Monday, 03 Oktyabr 2022 04:49
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
39 dərəcə isti olacaq

39 dərəcə isti olacaq

Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək, gecəyə doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşib

Dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşib

Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklə bağlı qanunu təsdiqləyib.

YAZTV xəbər verir ki, qanunla kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə təşkil olunacaq.

Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçiriləcək və bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək.

Saçınızın sizi daha yaşlı göstərməsinin 8 SƏBƏBİ

Saçınızın sizi daha yaşlı göstərməsinin 8 SƏBƏBİ

Bəzi qadınlar saç xətaları sayəsində yaşlı görsənir.

YAZTV xəbər verir ki, bu xətalar saça zərər verir.

Saçın qadını yaşlı göstərməsinin 8 səbəbi:

Yanlış rəng seçimi

Eyni uzunluqda saç kəsimi

Saçları ortadan ayırmaq

Həddindən artıq tünd saç

Düz kəsim

Saça lazımi qulluğun göstərilməməsi

Həcmsiz saç

Saç uclarının qırıq olması (publika az)

Ərdoğan Bakıda Türk şəhidliyini ziyarət etdi

Ərdoğan Bakıda Türk şəhidliyini ziyarət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıdakı Türk şəhidliyi abidəsini ziyarət edib.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının tvitter səhifəsində məlumat paylaşılıb.

39 dərəcə isti olacaq

39 dərəcə isti olacaq

İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək, gecəyə doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Çingiz Mustafayevin anım günüdür

Çingiz Mustafayevin anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin anım günüdür.

YAZTV xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq, 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı olub.

Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə, 215 kl studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapıb.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb.

O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə, Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də şəhid olub. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

Qeyd edək ki, Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır. (qafqazinfo az)

 

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 976 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 531, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 445 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 839 322, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 859 485, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 979 837 təşkil edir.

“Bunlar otu təmizlətdirib sonra həmin yeri bizə yalatdırırdılar” - Erməni əsirliyində olan şəxs

“Bunlar otu təmizlətdirib sonra həmin yeri bizə yalatdırırdılar” - Erməni əsirliyində olan şəxs

Azərbaycanlı əsirlərə işgəncələr verən erməni cinayətkarlar barəsində məhkəmə prosesi bu gün davam etdirilib.

YAZTV xəbər verir ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan törətdikləri əməllərlə bağlı Yasamal rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsi tərəfindən keçirilən növbəti məhkəmə iclasında zərərçəkənlər dindirilib.

Zərərçəkən Famil Əliyev isə bildirib ki, əsir düşəndən bir neçə gün sonra Şuşa həbsxanasına gətirilib: “Bu şəxslərin ikisini də Şuşa həbsxanasında tanımışam. Bakıda üzləşəndə üz cizgilərindən və həmin vaxt çəkilən fotolardan onları tanıdım. Bu şəxslər bizə dəhşətli işgəncələr verib.

Təsəvvür edin yolda otu təmizlədəndən sonra bizə niyə otu incitdiyimizi deyib otun çıxdığı yeri yalatdırırdılar. “Dubinka” ilə o qədər döyürdülər ki, “dubinka” sındı və orada bildim ki, “dubinka”nın içində tros olur. Bizi həmçinin tez-tez Şuşadakı qəbiristanlığa aparıb qəbirləri qazdırırdılar. İnsan kəllələrini çıxardıb qızıl diş axtarırdılar. Sonra siqaret kötüyünü qəbirə atıb bizim yenidən onu qazıb çıxarmağımızı tələb edirdilər.

Şuşa həbsxanasında ayaq dırnaqlarımı çıxarıblar. Eyni zamanda dəfələrlə Samvel Babayanın fermalarına aparıb bizi işlədirdilər və orada ağır işgəncələr verirdilər".

Zərərçəkən Həbib Kazımov bildirib ki, Qubadlı istiqamətində Milli Qəhrəman Əliyar Əliyevin batolyonunda döyüşüb və həmin istiqamətdə yaralanaraq huşsuz halda əsir düşüb: "Əsir düşən kimi Şuşa türməsinə gətirildim və orada mənim Sumqayıtdan olduğumu öyrəndilər. Buna görə də mənə "Sumqayıt" ləqəbi qoymuşdular. "Loxa" adı ilə tanıdığım Lüdvik mənə Sumqayıtdan olduğum üçün xüsusilə ağır işgəncələr verirdi. Meşə odunu ilə vəhşivəsinə döyürdülər. Həmçinin 1994-cü ildə Şuşada erməni Vahanın abidəsinin açılışı vaxtı bizi gətirib amansız əzablar verdilər. 1 il 9 ay əsirlikdə oldum və həmin müddətin 1 ilin 2 ayı ərzində bu iki şəxsi görmüşəm. Onları yalnız Şuşa həbsxanasında görürdüm və hərbi formada olurdular. İstədikləri vaxt istədikləri qədər işgəncələr verirdilər.

