Monday, 03 Oktyabr 2022 06:03
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda 603 nəfərdə COVID-19 aşkarlandı, 234 nəfər sağaldı, 6 nəfər vəfat etdi

Azərbaycanda 603 nəfərdə COVID-19 aşkarlandı, 234 nəfər sağaldı, 6 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 234 nəfər müalicə olunaraq sağalıb, 603 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YAZTV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 240 min 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 min 960 nəfər müalicə olunaraq sağalıb, 3282 nəfər vəfat edib. Aktiv xəstə sayı 6053 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 710 min 126 test aparılıb. Bugünkü test sayı isə 8945-dir.

DİM bu gün qəbul imtahanı keçirəcək

DİM bu gün qəbul imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirəcək.

Mərkəzdən YAZTV -yə verilən məlumata görə, şagirdlər və ya valideynlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edə bilərlər.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı 15 yanvar-28 fevral tarixlərində aparılıb. İmtahanlarda ümumilikdə 3 074 şagirdin iştirak edəcəyi nəzərdə tutulur.

İmtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunacaq.

İmtahanlar saat 12:00-da başlanır: “İmtahanda iştirak edəcək şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 11:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır”.

Azərbaycanda koronavirusa yoluxanların sayı 700-ü keçdi

Azərbaycanda koronavirusa yoluxanların sayı 700-ü keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YAZTV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 239 692 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5 690 nəfərdir.

 

 Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 470, ötən müddət ərzində isə ümumilikdə 2 701 181 test aparılıb.
Ötən gün Azərbaycanda 5942 nəfərə koronavirus əleyhinə vaksin vurulub

Ötən gün Azərbaycanda 5942 nəfərə koronavirus əleyhinə vaksin vurulub

Martın 13-də Azərbaycan Respublikasında 5942 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.

YAZTV koronavirusinfo.az saytına istinadla xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 453 min 586 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.
Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan özünü videobloqer kimi təqdim edən Ata Abdullayev barəsində həbs qərarı verilib. 

YAZTV-nin verdiyi xəbərə görə, dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib. 

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Məhkəmə prosesində çıxış üçün söz verilərkən özünü videobloqer kimi təqdim edən Abdullayev zalda diz çöküb yalvararaq hakimdən onu bağışlamasını xahiş edib. 

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir. 

İlkin məlumata görə, A.Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.

DİQQƏT: bu qidalar həyatınıza son qoya bilər - Bal, su, darçın...

DİQQƏT: bu qidalar həyatınıza son qoya bilər - Bal, su, darçın...

Gündəlik rasionunuzda bol-bol istifadə etdiyiniz bal, kofe, su kimi qidaların zərərli ola biləcəyini heç düşündünüzmü?

YAZTV həddindən artıq miqdarda istifadə edildiyində orqanizmə zərər verəcək qidaları təqdim edir.

Su

Mütəxəssislər tərəfindən bir insanın gündə, orta hesabla, 2 litr su içməsi məsləhət görülür. Lakin bir gün ərzində bu miqdarın 3 qatı qədər su içsəniz, böyrəkləriniz mayenin öhdəsindən gələ bilməyəcəyi üçün su zəhərlənməsi yaşaya bilərsiniz.

Foto - Su Uzmanlar tarafından bir insanın günde ortalama 2 litre su içmesi gerektiği belirtiliyor. Ancak tek seferde bu ortalamanın üç katı su tüketirseniz, böbrekleriniz bu kadar sıvıyı arıtamayacağı için su zehirlenmesi yaşayabilirsiniz.

Kofe

Bir çox insan üçün günə başlamağın açarı olan və gün ərzində də tez-tez müraciət edilən kofe dozasından artıq qəbul edildikdə ciddi problemlərə yol aça bilər. Buna görə də mütəxəssislər gündə 400 milliqramdan artıq kofein qəbul etməməyi tövsiyə edir. Kofein qəbulu artıq olarsa, ürəkdə döyüntü, qızdırma və hətta ölümlə nəticələnəcək miokard infarktı da yaşana bilər.

Şokolad

Dadı və qoxusu ilə bir çox insanın vaz keçə bilmədiyi özəllikdə olan şokolad həddindən artıq yeyildikdə ölümə səbəb ola bilər. Şokoladın tərkibində az miqdarda teobromin var. Lakin bu, çox güclü maddədir. Sinir sisteminə xəbərdarlıq göndərir. Əgər tək səfərdə 8 kq şokolad yesəniz, ishal olub epilepsiya tutmaları keçirə bilərsiniz. Daha sonra daxili qanama və miokard infarktı da yaşana bilər.

Darçın

Qoxusu ilə hər kəsi sehrinə alan darçın artıq miqdarda qəbul edildiyində məsumluğunu itirə bilir. 35 qaşıq darçın benzaldehid zəhərlənməsinə səbəb ola bilər.

Ton balığı

 

 
Balığın zehinə və orqanizmə faydaları saymaqla bitməz. Amma civə ilə zəngin ton balığından tez-tez istifadə etmək beynin funksiyalarına mənfi təsir göstərə bilər.

