Friday, 12 Avqust 2022 13:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 758 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 600 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 961 563, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 115 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 846 519 təşkil edir.

Azərbaycanda bu heyvanların ovlanmasına görə CƏRİMƏLƏR ARTIRILIR

Azərbaycanda bu heyvanların ovlanmasına görə CƏRİMƏLƏR ARTIRILIR

“Azərbaycanda vəhşi heyvanların ovlanmasına görə ödəmələrin və cərimələrin miqdarı artırılacaq. 2004-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qərarına dəyişiklik edilməsi ilə bağlı sənəd hazırlanıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Xidmət rəisi bildirib ki, həmin dövrdən bu yana vəhşi heyvan növlərinin sayının artması və azalması halları baş verib: “Bəzi növlər isə “Qırmızı kitab”a salınıb. Bu səbəbdən cərimənin miqdarı çoxalmalıdır. Bəzi növlər var ki, o vaxt ümumiyyətlə həmin növlər Azərbaycanda yox idi, məsələn, zubr. Orta hesabla deyim ki, əksər vəhşi növlərin ovlanması ilə əlaqədar cərimənin miqdarının 5-10 dəfə artırılması nəzərdə tutulub. Sənəd hazırda razılaşdırma mərhələsindədir”.

Balıqçılıq haqqında qanunvericiliyə dəyişikliklərlə bağlı da sənədin hazırlandığını deyən H.Əlizadə əlavə edib ki, bu, mühafizə və nəzarətin daha ciddi aparılması üçündür: "Bu sənəd də artıq razılaşma mərhələsindədir. Bu sənəddə qanunsuz balıq ovuna nəzarətin hüquq-mühafizə orqanları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə su akvatoriyalarında və digər sahələrdə həyata keçirilməsi nəzərdə tutulub. Qanunvericiliyə yeni dəyişiklik qanunsuz balıq ovuna nəzarətin, mühafizənin daha ciddi təşkilinə xidmət edəcək”. (publika az)

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 28-33, Bakıda gecə 17-19, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Temperatur yüksəlir - Sabah 37 dərəcəyədək isti olacaq

Temperatur yüksəlir - Sabah 37 dərəcəyədək isti olacaq

Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-21 isti, gündüz 29-34 isti, Bakıda gecə 18-20 isti, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Mayın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 isti, gündüz 32-37 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-25 dərəcə isti olacaq.

Mayın 23-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda polis əməkdaşı güllələndi

Azərbaycanda polis əməkdaşı güllələndi

Qax rayonunda polis əməkdaşı insident nəticəsində yaralanıb.

YAZTV-nin məlumatına görə, hadisə rayonun Çüdüllü kəndi ərazisində baş verib. 

Polis əməkdaşı ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı araşdırma aparılır:

“Həmin şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir”.

Bu günün hava proqnozu

Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında bu günhava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

YAZTV-yə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Mayın 21-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bu ərazilərə yağış yağacaq - PROQNOZ

Bu ərazilərə yağış yağacaq - PROQNOZ

Bu gün Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 28-33, Bakıda gecə 17-19, gündüz 29-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda son sutkada 11 nəfər koronavirusdan ölüb

Azərbaycanda son sutkada 11 nəfər koronavirusdan ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 406 yeni yoluxma faktı qeydə alınıb, 769 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331 883 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 319 271 nəfər müalicə olunaraq sağalıb, 4 839 nəfər vəfat edib.

 Aktiv xəstə sayı isə 7773 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 009, bu günə qədər isə ümumilikdə 3 435 192 test icra olunub.

Ali məktəbə qəbul olmuş tələbələrin sayı artıb

Ali məktəbə qəbul olmuş tələbələrin sayı artıb

2020-2021-ci illərdə Azərbaycanda ali məktəbə qəbul olunmuş tələbələrin (bakalavr və magistr) sayı 52 minə çatıb. 

YAZTV xəbər verir ki, bu barədə "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" üzrə Milli Prioritetin həyata keçirilməsi məqsədilə yaradılmış "Təhsil" üzrə alt İşçi Qrupunun ötən gün keçirilən iclasında bildirilib. 