Xankəndinə aparıldığımız vaxt isə uşaqları gətirib bizi heyvan nümayiş etdirirmiş kimi göstərirdilər. Böyrəyimdə, qara ciyərimdə, boynumda hələ də bu şəxslərin verdiyi işgəbcə izləri qalıb".

Keçmiş hərbi əsir Zaur Rzayev bildirib ki, 1994-cü ilin yanvarında hərbi xidmətə gedib və mart ayında Ağdam istiqamətində əsir düşüb: "Gözümü açanda Xankəndi xəstəxanasında idim. Orada yaralarıma siqaret basırdılar. Ayaqlarını basaraq yaramın sağalmasına imkan vermirdilər. Armaturla, bel ilə vəhşicəsinə döyürdülər. Bizi Xocavəndə aparıb Samvel Babayanın fermalarında işlədirdilər. Ağdama və Füzuliyə aparıb evləri bizə sökdürüb fermaya gətirirdilər. Bu iki şəxsdən Lüdvik də orada nəzarətçi kimi iştirak edirdi. Növbəni təhvil verən və növbəni təhvil alanlar hər dəfə bizi vəhşicəsinə döyürdülər”.

Rauf Qafarov isə qeyd edib ki, 1993-cü ildə Füzuli istiqamətində əsir düşüb: "Məni 1 gün sonra Xankəndiyə gətirdilər. Orada uşaqlardan ikisi qaçmaq istəyəndə erməni silahlıları tərəfindən öldürüldü. Ağzında qızıl dişi olan əsgər yoldaşımın dişlərini söküb götürdülər. Orada daha 2 əsiri də döyə-döyə öldürdülər. Sonra bizi Şuşa həbsxanasına saldılar. Orada buradakı 2 ermənini görmüşəm və onlar bizə işgəncələr verib.

Həbsxanada olarkən Suqamqayıtdan olan bir erməni polis rəisi 5-ci sinifdə oxuyan oğlunu ora gətirdi. Uşaq bizi görən kimi qaçıb uzaqda dayandı. Sonra bildik ki, ermənilər məktəblərdə türklərin adamyeyən olduğunu deyir. Uşaq da qorxusundan qaçıb".

Dəhşətli işgəncələrə məruz qalan Zahid Həsənov isə bildirib ki, daha əvvəl Əfqanıstanda döyüşüb, 1993-cü ildə könüllü cəbhəyə yollanıb. Füzulinin Seyidəhmədli kəndində gedən döyüşlərdə mühasirədə qalıb, yaralı halda gizlənsə də, 1 gün sonra ermənilər onu taparaq əsir götürüb: “Xankəndində olarkən Rusiyanın Vesti proqramı orada azərbaycanlı əsirlərdən müsahibəyə gəlmişdi. Mən də rus dilini bildiyim üçün müsahibə verməyə məcbur edildim. Amma danışmadım, ona görə də erməni jurnalist qəzetə bükdüyü dəmirlə başıma zərbə endirdi. Həmin zərbə yeri hələ fə başımdadı.

1994-cü ilin mart-aprel aylarında yaralı halda Xankəndi xəstəxanasında saxlanılsam da, mənə tibbi yardım göstərilmədi, Xankəndində mülki şəxslər xəstəxanaya daxil olaraq bizi döyürdülər. Alyoşa Xosrovyan ora tez-tez gələrək sağalan əsirləri Şuşa həbsxanasına aparırdı və məni tanıyırdı. Aprelin axırında məni Şuşaya apardılar. Orada Alyoşa məni görən kimi işgəncələr verdi. O, Rusiya kanalına müsahibə vermədiyimə və Əfqanıstandan gətirdiyim hərbi formanı geyindiyimə görə amansız rəftar edirdi. Lüdvik də dəfələrlə odunla, trosla döyərək mənə xəsarətlər yetirib və qabırğalarımı qırıb".

Zərəçəkənlərin ifadələrinin alınmasından sonra məhkəmə iclası başa çatıb. Növbəti məhkəmə prosesi iyunun 23-də keçiriləcək

Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 40705 nəfər vaksinasiya olunub.

101.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31850, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 8855 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 816 346-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 842 954, ikinci mərhələ üzrə isə 973 392 nəfər təşkil edir.

Azərbaycanda 162 nəfər COVID-19-dan sağalıb, 27 nəfər yoluxub

Azərbaycanda 162 nəfər COVID-19-dan sağalıb, 27 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 291 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 038 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib, aktiv xəstə sayı 1 294 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 023, ötən müddət ərzində isə ümumilikdə 3 644 912 test aparılıb.

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərinin Yasamal, Xəzər, Xətai rayonlarında, həmçinin Göygöl, Tovuz, Gədəbəy, Oğuz, Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

YAZTV xəbər verir ki, imtahanlarda 23 920 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağı qeyd edilən sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Azərbaycanda daha 68 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 68 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 264 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 876 nəfər müalicə olunaraq sağalıb, 4 958 nəfər vəfat edib, aktiv xəstə sayı 1 430 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10316, ötən müddət ərzində isə ümumilikdə 3 637 889 test aparılıb.