Foto - Ton Balığı Balığın zihinsel ve bedensel açıdan birçok yararı olduğu uzmanlar tarafından her fırsatta vurgulanıyor. Lakin sık sık ton balığı tüketen birisiyseniz, şu bilgiye kulak vermenizi öneririz: Ton balığı cıva konusunda zengin bir balık türü. Ufak balıklarda az miktarda bulunan cıva, ton balıklarında çok miktarda bulunuyor. Yüksek miktarda ton balığı tüketirseniz, içerdiği cıva nedeniyle beyin fonksiyonlarınıza zarar verebilirsiniz.

Hind qozu

Yeməklərdə az miqdarda istifadəsi tövsiyə edilən hind qozu kəskin miqdarda qəbul ediləndə müxtəlif effektlər verə bilər. Məsələn, 8 qr hind qozu bir sıra narkotik maddələrin yarada biləcəyi halisunasiyalara səbəb ola bilər. Bu da özünüzə və ətrafınızdakılara ölümcül zərər verməyinizə şərait yaradar.

Muskatın faydaları nelerdir? Muskat ne işe yarar? - Sağlık Haberleri

Bal

Bal necə zəhər effekti yarada bilər deyə düşünə bilərsiniz. Lakin bəhs etdiyimiz bal digərlərindən fərqlidir. Burada söhbət çiy baldan gedir. Pasterizə olunmamaış çiy balın 1 qaşığı belə qrania toksinləri səbəbilə halsızlıq və qızdırma kimi problemlərə yol aça bilər.

Alma çəyirdəyi

Bir fincan alma çəyirdəyi yemək siyanid zəhərlənməsinə səbəb ola bilər. Buna görə də almanı çəyirdəyi ilə yemək məsləhət görülmür.

Foto - Elma Çekirdekleri Birçok kişinin favori meyvelerinden olan elmanın yararları saymakla bitmiyor. Ama diğer yandan elmanın içinde bulunan çekirdeklerinin zararlı olabileceğini biliyor muydunuz? Siz de sağlıklı diye elmanın sapıyla birlikte tamamını tüketenlerdenseniz, bu alışkanlığınızdan bir an önce vazgeçmelisiniz. Çünkü eğer bir su bardağı elma çekirdeği yerseniz, siyanür zehirlenmesi nedeniyle hayatınızı kaybedebilirsiniz.

Badam

Təbiətin ən faydalı çərəzlərindən olan badamdan 25 ədəd yemək siyanid zəhərlənməsinə və ölümə səbəb ola bilər.

Abel Məhərrəmovun qardaşı və daha 3 nəfər istefa verdi

Abel Məhərrəmovun qardaşı və daha 3 nəfər istefa verdi

Azərbaycan Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.

YAZTV-nin məlumatına görə, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

İşdən ayrılanlardan biri - Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavinidir. O, 2008-ci ilin dekabr ayında Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.(report az)

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Martın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Martın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Sabirabad icra hakimiyyəti sosial şəbəkədə yayılan məlumatı təkzib edir - Açıqlama

Sabirabad icra hakimiyyəti sosial şəbəkədə yayılan məlumatı təkzib edir - Açıqlama

Bəzi internet saytlarında Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun rayonun Xəlfəli kənd sakini, şəhid anası Rəsulova Pakizə Rzaqulu qızını qəbul etməməsi barədə əsassız və qərəzli fikirlər yayılmışdır.

Bu barədə Sabirabad Rayonu İcra Hakimiyyətindən bildiriblər.

Məlumatda deyilir:
Yayılan böhtan xarakterli yazılarda 70 yaşı olduğu deyilən şəhid anası, Xəlfəli kənd sakini Rəsulova Pakizə Rzaqulu qızının əslində 45 yaşı vardır, hazırda qızı, kürəkəni və nəvəsi ilə birlikdə yaşayır. Şəhid anası icra başçısına qəbul üçün müraciət etmədiyini və bununla bağlı heç bir internet saytına da müsahibə vermədiyini bildirmişdir.
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Rəsulov Ağacan Əfsər oğlu Xəlfəli kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində rayon icra hakimiyyətinin başçısı öndə olmaqla rayonun bütün rəhbər şəxsləri iştirak etmiş, yas mərasiminin keçirilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Cənab Prezidentin tapşırığına əsasən gələcəkdə yaşayış sahəsi ilə təmin olunması üçün şəhid ailəsinin mənzil növbəsinə götürülməsi ilə bağlı sənədləşmə işlərinə də başlanılmışdır.
Bildiririk ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri daima rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Onları narahat edən problemlərin həlli ilə bağlı tərəfimizdən dərhal zəruri tədbirlər görülür. Həmçinin bu sıradan olan vətəndaşlarımızın münasib işlə təminatı istiqamətində də lazımi işlər görülür.
Həmçinin yayımlanan yazılarda göstərilən “digər faktlar” da eyni ilə şər-böhtan xarakterlidir.

"Dərs vaxtı"nın 12 mart cədvəli AÇIQLANDI

"Dərs vaxtı"nın 12 mart cədvəli AÇIQLANDI

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının martın 12-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə YAZTV Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.