Friday, 12 Avqust 2022 13:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür

Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

YAZTV xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Peyvənd növbələri ilə bağlı nazirlikdən açıqlama

Peyvənd növbələri ilə bağlı nazirlikdən açıqlama

Sosial şəbəkələrdə poliklinikalarda koronavirus əleyhinə vaksinasiya üçün müraciət edən şəxslərin sıxlıq yaratması ilə bağlı məlumatlar yayılıb. Sözügedən müəssisələrdə karantin qaydalarının pozulduğu, sosial məsafə tələbinə riayət olunmadığı bildirilir.

Səhiyyə Nazirliyi poliklinikalardakı sıxlığa aydınlıq gətirib. Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Operativ Qərargahın sonuncu brifinqindən sonra məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb. Problemlərdən biri də odur ki, məntəqələrə müraciət edənlərin 90 faizi qeydiyyatdan keçmədən gəlir:“Onların qeydiyyata alınması müəyyən vaxt alır. Bu da onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur, çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər.

Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır, bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır.

Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə 1 saylı Kliniki Tibbi Mərkəzin qarşısında peyvənd olunmaq üçün gələn şəxslərin izdiham yaratması ilə bağlı görüntülər yayılmışdı.

Məscidlərin fəaliyyətinə insanların sayı 50 nəfərdən çox olmamaqla icazə verilir

Məscidlərin fəaliyyətinə insanların sayı 50 nəfərdən çox olmamaqla icazə verilir

İyunun 10-u saat 00:00-dan dini ibadət yerlərinin fəaliyyətinə icazə verilir.

YAZTV-nin xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti qərarında bildirilib.

Qeyd edilib ki, dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla icazə verilir.

Ukrayna xarici işlər naziri Ceyhun Bayramova zəng etdi

Ukrayna xarici işlər naziri Ceyhun Bayramova zəng etdi

Bu gün qarşı tərəfin təşəbbüsü ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

XİN-dən  verilən məlumata görə, nazir Dmitro Kuleba 28 May – Respublika Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib, ona səmimi və xoş arzularını çatdırıb.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

 Nazir Ceyhun Bayramov münaqişədən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli sazişlərin icrası, habelə sərhəd bölgəsində yaşanan son gərginliklər və Ermənistan tərəfinin təxribatları barədə Ukrayna xarici işlər nazirinə məlumat verib.

Tərəflər, həmçinin, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər. 

Sabah Bakıda 28, rayonlarda 32 dərəcəyədək isti olacaq

Sabah Bakıda 28, rayonlarda 32 dərəcəyədək isti olacaq

Mayın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

Mayın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycan daxilində hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir

Azərbaycan daxilində hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir

İyunun 1-dən Azərbaycanın şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa ediləcək.

YAZTV-nin xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin növbəti qərarında bildirilir.

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 903 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 421, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 482 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 106 889, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 226 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 880 688 təşkil edir.

Vilayət Eyvazov müşavirə keçirdi, TAPŞIRIQLAR VERDİ

Vilayət Eyvazov müşavirə keçirdi, TAPŞIRIQLAR VERDİ

Mayın 26-da Daxili İşlər Nazirliyində (DİN) Bakı şəhərində baş tutacaq beynəlxalq idman tədbirləri - “Formula-1” və futbol üzrə Avropa çempionatının 4 oyununun keçiriləcəyi müddətdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini zamanı qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

DİN-in Mətbuat xidmətindən  bildirilib ki, müşavirəni giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına ev sahibliyi etdiyini, daxili işlər orqanlarının belə tədbirlərdə ictimai təhlükəsizliyin və ictimai asayişin təmini sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb.

Bu ilin iyun-iyul aylarında keçiriləcək beynəlxalq idman tədbirləri zamanı da gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdıran nazir, builki yarışların pandemiya dövrünə təsadüf etdiyini və bununla əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacağını bildirib.

Nazir Vilayət Eyvazov keçiriləcək oyunlar zamanı iştirakçıların, azarkeşlərin və ölkəyə gələn qonaqların təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, şəhər ərazisindəki azarkeşlərin toplanma məntəqələrində təhlükəsizliyin gücləndirilməsi barədə tələb və tövsiyələrini verib.

Hovuzlardan istifadəyə icazə verildi

Hovuzlardan istifadəyə icazə verildi

İdman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan), çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti 10 iyun saat 00:00-dan bərpa ediləcək.

YAZTV-nin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.

Baş Nazir Əli Əsədovun imzaladığı qərarda bildirilir ki, yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

Azərbaycanda 533 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda 533 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda 533 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 6 nəfər vəfat edib [Edit]

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 533 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 317 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 322 806 nəfər müalicə olunaraq sağalıb, 4 891 nəfər vəfat edib, aktiv xəstə sayı 5 620 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 369, ötən müddət ərzində isə ümumilikdə 3 486 381 test aparılıb.

 

 

Azərbaycanda xüsusi karantin rejiminin müddəti avqustun 1-dək uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti avqustun 1-dək uzadıldı

Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərar verib.

YAZTV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.

Müəyyən edilib ki:

2021-ci il 31 may saat 06:00-dan:

- açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir;

- Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

- ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir:

- dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla);

- iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);

- bu Qərarın 2.3-cü bəndi nəzərə alınmaqla idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan);

- çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.

Bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət orqanları (qurumları) tərəfindən müəyyən edilmiş bütün tələblərə və metodiki göstərişlərə əməl edilməsi məcburidir.

2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilir.

Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılır.

Qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tibbi maskadan istifadə qüvvədədir.

İctimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tibbi maska taxmaq tələbi ləğv edilib.

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Bu Qərar 2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minir.

Dayanacaqlarda, kassalarda, bankomatlarda növbədə dayanarkən maska taxmaq tələbi ləğv edilir

Dayanacaqlarda, kassalarda, bankomatlarda növbədə dayanarkən maska taxmaq tələbi ləğv edilir

Azərbaycanda mayın 31-dən ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə dayanarkən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə ləğv edilir.

YAZTV-nin xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib.