Saturday, 03 Dekabr 2022 21:02
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 215 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 204 nəfərdi.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 989 673, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 949 646, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 040 027 təşkil edir.

Azərbaycanda COVID-19-a qarşı əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 795 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 802 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 989 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 949 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 039 823 təşkil edir.

“Şəxsi maşınla gəlməyin” - BNA çağırış etdi

“Şəxsi maşınla gəlməyin” - BNA çağırış etdi

Əvvəlcədən məlumat verildiyi kimi, Avro-2020 futbol üzrə Avropa çempionatının oyunlarına bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır. Oyun günü azarkeşlər rahat və təhlükəsiz daşınması üçün Bakı Nəqliyyat Agentliyi ekspres marşrut xətləri təşkil edib.  

YAZTV xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilir.

"Bunu nəzərə alaraq azarkeşlərə tövsiyə edirik ki, stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Bəzi azarkeşlər avtomobillərini Bakı Olimiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park edirlər ki, bu da süni nəqliyyat sıxlıqlarına səbəb olur. Bu cür qanunsuz parklanma halları ilə əlaqədar Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən müntəzəm və ekspres xətlər üzrə sərnişin avtobuslarının hərəkət intervalında yubanmalar yaranıb. Xüsusi ilə avtobusların “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunb. 

 

Sərnişinlərin rahat daşınması və lüzumsuz yerə vaxt itirməməsi üçün Bakı Olimiya Stadionu ətrafındakı yollarda o cümlədən yolun hərəkət hissəsində, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edilən digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələri nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa təxliyyə olunacaq. 

Ümidvarıq ki, hərəkət iştirakçıları tövsiyələri nəzərə alaraq müəyyən edilən qaydalara riayət edərək nəzərdə tutulan nəqliyyat əməliyyatlarının icrasına dəstək olacaqlar" - deyə BNA-dan bildirilib.

Azərbaycanda 49 nəfər COVID-19-dan sağalıb, 28 nəfər yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda 49 nəfər COVID-19-dan sağalıb, 28 nəfər yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 959 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, ötən müddət ərzində isə ümumilikdə 3 680 977 test aparılıb.

Azərbaycanda 88 nəfər COVID-19-dan sağalıb, 56 nəfər yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda 88 nəfər COVID-19-dan sağalıb, 56 nəfər yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 493 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib, aktiv xəstə sayı 981 nəfərdir.

Ölkədə son sutka ərzində 7 581, hazırkı dövrədək isə 3 675 862 test aparılıb.

Nazirlikdən “WhatsApp” və “Instagram”la bağlı açıqlama

Nazirlikdən “WhatsApp” və “Instagram”la bağlı açıqlama

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün "WhatsApp", "Instagram" kimi beynəlxalq platformalara daxilolmada yaranan problemlə bağlı məlumat yayıb.

Nazirlikdən YAZTV-yə verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyıb. 

 "Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb", - deyə nazirlikdən bildirib.
Sabah temperatur 40 dərəcəni keçəcək

Sabah temperatur 40 dərəcəni keçəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

 Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 36-41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

Bu şəxslərə qaralmaq olmaz

Bu şəxslərə qaralmaq olmaz

Kosmetoloq Anna Kuquk günəş vannasının fəsadlarından danışıb. Mütəxəssisin fikrincə, bəzi kosmetik prosedurlardan sonra günəş altında olmaq zərərlidir.

YAZTV xəbər verir ki, kosmetoloq “Sputnik” radiosuna müsahibəsində mühüm tövsiyələr verib.

“Demək olar ki, epidermis qatını azaldan pilinqlərdən (soyma) sonra iki həftə ərzində günəş vannası qəbul etmək məsləhət görülmür. Nəticədə istənməyən piqmentasiya yarana bilər. Həm də yayda tərkibində turşular olan kosmetik məhsullardan istifadə etməyin. Onu payız-qış dövrünə saxlayın və ya yalnız axşam istifadə edin.

Digər bir əks göstəriş rozaçea - özünü dəridə qızartı kimi göstərən otoimmun xəstəlikdir. Bu xəstəliyi olan insanlar günəş altında çox dayanmamalıdır”, - A.Kuquk bildirib.(publika az)

Yoluxanların bu günə olan statistikası

Yoluxanların bu günə olan statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 Son sutkada “COVID-19”dan dünyasını dəyişən olmayıb. 
Van Damm azərbaycanlı qudası ilə ləzginka oynadı - Video

Van Damm azərbaycanlı qudası ilə ləzginka oynadı - Video

Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə qurub.

 YAZTV xəbər verir ki, cütlüyün nikahı İstanbulda baş tutub. Toydan sonra cütlük restoranların birində ailəsi ilə şam yeməyi yeyib.

Van Dammın qudası Elxan Hacızadə ilə rəqs videosu yayılıb. Onlar birlikdə ləzginka oynayıblar.

Qeyd edək ki, nikah mərasimi Azərbaycanın İstanbuldakı Baş konsulluğunda təşkil olunub.

https://ok.ru/video/2650580519636 (axşam az)

Göz ağrısını bu bitki sağaldacaq

Göz ağrısını bu bitki sağaldacaq

Bütün xəstəliklərin dərmanı təbiətdə gizlidir. Məsələn, aloe bitkisi faydalı xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin, o cümlədən göz zəifliyinin dərmanıdır.

YAZTV xarici mətbuata istinadən xəbər verir ki, hər gün kompüterdən və telefondan istifadə gözləri zəiflədə bilir.

Əgər sizə təqdim etdiyimiz resepti 3 ay ərzində istifadə etsəniz, gözlərinizdə baş verən dəyişikliyi özünüz hiss edəcəksiz.

100 qr. aloe, 300 qr. xırdalanmış qoz ləpəsi, 300 qr. təmiz bal və 3-4 ədəd limonun suyunu blendrdə qarışdırıb, gündə 3 dəfə qəbul edin. Bundan əlavə gündə bir neçə dəfə göz məşqləri etmək sizi bu xəstəikdən qurtaracaq. (axşam az)

Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

Bu gün Azərbaycanda koronavirus əleyhinə 40 709 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 Birinci mərhələdə peyvənd olunanların sayı 22 837, ikinci mərhələ üzrə 17 872 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 2 956 663, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 931 642, ikinci mərhələ üzrə isə 1 025 021 nəfər təşkil edir.