəli Bakı-Antalya reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə  AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 07:57-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Antalyaya yola düşəcəklər.

Avqust ayının sosial yardımları ödənilib

Avqust ayının sosial yardımları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu avqust ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını da bu gün ödəyib.

Nazirlikdən  verilən məlumata görə, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Beləliklə, bütün sosial təminat növləri üzrə avqust ayının sosial ödənişləri bu gün yekunlaşıb.

Bu gün hava küləkli olacaq

Bu gün hava küləkli olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 25-də hava yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.

Bu gün hava küləkli olacaq

Bu gün hava küləkli olacaq

Avqustun 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 55-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.

Unun qiymətinə dair monitorinqlərə 20-dən çox müəssisə cəlb olunub

Unun qiymətinə dair monitorinqlərə 20-dən çox müəssisə cəlb olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 20-dən çox yerli un istehsalı müəssisələrində gündəlik monitorinqlər aparır.

Bu barədə YAZTV-nin sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, xüsusilə də çörək bişirilməsində ən çox istifadə olunan 50 kiloqramlıq əla növ unun topdansatış qiyməti monitorinq edilir. İri un istehsalçılarından topdansatış qiymətləri gündəlik əldə olunur və Dövlət Xidmətinin saytında yerləşdirilir.

Bundan başqa 1, 2, 5 kiloqramlıq qablaşdırılmış unun gündəlik qiyməti də ölkə üzrə şəbəkə və satış məntəqələrində monitorinq olunur. Bu monitorinqlərdə eləcə də, 50 kiloqramlıq unun pərakəndə satışına nəzarət tədbirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları da iştirak edir.

Dövlət Xidməti eyni zamanda əksər iri çörək istehsalı müəssisələrində də monitorinqlər həyata keçirir, Bakıda və regionlarda ticarət obyeklərində də müxtəlif çörək növlərinin yəni, ənənəvi (dairəvi), doğranmış, paketlənmiş, təndir eləcə də qara çörəyin qiymətləri monitorinq edilir.

Monitorinqlərin əsas məqsədi mövcud bazarda cari məlumatların toplanılması və analitik təhlillərin aparılmasıdır. Məhz təhlillər aparıldıqdan sonra qanun pozuntusu aşkar olunduğu təqdirdə qanunamüvafiq tədbirlər həyata keçirilir.

Benzin və dizelin satış qiyməti ilə bağlı Tarif Şurasından - Açıqlama

Benzin və dizelin satış qiyməti ilə bağlı Tarif Şurasından - Açıqlama

Aksiz dərəcəsi üzrə dəyişiklik avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinə təsir göstərməyəcək.

Tarif (qiymət) Şurasının Katibliyindən  bildirilib ki, ümumiyyətlə, qeyd edilən məhsullar üzrə qiymət dəyişikliyinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 avqust tarixli 322 nömrəli “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” Qərarına əsasən, avtomobil benzininin aksiz dərəcəsi 42,0 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18,0 faizdən 18,3 faizə dəyişdirilib və qərar 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minəcəkdir.

Leyla Əliyeva anasını belə təbrik etdi - FOTO

Leyla Əliyeva anasını belə təbrik etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva instaqram hesabında Birinci vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

YAZTV xəbər verir ki, Leyla Əliyeva təbrikində anasını çox sevdiyini bildirərək, ona şeir həsr edib.

https://www.instagram.com/p/Chsi98ljnIT/?igshid=YmMyMTA2M2Y=

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 55-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.

Təhsil Nazirliyinin idarəsi 2 milyon manatlıq tenderə yekun vurub

Təhsil Nazirliyinin idarəsi 2 milyon manatlıq tenderə yekun vurub

Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi qaz sayğaclarının təmirinə dair elan etdiyi açıq tenderə yekun vurub.

YAZTV dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalib “Enermus” MMC-dir.

Qalib şirkətə 2,308 milyon manat ödəniləcək.

Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

YAZTV-nin məlumatına görə, Mehriban Arif qızı Əliyeva 1964-cü ilin 26 avqustunda Bakı şəhərində anadan olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb.

2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın I vitse-prezidenti təyin olunub.

Ailəlidir, iki qızı, bir oğlu var.

Hüquqşünas Sərxan Sadıxov: "İcranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə haqqında"

Hüquqşünas Sərxan Sadıxov: "İcranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübə haqqında"

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının 7.3-cü bəndindən aydın olur ki, məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmlərinin, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi zərurəti yaranıb. Azərbaycanda məhkəmə qərarlarının icrası prosesində müəyyən problemlər mövcuddur və daha effektiv icra mexanizmlərinin tətbiqinə ehtiyac var.

Bildiyiniz kimi, icra fəaliyyətinin ictimai hüquq modelində məhkəmə qərarlarının icrası funksiyaları xüsusi hüquq-mühafizə orqanlarına həvalə edilir. Lakin, məhkəmə qərarlarını tətbiq edərkən fərdi şəxslərin xidmətlərindən istifadə etmək mümkündür, məsələn, borclunun əmlakını axtarmaq üçün. Fərdi icraçıların fəaliyyətinin effektivliyini və iş mexanizmini öyrənmək üçün beynəlxalq təcrübəyə üz tutmaq məqsədə müvafiqdir.

Amerika Birləşmiş Ştatları. ABŞ-da məhkəmə qərarlarının icrası Marşal Xidmətinə (dövlət qurumu) həvalə edilir, lakin onun işçiləri yalnız kreditorun göstərişlərinə uyğun hərəkət edirlər. Kreditor borclunun əmlakını axtarmaq üçün tədbirlər görür və bu əmlaka həbs qoyulması məsələsində müstəqil qərar verir. O, bu hərəkətlərin icrasını vəkilə tapşırmaq hüququna malikdir. Kreditorun Marşal Xidmətinin əməkdaşına verdiyi təlimatlar xüsusi rəsmi sənəddə göstərilməlidir və əmlak barədə məlumatlar qeyri-dəqiq olduqda, kreditor məhkəməyə hörmətsizlik etdiyi üçün məsuliyyətə cəlb oluna bilər. Belə hallarda, Marşal Xidmətinin əməkdaşı məsuliyyətdən azad edilir, çünki o, iddiaçının rəsmi yazılı göstərişlərini yerinə yetirir.

Eyni zamanda qeyd etmək lazımdır ki, icra məsuliyyəti daşıyan dövlət qurumları fiziki münaqişə və ya iğtişaş riski olduğu hallarda tətbiq edilir.

Bu baxımdan, ABŞ-da icra işlərinin böyük hissəsini fərdi “toplama agentlikləri” (en. Collection agency) həyata keçirir və beləliklə, dövlət orqanlarının iş yükünü azaltmış olurlar və çətin, mübahisəli işlərin icrası üçün dövlət qurumlarının işləməsini təmin edirlər.

Böyük Britaniya. Böyük Britaniyada məhkəmə qərarları məcburi qaydada icra edilmir: təşəbbüs kreditora məxsusdur. O, ilkin olaraq üç suala cavab verməlidir: 1) müstəqil olaraq borclunu tapa bilərmi; 2) borclunun əmlakını tapa bilərmi; 3) bu əmlakı borcludan ala bilərmi?

Məhkəmənin hüququ var ki, kreditora borcun əmlakını axtararkən və ondan kompensasiya almaqda köməklik göstərsin. Lakin iddiaçı onun köməkçisi kimi xüsusi agenti cəlb edə bilər və ya məhkəməyə müraciət edə bilər. Məhkəmə qərarı verildikdən sonra borclu kreditora zəruri məbləği ödəmədikdə və ya ödəməkdən imtina etdikdə, kreditor borclunu ifadə verməyə çağırmaq üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu ifadələr borclu işləyən olub-olmadığını, gəlirinin nə olduğunu, bank hesabı olub-olmadığını müəyyən etməyə imkan verir. Bu məlumatlar icra mexanizmini müəyyən etməyə kömək edir.

