Monday, 03 Oktyabr 2022 05:46
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlandı

Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlandı

Cari il fevralın 27-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 980 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 198 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

YAZTV (oxu az)

Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib

Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YAZTV-e verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 651 nəfər müalicə olunaraq sağalıb, 3 218 nəfər vəfat edib, aktiv xəstə sayı 2 398 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 873, ötən müddət ərzində isə ümumilikdə 2 591 235 test aparılıb.
 
Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ

Fevralın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 6-8, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Fevralın 27-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-8, yüksək dağlıq ərazilərdə 10-12, gündüz 0-5 dərəcə şaxta olacaq.

Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YAZTV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 544 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 444, ötən müddət ərzində isə ümumilikdə 2 598 679 test aparılıb.
Mart ayının hava proqnozu açıqlanıb

Mart ayının hava proqnozu açıqlanıb

Mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan aşağı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 7-12, bəzi yerlərdə 15-18 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 20-27 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər normadan aşağıdır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 17-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-44 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər normadan aşağıdır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi yerlərdə 0-3 dərəcə şaxta, üçüncü ongünlüyün bəzi günlərində 11-16 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 42-52 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 5-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-21 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 19-48 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7, dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 15-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 23-90 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 17-22 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 24-45 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-3, dağlarda 3-8 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-21dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 56-112 mm) gözlənilir.

Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib

Müdafiə Nazirliyinin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Abidə önünə gül dəstələri qoyulub və faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib.

Sumqayıt hadisələrindən 33 il ötür

Sumqayıt hadisələrindən 33 il ötür

Sumqayıt hadisələrinin 33 ili tamam olur. YAZTV-nin məlumatına görə, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub.
 
Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
 
Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnmə cəzasına məhkum edilsə də, şahid ifadələri əsl günahkarın əslində erməni Eduard Qriqoryan olduğunu sübut edir.
 
Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas edib.
 
Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri Vladimir Kryuçkov da etiraf edib. SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni millətindən olan 26 nəfərin qətlini məhz bu dəstələr həyata keçirib.
 
Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra - fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq həlak olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.
 
Öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub. Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını zorlayıb. Lakin erməni təşkilatları bu cür cinayətlər törətmiş E. Qriqoryanı ağır cəzadan qurtara bilib. E. Qriqoryana 12 il iş verilib və o, bir neçə ildən sonra azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxs azərbaycanlı Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub.
 
Bundan başqa, iğtişaşlara görə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs olunub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, 94 nəfər barəsində isə cinayət işi açılıb.
 
Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər. Onlar Sumqayıt hadisələri haqda dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval ruhiyyəsi yaratmağa çalışırlar.

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

Məşğulluq haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, məşğul şəxslərə dair məlumatların məşğul şəxslərin reyestrinə daxil edilməsi tələbləri yeni redaksiyada verilib.

YAZTV-e xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.

Dəyişikliklərə uyğun olaraq, işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.

İşsiz şəxslərlə yanaşı il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığı ödənişsiz təşkil olunur.

Həmçinin tələbə və şagirdlərin valideynlərinə də peşəyönümünə dair məsləhət xidmətləri göstərilir.

Eyni zamanda seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak müqavilə əsasında bir il müddətinə verilir.

Layihədə nəzərdə tutulan əsas dəyişikliklər aşağıdakılardır:

- Əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir;

- İşaxtaran şəxslərin haqqı ödənilən ictimai işlərə və ödənişsiz peşə hazırlığı kurslarına cəlb olunmasına imkan yaradılır;

- "Məşğul şəxslərin reyestri"nin aparılmasında inzibatçılıq təkmilləşdirilir;

- Məşğul şəxslər barədə məlumatlar elektron qaydada aidiyyəti dövlət qurumlarının (ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya DOST mərkəzləri") elektron sistemlərindən əldə olunur;

- Məşğulluq tədbirlərinin təşkilində elektron xidmətlərin tətbiqi daha da genişləndirilir;

- Hazırda haqqı ödənilən ictimai işlər və peşə hazırlığı proqramlarına yalnız işsiz şəxslər cəlb oluna bilər. Layihəyə əsasən haqqı ödənilən ictimai işlərə və ödənişsiz peşə hazırlığı kurslarına işaxtaran şəxslər də 20 faiz həcmində cəlb olunacaq;

- İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya "DOST" mərkəzləri" tərəfindən cəlb edilirlər.

- Peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə təşkil edilir.

- Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası göstərməklə, peşə hazırlığının həmin müəssisədə təşkili barədə Agentliyə müraciət edə biləcəklər.

- Agentlik peşə hazırlığının nəzəri və praktiki hissələrini, məzmununu, müraciət etmiş müəssisələrin maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, onların gələcək məşğulluq imkanlarını nəzərə alaraq peşə hazırlığını həyata keçirəcək müəssisələri seçir.

YAZTV

“Qaçqınkom”dan müavinətlərdən 5 manat tutulması ilə bağlı xəbərlərə - Reaksiya

“Qaçqınkom”dan müavinətlərdən 5 manat tutulması ilə bağlı xəbərlərə - Reaksiya

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu “YAŞAT”a 5 manat məbləğində pul tutulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

YAZTV xəbər verir ki, Komitə bu xəbərin həqiqəti əks etdirmədiyini, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” Fondu üçün vəsait tutulmadığını açıqlayıb:

“Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub. Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları yaymaqdan çəkinməyi xahiş edir”.

Xatırladaq ki, sosial şəbəkələrdə 36 manat (kommunal xərclərdən güzəşti olmaqla) və 60 manat (kommunal xərcləri ödəməklə) çörək pulu alan məcburi köçkünlərin ödənişlərindən 5 manat çıxılması ilə bağlı məlumatlar yayılmışdı.

İstirahət gününün HAVA PROQNOZU açıqlandı

İstirahət gününün HAVA PROQNOZU açıqlandı

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-e verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4 dərəcə isti, gündüz 9-13 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-13 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

“8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir

“8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir

Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir.

Bu barədə YAZTV-yə “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd olunub ki, Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib. 2016-cı ilin aprelində metronun 3-cü xətti, “Bənövşəyi xətt”in “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra bu xəttin deposunun, “Yaşıl xətt”in “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir.

“Bənövşəyi xətt”in 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur.
 
YAZTV (qafqazinfo az)
Ombudsman: "Hərbi əsirlərlə bağlı məsələ mütamadi diqqətdə saxlanlır"

Ombudsman: "Hərbi əsirlərlə bağlı məsələ mütamadi diqqətdə saxlanlır"

"Hərbi əsirlərlə bağlı məsələ mütamadi diqqətdə saxlanlır".

YAZTV xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, bu mövzu ilə əlaqədar aiddiyyəri qurumlarla danışıqlar aparılır: “Hazırda bu istiqamətdə işlər davam etdirilir. Qısa müddət ərzində məsələ həllini tapacaq”.