Wednesday, 17 Avqust 2022 21:11
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 871 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 160 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 456 114, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 953 545, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 502 569 təşkil edir.

"Yeni klinika" Arif Quliyevin xəstəxana görüntüləri ilə bağlı MƏLUMAT YAYDI

"Yeni klinika" Arif Quliyevin xəstəxana görüntüləri ilə bağlı MƏLUMAT YAYDI

"Yeni klinika" sosial şəbəkələrdə və KiV-lərdə bu xəstəxanada koronavirus xəstəliyindən müalicə alan xalq artisti Arif Quliyevin görüntülərinin yayılması ilə bağlı məlumat yayıb.

YAZTV-yə daxil olan məlumatda deyilir: "Koronavirus xəstələrinin müalicəsi zamanı reanimasiya otağına telefonla giriş qadağandır. Amma xalq artistimizin SİPAP aparatına qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb və bütün əməkdaşlara ictimai nüfuzundan asılı olmayaraq hər hansı şəxsin foto və videosunun özünün xəbəri olmadan çəkilməsi və paylaşılmasının qadağan olması barədə xəbərdarlıq edilib". (publika az)

Bu gün 17 minə yaxın şəxs vaksin vurdurub

Bu gün 17 minə yaxın şəxs vaksin vurdurub

Bu gün Azərbaycanda koronavirus əleyhinə 16 min 583 vaksin vurulub.

YAZTV  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 7374, ikinci mərhələ üzrə 9209 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 440 min 243, birinci mərhələ üzrə vaksin olunanların sayı  946 min 834, ikinci mərhələ üzrə isə 494 min 409 təşkil edir.

 

 
 
Azərbaycanda 2 238 nəfər COVID-19-dan sağalıb, 32 nəfər vəfat edib

Azərbaycanda 2 238 nəfər COVID-19-dan sağalıb, 32 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 402 yeni yoluxma faktı qeydə alınıb, 2 238 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4 461 nəfər vəfat edib, aktiv xəstə sayı 27 036 nəfərdir.

 Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, ötən müddət ərzində isə ümumilikdə 3 218 111 test aparılıb.
Bu günə gözlənilən HAVA ŞƏRAİTİ

Bu günə gözlənilən HAVA ŞƏRAİTİ

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 17-20, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

bşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sağalanların sayı bu gün də yoluxanları keçdi

Sağalanların sayı bu gün də yoluxanları keçdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1307 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 27 nəfər COVID-19-dan vəfat edib.

 

 
 
Füzulidə faydalı qazıntıların sayı açıqlanıb

Füzulidə faydalı qazıntıların sayı açıqlanıb

"Füzuli rayonundaki yataqların əksəriyyəti işğal dövründə istismar edilib".

YAZTV xəbər verir ki,  bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Füzuli rayonunda dövlət və sahə balanslarında qeydiyyata alınmış 6 faydalı qazıntı - 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yataqları mövcud olub".

O bildirib ki, işğaldan azad olunan ərazilərdə 167 ədəd qeyri-filiz və inşaat materialları qeydə alınıb.

(Report)

Akademik Zərifə Əliyevanın doğum günüdür

Akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür.

YAZTV-nin məlumatına görə, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə əvəzolunmaz töhfələr verib. Z.Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi.

Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Zərifə Əliyeva Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin həyat yoldaşı idi.

O, 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

Vaksinasiya peyvənd olunmayan digər insanlara da müsbət təsir edir - AÇIQLAMA

Vaksinasiya peyvənd olunmayan digər insanlara da müsbət təsir edir - AÇIQLAMA

Kifayət qədər elmi tədqiqatlar göstərir ki, koronavirusa qarşı tətbiq edilən peyvəndlər peyvənd olunan insanlarla yanaşı, peyvənd olunmayan, yəni hələ peyvənd növbəsi çatmayan insanlara da müsbət təsir edir.

Bunu YAZTV-yə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
N.Abdullayev bildirib ki, insanlar arasında peyvənddən sonra virusa yoluxma olsa da böyük əksəriyyət bunu yüngül formada keçirir: “Yəni peyvəndin bu şəkildə xeyri bəllidir. Ancaq insanlar bilməlidir ki, peyvəndləmədə aktiv şəkildə iştirak etmək peyvənd olunmayan insanlar da virusa yoluxduğu halda ağır kliniki gedişlərin qarşısının alınmasna müsbət təsir edir.

 İsraildə aparılan elmi tədqiqata görə, sübut edilib ki, peyvəndləmə aktiv şəkildə başladıqdan sonra onu hələ qəbul etməyənlərdə virusa yoluxma zamanı virus yükü kifayət qədər aşağı olub. Virus yükünün aşağı düşməsi o deməkdir ki, ağır kliniki gedişatların da sayı aşağı düşəcək ki, bu da ölüm saylarının azalmasına gətirib çıxaracaq. Ona görə də hər kəs peyvəndləmədə aktiv iştirak etməlidir”.
Jurnalistlərin Füzuli və Xocavənd səfəri başladı

Jurnalistlərin Füzuli və Xocavənd səfəri başladı

Aprelin 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün işğaldan azad olunan ərazilərə növbəti səfər başlayıb. 

YAZTV-nin məlumatına görə səfər Füzuli və Xocavənd rayonlarına təşkil olunub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova jurnalistlərə bildirib ki, media nümayəndələri əvvəlcə Füzuli rayonunun İşıqlı kəndində məhv edilmiş təbiət abidəsi olan Şərq çinarı, Dövlətyarlı kəndində istismar olunmuş “Dövlətyarlı mişar daşı” yatağı ilə tanış olacaq. Paralel olaraq, Füzuli rayonunun Qaraməmmədli kəndində bir hektar sahədə ağaclar əkiləcək, “Köndələnçay-1" su anbarına balıq körpələri buraxılacaq".

Daha sonra tədbir iştirakçıları Xocavənd rayonunda Azıx mağarası və 900 yaşlı şərq çinarına baxış keçirəcəklər.

Aprelin 28-də gözlənilən HAVA ŞƏRAİTİ

Aprelin 28-də gözlənilən HAVA ŞƏRAİTİ

Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 17-20, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Aprelin 28-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Aprelin 28-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Dənizçilərin nəzərinə: Rüsum artırılır

Dənizçilərin nəzərinə: Rüsum artırılır

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

YAZTV-nin məlumatına görə, qanun layihəsi “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsinə uyğun olaraq hazırlanıb.

Təklif olunan qanun layihəsi də ödənilən dövlət rüsumunun məbləğindən asılı olaraq (hazırda praktikada geniş istifadə edilir) dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi üçün fərqli müddətlər (on, beş və ya bir iş günü) müəyyən edir.

Yeni layihəyə əsasən dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi: on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 manat rüsum ödənəcək.

Qeyd edək ki, qanunda olan mövcud praktikaya görə dənizçinin şəxsiyyət sənədinin verilməsi (müddət göstərilmir) üçün 30 manat rüsum ödənilməsi tələb olunurdu. (oxu az)