Monday, 29 Noyabr 2021 04:21
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
50 manatlıq əsginas dünyanın ən təhlükəsiz banknotu seçildi

50 manatlıq əsginas dünyanın ən təhlükəsiz banknotu seçildi

Noyabrın 17-18-də Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyasının (IHMA) Böyük Britaniyada təşkil etdiyi beynəlxalq konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) tədavülə buraxdığı yeni 50 manatlıq pul nişanı “ilin mütərəqqi dizayna malik ən təhlükəsiz banknotu” nominasiyası üzrə qalib seçilərək xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.

YAZTV xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumatda deyilir ki, pul nişanının üzərində tətbiq edilmiş “Rolling Star Lead” holoqramı və bu holoqramda ekskluziv olaraq banknotun dizayn mövzusuna (“Təhsil və gələcək”) uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.

 

Eyni zamanda, “Təhsil və gələcək” mövzusuna həsr olunmuş bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən – “Günəş”, inkişaf rəmzi olan – “Pillələr”, təhsilin önəmli kateqoriyaları olan “Təhsil ocağı”, “Şagird”, “Tələbə”) ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.

Hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

Azərbaycanda ehtiyac meyarı ləğv oluna bilər

Azərbaycanda ehtiyac meyarı ləğv oluna bilər

“Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı göstərici var. Əsas məqsəd odur ki, ehtiyac meyarı yaşayış minimumuna çatdırılsın”.

YAZTV-nin xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda da bir çox ölkələrdə olduğu kimi ehtiyac meyarı ləğv oluna bilər.

Azərbaycanda epidemiya nəzarət altındadır - Yaqut Qarayeva

Azərbaycanda epidemiya nəzarət altındadır - Yaqut Qarayeva

Bu gün Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəricilərinə əsasən, epidemiyanın nəzarət altında olduğunu deyə bilərik.

YAZTV-nin məlumatına görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

"Lakin xüsusən qonşu ölkələrdə baş verən prosesləri nəzərə alaraq ehtiyatı əldən verməməli, arxayın olmamalıyıq. Qış fəslinin yaxınlaşması nəticəsində havaların soyuması ilə əlaqədar vətəndaşlar qapalı məkanlarda daha çox vaxt keçirməli olurlar. Ona görə də indiki vaxtda "buster" doza ilə peyvəndlənmək qışa hazırlıq kimi də dəyərləndirilə bilər, profilaktik tədbir kimi də", - Y.Qarayeva əlavə edib.

O bildirib ki, "buster" doza ilə vaksinasiya tövsiyə edilsə də, 4-cü doza ilə bağlı fikir söyləmək hələlik tezdir: "Pandemiyanın gedişində bu barədə daha dəqiq söz demək olar. Hazırda dünyada xəstəliyin dərindən öyrənilməsi üçün müxtəlif araşdırmalar aparılır. Biz də bu araşdırmaları sıx izləməyə çalışır və yeniliklərə qısa vaxtda reaksiya verməyə çalışırıq. Onu da qeyd edim ki, ölkədə vaksinasiya prosesində aktivlik hiss olunur. Yəni, prosesi müsbət qiymətləndiririk".

Sabah yağış, qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah yağış, qar yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında noyabrın 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 24-ü axşamdan 25-i gündüzədək qərb küləyinin arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Samir Şərifov qazın qiymətinin artmasının səbəbini açıqlayıb

Samir Şərifov qazın qiymətinin artmasının səbəbini açıqlayıb

“Bir çox deputatlar öz çıxışlarında təmsil etdikləri rayonlarda seçicilərin maraqlarını müdafiə etmək məqsədilə bir çox məsələlər qaldırıblar”.

YAZTV-nin xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, deputatların qaldırdığı problemlər qeydə alınır və təhlil edilir: “Hansı məsələlər daha prioritet olursa, onların həlli təmin edilir. Qaz təchizatı ilə bağlı məsələlərə aidiyyəti dövlət qurumları münasibət bildirəcəklər. Dünya bazarlarında hazırda təbii qazın qiyməti çox yüksəkdir. Bu proseslər ölkə daxilində də öz təsirini göstərir”.

Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ

Noyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

YAZTV Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.

Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1904 yeni yoluxma faktı qeydə alınıb, 1833 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 29 nəfər COVID-19-dan dünyasını dəyişib.

TƏBİB: “Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmirlər”

TƏBİB: “Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmirlər”

“Antibiotiklər bakteriyaların səbəb olduğu infeksional xəstəliklərin müalicəsi üçün ən vacib silahdır. Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, dərman vasitələrinin 50 %-dən çoxu uyğun olmayan qaydada reseptdə yazılır, buraxılır və ya satılır”.

YAZTV  xəbər verir ki, bu fikirləri TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.

Onun sözlərinə görə, antibiotiklərin 30-65 %-i doğru istifadə göstərişi və dozalarda istifadə edilmir: “Antibiotiklərin 50 %-i yuxarı tənəffüs yolları infeksiyalarında istifadə edilir. Bütün xəstələrin yarısı dərman vasitələrini düzgün qaydada istifadə etmirlər”.

Təhsil Nazirliyindən 5,6 milyon manatlıq tenderlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyindən 5,6 milyon manatlıq tenderlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov 5,6 milyon manatlıq tenderlə bağlı açıqlama verib.

YAZTV-nin məlumatına görə, Nazirliyin sektor müdiri açıqlamanın noutbukların alınması ilə bağlı dezinformasiya xarakterli şərhlərə cavab olaraq edildiyini bildirib.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 2021-ci il ərzində ayrılmış büdcə vəsaitləri çərçivəsində təhsil müəssisələrində təhsil alan şagirdlərin noutbuklarla təmin olunması məqsədi ilə satınalınma üzrə tender elan edilmişdir. Tender nəticəsində qalib gəlmiş “İnfinitech” MMC ilə 19 noyabr 2021-ci il tarixində 6 874 ədəd noutbukun alınması üzrə 5 604 922,12 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanıb”, - deyə o qeyd edib. (oxu az)

Son sutkada nə qədər vaksin vurulub?

Son sutkada nə qədər vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 348 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 698, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 728, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 23 922 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 328 843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 055 303, ikinci mərhələ üzrə 4 532 579, “buster” doza üzrə isə 740 961 nəfər təşkil edir.

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 5 %-ə düşüb

Azərbaycanda problemli kreditlərin xüsusi çəkisi 5 %-ə düşüb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 815,9 milyon manat təşkil edib.

YAZTV  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 6,3% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 8,65%, son 1 ildə isə 18,9% azalıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5% təşkil edib. Bu nisbət sentyabrın sonuna 5,5%, ötən ilin sonuna 6,1%, ötən il oktyabrın sonuna isə 6,8% olub.

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 137 mina aşkarlanıb

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 137 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan  bildirilib ki, noyabrın 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 112 tank əleyhinə mina və 88 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 

157 hektar ərazi mina və PHS-lərdən təmizlənib.