Almaniya. Almaniya Federativ Respublikasında məhkəmə qərarlarının icra orqanları geniş səlahiyyətlərə malikdir. Almaniyada mülki mübahisələr üzrə qərarların icrasını yalnız dövlət orqanları həyata keçirir. Fərdi icraçılar tərəfindən qərarların icrası tamamilə mümkünsüzdür. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan Respublikasının qanunvericiliyində də oxşar qaydalar tətbiq edilir.

2003-cü ildən etibarən məhkəmə qərarlarının fərdi hüquqi icrası modelinə keçən Litvada icra məmurlarının sayı dövlət icbari məhkəmə icrası sistemində olan müddətdə ərzində olan sayı ilə müqayisədə iki dəfə azalıb. Eyni zamanda, icra məmurunun peşə nüfuzu artmış və icraat prosesinin keyfiyyəti yaxşılaşmışdır.

Fransa, Belçika, Lüksemburq, Hollandiya və digər Avropa ölkələrində məhkəmə icraçıları öz fəaliyyətlərini xüsusi lisenziya əsasında həyata keçirən fərdi şəxslərdir.

Yekun olaraqn qeyd etmək lazımdır ki, məhkəmə qərarlarının icrası müxtəlif ölkələrdə fərqli qaydada həyata keçirilir, həmçinin qanunvericilikdə dövlət və fərdi icraat sistemini də tətbiq edən ölkələr var. Belçika, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Fransa, Estoniya, Litva və digər Avropa ölkələrində məhkəmə icraçıları öz fəaliyyətlərini xüsusi lisenziya əsasında həyata keçirən fərdi şəxslərdir. Qarışıq icra sistemi aşağıdakı ölkələr üçün xarakterizə olunur: Belçika, Bolqarıstan, Böyük Britaniya (İngiltərə, Uels, Şotlandiya), Qazaxıstan, Kanada. Belarus, Almaniya, Danimarka, İsrail, Amerika Birləşmiş Ştatları, Finlandiya, İsveç kimi ölkələrdə dövlət icbari icra sistemi mövcuddur. Rusiyada, ABŞ-da və Finlandiyada dövlət icbari icra orqanları icra hakimiyyəti sisteminə daxildir. Belarus, Almaniya, İsrail və Qazaxıstanda dövlət icbari icraatı məhkəmələrdə fəaliyyət göstərən vəzifəli şəxslərə həvalə edilir.

Xarici ölkələrdəki müasir icbari icra sistemləri müəyyən dövləti icraat prosesinin hər hansı bir sisteminə aid etmək üçün əsas verən spesifik xüsusiyyətlər ilə fərqlənir. Bu gün məhkəmə qərarının bütovlükdə və ya onun hissələrinin icrası prosesinin həlli üçün qeyri-məhkəmə üsullarının tətbiqi sahəsində inkişaf müşahidə olunur. Buna görə də, məhkəmə qərarlarının icbari icrası öz əvvəlki qüvvəsini itirir və formalaşan yeni prinsiplərə əsasən fərdi icra mexanizminin işə salınması uğrunda tədbirlər görülür.

Azərbaycanda məhkəmə qərarlarının icrasının özəl qurumlara həvalə edilməsi müxtəlif suallar doğuran məsələdir. Buna görə də fərdi icraat institutunun tətbiq edilməsinin müsbət və mənfi tərəflərini qeyd etmək lazımdır.

Müsbət tərəflər:

Dövlət icra orqanlarının fəaliyyətinin maliyyələşdirmə yükü aradan qaldırılır;

Azərbaycanda məhkəmə qərarlarının icrası prosesində boşluqlar mövcuddur və icra məmurları tərəfindən bəzən süründürməçiliyə, icraatın qeyri-qanuni yollarla həyata keçirilməsi halları baş verir. Bu kimi halların aradan qaldırılmasında böyük rolu olacaq. Belə ki, kreditorlar icraatın uzadılmadan həyata keçirilməsində maraqlı olduqlarından fərdi icraçıya müraciət etmək imkanı əldə edəcəklər.
Kreditorların seçim hüququ yaranır. Belə ki, istədikləri halda müvafiq özəl icra qurumlarına müraciət etmək və ya icraatı dövlət icra orqanlarının öhdəliyinə buraxmaq imkanı əldə edirlər.
Məhkəmələrdə və icra orqanlarında iş yükünün azaldılmasına, balanslaşdırılmasına yol verir.

Mənfi tərəflər:

Azərbaycan Respublikasının Konstitusiyasının 6-cı maddəsinə əsasən, Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Buna baxmayaraq, fərdi icraçıların insanların mənzillərini və digər əmlaklarını ələ keçirmək, yəni dövlət orqanlarının səlahiyyətləri olan vətəndaşların konstitusion hüquqlarını məhdudlaşdıraraq öz vəzifələrindən sui-istifadə etmələri ehtimal edilir.

Hazırda fəaliyyət göstərən icra orqanlarının fəaliyyətinin şəffaflaş və yüksək səviyyədə həyata keçirilməsinin təmin olunması, icra orqanlarında çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması əvəzinə yeni özəl icra orqanlarının yaradılması mövcüd problemlərin həlli üsulunu tapması qeyri-realdır.

Beynəlxalq təcrübəni öyrəndikdə Azərbaycanda özəl icraat institutunun yaranması ilə bağlı konkret və qəti nəticələrə gəlmək olduqca çətindir. Hazırda Azərbaycanda mühüm islahatların baş verdiyini nəzərə alsaq, bu kimi məsələlərin müzakirəsi və onlar üzrə araşdırmanın aparılması dövlətin islahatları düzgün səmtə yönəltməsinə dəstək olacaq. Mənfi və müsbət tərəfləri, həmçinin xarici ölkələrdə olan təcrübəni nəzərə almaq yekun qərarın verilməsində böyük rol oyansa da, həlledici deyildir. Bir tərəfdən mənfi yanaşma olaraq fərdi icraçıların özbaşınalığı ehtimalı, digər tərəfdən isə kreditorların seçim hüququnun yaranması, icra məmurlarından asılılığın aradan götürülməsi məsələnin daha da qabardılmasına yol açır. Qazaxıstan Respublikası 2010-cu ildən etibarən qarışıq sistemi tətbiq edir və kifayət qədər uğurlu nəticələr əldə etmək mümkün olub. Həmçinin, bir sıra Avropa ölkələri icbari dövlət icraatı ilə yanaşı, fərdi icraçıların fəaliyyətini leqallaşdırıblar və hətta onlara müəyyən üstünlüklər verirlər.

Bütün bu faktorları nəzərə alaraq, Azərbaycan Respublikasında icbari dövlət icraatı ilə yanaşı, özəl icra orqanlarının yaradılmasına təkan vermək məqsədəmüvafiqdir. Lakin belə qurumların yaradılmasına və ümumiyyətlə fəaliyyətinə nəzarəti dövlət orqanlarına həvalə edilməsi zəruridir. Həmçinin, unutmaq lazım deyil ki, yeni yaradılan özəl orqanlar vətəndaşların maraqları naminə, süründürməçiliyin və korrupsiya hallarının aradan qaldırılması, şəffaflığın təmin edilməsi məqsədi ilə fəaliyyət göstərməlidirlər.

Ölkədə koronavirusla bağlı statistika

Ölkədə koronavirusla bağlı statistika

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 653 yeni yoluxma faktı qeydə alınıb, 732 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.