Qeyd edilib ki, 2017-2018-ci ildə bu rəqəm 37 min təşkil edib. Məktəbəqədər təhsilin (5 yaşlılar) əhatə dairəsi 2015-2016-cı illərdəki 24 faizdən artaraq 80 faizə çatıb. Azərbaycan bütün beynəlxalq qiymətləndirmələr üzrə öz göstəricilərini yaxşılaşdırıb. Ən böyük irəliləyiş 2011-ci ildən etibarən 52 bal irəliləyərək 2019-cu ildə 515 xala çatdığımız TIMSS riyaziyyat nəticələrində (4-cü siniflər) qeydə alınıb. 

 

Bundan başqa, buraxılış imtahanı (9-cu sinif) nəticələri yaxşılaşan məktəblərin sayı son iki ildə 4 dəfə artıb. 150 min müəllimin diaqnostik qiymətləndirmə əsasında aylıq əməkhaqqı 2 dəfə artırılıb.

Bu tarixədək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu tarixədək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən mayın 24-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

YAZTV xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

 

 Bununla əlaqədar 22 may saat 00:00-dan 24 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı Metropolitenində də sərnişindaşıma dayandırılıb.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 102 vaksin vurulub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 709 nəfərdir.

 Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 924 805, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 089 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 834 914 təşkil edir.
TAP ilə hidrogenin nəqli ilə bağlı yeni planlar təqdim edilib

TAP ilə hidrogenin nəqli ilə bağlı yeni planlar təqdim edilib

"White Dragon" ("Ağ Əjdaha") adlandırılan layihə sayəsində Yunanıstanın energetika sistemində karbonhidrogenlərin istifadəsi ümumiyyətlə dayandırıla bilər.

YAZTV Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə layihəni idarə edən konsorsiumun məlumatında deyilir.

Bildirilir ki, Yunanıstanın bir sıra enerji şirkətlərinin iştirak etdiyi konsorsium genişmiqyaslı "White Dragon" ("Ağ Əjdaha") hidrogen layihəsi ilə bağlı planlarını təqdim ediblər. Bu layihəyə “Advent Technologies”, Yunanıstanın “Hellenic Petroleum”, TAP AG\ və digər şirkətlər işirak edirlər.

Qeyd edək ki, Yunanıstan 2030-cu ilə qədər kömürlə işləyən enerji istehsalının bir hissəsini qaz stansiyaları ilə əvəz etmək niyyətindədir. Bu səbəbdən də ölkə də qaz anbarları tutumu yaratmaq istəyir. Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) işə salınması və Bolqarıstanla potensial qaz bağlantısı ilə ölkənin regional qaz təchizatı mərkəzinə çevrilməsi də planlaşdırılır.

Layihənin tərtibatçıları bildiriblər ki, onlar enerji və istilik üçün elektroliz yolu ilə yaşıl hidrogen istehsal etmək üçün bərpa olunan elektrik enerjisindən istifadə edəcəklər. Planlara ayrıca olaraq hidrogen boru kəməri də daxil ola bilər.

Gözlənilir ki, inteqrasiya olunmuş “Ağ Dragon” layihəsi ilə TAP dövlətlərarası boru kəməri ilə Yunanıstandan İtaliyaya hidrogen nəqli və ixracının gələcək potensialı hədəf kimi araşdırılacaq.

Layihənin tərtibatçıları hesab edirlər ki, bu layihənin ümumi dəyəri təxminən 9,8 milyard ABŞ dolları təşkil edəcək. Layihə Avropa və Yunanistan səlahiyyətliləri tərəfindən təsdiqlənərsə, 2022-ci ildə araşdırma planlamasından 2029-cu ilə qədər son layihələndirmə mərhələlərinə keçəcək.

Xatırladaq ki, “White Dragon” layihəsi yaşıl hidrogen texnologiyasına əsaslanıb. Bu isə o deməkdir ki, yanacaq bərpa olunan mənbələrdən alınan elektrik enerjisindən istifadə edərək sudan əldə edilir. Eyni zamanda bu hidrogenin qaz boru kəmərlərinə qoşulması nəzərdə tutulur. Layihə mərkəzi istilik, Trans-Adriatik Boru Kəməri ilə ixrac və avtobus, həmçinin yük maşınlarına yanacaq doldurulması üçün nəzərdə tutulub.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (%) şirkətləridir.