Saturday, 10 İyun 2023 22:55
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu gün də koronavirusdan ölüm qeydə alınmadı

Bu gün də koronavirusdan ölüm qeydə alınmadı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 182 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat qeydə alınmayıb.

Abel Məhərrəmovun restoranının administratoru HƏBS EDİLDİ

Abel Məhərrəmovun restoranının administratoru HƏBS EDİLDİ

Dünən Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə şadlıq evinin administratoru Musa Balazadə məhkəmə qarşısına çıxarılıb.

YAZTV xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sözügedən toyla bağlı restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib. (qafqazinfo az)

Bazar günü 34 dərəcəyədək isti olacaq

Bazar günü 34 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 13-də yarımadada havanın temperaturu gecə 19-23 isti, gündüz 25-30 isti, Bakıda gecə 20-22 isti, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

İyunun 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 13-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 29-34 isti, dağlarda gecə 8-13 isti, gündüz 16-21 dərəcə isti olacaq.

Aleksandr Ata I Fəxri xiyabanda dəfn olundu - Fotolar

Aleksandr Ata I Fəxri xiyabanda dəfn olundu - Fotolar

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə vida mərasimi başlayıb.

YAZTV "Report"a istinadən xəbər verir ki, mərasim Rus Pravoslav Kilsəsində keçirilib.

Mərasim saat 12:30-a kimi davam edib.

 Qeyd edək ki, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. 

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

***

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin dəfn mərasimi başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin dəfn mərasiminə gül göndərib. 

***

Mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

 

 











Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 844 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 373 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 742 867, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 783 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 959 361 təşkil edir.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticəsi açıqlanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticəsi açıqlanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb.

Təhsil Nazirliyindən  verilən məlumata görə, müsabiqədə uğur qazanan 1841 nəfərdən 1456 namizəd müvafiq sənədləri şəxsi səhifələrinə yükləyərək ərizələrini təsdiq edib. Elektron ərizələr emal edildikdən sonra 1448 namizədin sənədləri qəbul edilib və onlar uğur qazanaraq iş yerini dəyişmək hüququ əldə edib. Eyni zamanda müsabiqə nəticələri barədə məlumat və işə qəbul olunduğuna dair çıxarış namizədlərin şəxsi səhifələrinə göndərilib.

Növbəti mərhələdə namizədlər 18 iyun saat 18:00-dək şəxsi səhifələrində qeyd olunan sənədləri və çıxarışı müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməli, daha sonra şəxsi səhifələrini yoxlayaraq çıxarışın təsdiq olunduğundan əmin olmalıdırlar.

İş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədləri təbrik edir və uğurlar arzulayırıq!

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23 isti, gündüz 28-31 isti, Bakıda gecə 21-23 isti, gündüz 28-30 dərəcə isti olacaq.

 Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Abşeron yarımadasında mülayim gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 14-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 31-36 isti, dağlarda gecə 9-14 isti, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanda 204 nəfər COVID-19-dan sağalıb, 61 nəfər yoluxub

Azərbaycanda 204 nəfər COVID-19-dan sağalıb, 61 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, 204 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Pensiyalar bu tarixə qədər tam ödəniləcək

Pensiyalar bu tarixə qədər tam ödəniləcək

İyunun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.(trend az)

Bu gün 34 dərəcə isti olacaq

Bu gün 34 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gün ərzində yarımadada havanın temperaturu gecə 19-23 isti, gündüz 25-30 isti, Bakıda gecə 20-22 isti, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 29-34 isti, dağlarda gecə 8-13 isti, gündüz 16-21 dərəcə isti olacaq.

Abel Məhərrəmovun restoranında toy - DİN hərəkətə keçdi

Abel Məhərrəmovun restoranında toy - DİN hərəkətə keçdi

Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə Daxili İşlər Nazirliyi hərəkətə keçib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, iyunun 11-də Nərimanov rayonunda yerləşən "Mona Liza" restoranında toy keçirilməsi ilə bağlı məlumat təsdiqini tapıb: 

"Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Müəyyən edilib ki, iyunun 11-də saat 19:00-dan 22:30-dək müddətdə azsayda qonağın iştirakı ilə toy mərasimi keçirilib. Restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib, administrator Musa Balazadə barəsində də protokol tərtib edilib. Onlar hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub.

Toy iştirakçısı olan təxminən 20 nəfərə xəbərdarlıq edilib və xüsusi karantin rejimi dövründə belə mərasimlərin keçirilməsinin yolverilməz olduğu bildirilib".

Qeyd edək ki, Abel Məhərrəmov ötən il AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi üçün də cərimə edilmişdi. (qafqazinfo az)

Bakıda sərnişin avtobuslarının həftəsonu iş qrafikində deyişdirilib

Bakıda sərnişin avtobuslarının həftəsonu iş qrafikində deyişdirilib

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyunun 12-də (şənbə günü) Bakı şəhərində müntəzəm marşrut xətti üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, iyunun 13-ü gecə saat 00:00-dan iyunun 14-ü səhər saat 06:00-dək isə Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə avtobuslarla sərnişindaşımaları dayandırılacaq.