Monday, 03 Oktyabr 2022 06:17
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu gün 43 dərəcə isti olacaq

Bu gün 43 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 34-39, bəzi yerlərdə 41, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda bu gün 66 010 nəfər vaksinasiya olunub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 068 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 146 350, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 034 554, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 111 796 nəfər təşkil edir.

DİM 3 istiqamətdə imtahan keçirəcək

DİM 3 istiqamətdə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi 1 və ya 2 iyul 2021-ci il tarixlərində keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərə (şagirdlərə) müraciət edib.

DİM-dən  verilən məlumata görə, 1 və 2 iyul 2021-ci il tarixlərində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulub. İyulun 1-də keçiriləcək imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq. İştirakçılar İmtahana buraxılış vərəqəsi"ni çat edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”də iştirakçıların hansı tarixdə və rayonda (şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd olunub.

İyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

1. əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap etməlidirlər.

4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap etməlidirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub

Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdi

Mətbuat Şurası beynəlxalq təşkilatlara müraciət etdi

Azərbaycan Mətbuat Şurası “Sərhədsiz reportyorlar” təşkilatının xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhəddinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair twitter hesabındakı paylaşımı ilə bağlı beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət ünvanlayıb.

YAZTV xəbər verir ki, müraciətdə bildirilir ki, “Sərhədsiz reportyorlar” təşkilatı özünün twitter hesabında xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhəddinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair paylaşım edib.

"Azərbaycan Mətbuat Şurası olaraq bildiririk ki, Ermənistan müharibə müddətində söz və ifadə azadlığı müstəvisində çoxsaylı manipulyasiyalara, Azərbaycanın nəzarətində olan ərazilərdə hadisələri işıqlandıran jurnalistlərə qarşı hücumlara yol verib.

 

 Ermənistan hakimiyyəti eyni zamanda media təmsilçilərini bilərəkdən döyüş intensivliyi ilə seçilən bölgələrə, beynəlxalq hüquqla Azərbaycanın tərkib hissəsi sayılan ərazilərə aparıb ki, onların həyatları üçün təhlükə yaransın və bunu jurnalistikaya təzyiq kimi qiymətləndirsin. Həmin vaxt “Sərhədsiz reportyorlar” məsələni susmaqla qarşılayıb, heç bir münasibət bildirməyib. Təşkilat işğaldan azad edilmiş Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həyatlarını itirmələrinə də səssiz qalıb. Belə bir vəziyyətdə qurumun ispaniyalı jurnalistlərin həyatlarından guya narahatlıq ifadə etməsi, bunu heç bir real fakta əsaslanmadan göstərməsi təəssüf doğurur. Aydındır ki, bu, “Sərhədsiz reportyorlar”ın Azərbaycana qarşı növbəti qərəzidir.

Təşkilat Azərbaycana münasibətdə o qədər qərəzlidir ki, Ermənistanla sərhəddə dayanmış Azərbaycan hərbi qulluqçusunun əlindəki silahla qarşı tərəfi nişanda saxlamaq kimi vəzifə borcunu hədə olaraq qəbul edib. Qurumun twitter paylaşımındakı foto görüntüdən bu qənaətə gəlmək mümkündür. İspan jurnalistlərin guya ölümlə hədələnmələrinin sübuta yetirilməsi cəhdi çox gülünc və absurddur. Azərbaycan hərbçiləri qarşı tərəfə atəş açmayıb.

Bir daha bildiririk ki, "Sərhədsiz reportyorlar" təşkilatı Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Twitter səhifəsindəki paylaşım bunun real sübutudur. Dünyada tanınmış media qurumunun Azərbaycanla bağlı bu sayaq ucuz və bəsit gedişlərə yol verməsi ölkəmizin media ictimaiyyətində dərin hiddət hissi doğurur. İstərdik ki, sizlər də əsl həqiqətlərdən xəbərdar olasınız, söz və ifadə azadlığı müstəvisindəki manipulyasiyaların qarşısının alınması üçün səfərbərlik nümayiş etdirəsiniz. Biz bu qənaətdəyik ki, bəşəri dəyərlər heç bir maraqlı tərəf və ya tərəflərin, o cümlədən "Sərhədsiz reportyorlar" təşkilatının əlində alətə çevrilməməlidir”, - müraciətdə vurğulanır.

Azərbaycanda 51 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Azərbaycanda 51 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, ölüm faktı olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib. 841 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 879, bu günə qədər isə ümumilikdə 3 706 051 test icra olunub

Bu gün 2400-dən çox abituriyent “Azərbaycan dili”ndən imtahan verəcək

Bu gün 2400-dən çox abituriyent “Azərbaycan dili”ndən imtahan verəcək

Bu gün “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.

YAZTV xəbər verir ki, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində ümumilikdə 12 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (11-ci sinif şagirdləri) iştirak edəcəklər.

1. Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2021-ci il mayın 20-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

2. Mayın 20-də keçirilən imtahanda iştirak edib qeyri-məqbul (50 baldan aşağı toplayan) qiymət alan və ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri;

3. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən əvvəlki illərin məzunları.

2-ci və 3-cü kateqoriyaya aid olan abituriyentlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

İmtahanda ümumilikdə 2 432 (Bakıda 1 936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

İmtahanın idarə olunması üçün 12 ümumi imtahan rəhbəri, 31 imtahan rəhbəri, 221 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə), 12 bina nümayəndəsi ayrılıb.

Restoranlarda kondisioner və havalandırma sistemləri ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ

Restoranlarda kondisioner və havalandırma sistemləri ilə bağlı məsələyə aydınlıq gətirildi - RƏSMİ

AQTA şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemləri ilə bağlı məsələyə aydınlıq gətirib.

AQTA-dan daxil olan məlumatda deyilir:

"Son günlərdə şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərin işləyib-işləməyəcəyi geniş müzakirə mövzusudur. Bildiyiniz kimi, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq tənzimlənir. Əlavə olaraq, 50 nəfərdən 150 nəfərə qədər olan şənlik mərasimlərinin keçirilməsi ilə bağlı əlavə metodiki göstərişlər təsdiq olunaraq yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır. Bildirmək istərdik ki, sözügedən göstərişlərdə kondisionerlərə və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməmişdir.

Qaldırılan digər məsələlərdən biri də fərdi yaşayış evlərinin həyətlərində keçirilən şənlik mərasimləri ilə bağlıdır. Bununla bağlı bildirmək istərdik ki, həyətlərdə, bağ yerlərində şənlik mərasimlərinin keçirilməsinə yalnız “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”də müəyyən olunmuş tələblərə riayət edildiyi və qonaq sayı 50 nəfərə qədər olduğu halda icazə verilir".

 

 

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

“Açıq havada, çadrda və digər məkanlarda toy, nişan, ad günləri mərasimlərinin keçirilməsi məhdudiyyət tələblərinə riayət etməklə 50 nəfərə qədər şəxsin iştirakı ilə icazə verilir. Digər halda, bir məkanda iki çadır quraraq ayrı-ayırı qonaqların dəvət edilməsi üçün say tərkibinin başqa formada dəyişdirilməsinə icazə verilmir. Yalnız bir məkanda bir mərasim çadırı təşkil oluna bilər”.

Bunu “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirilib.

O deyib ki, 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri isə birmənalı olaraq, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərində - restoranlarda, ona bərabər digər məkanlarda müvafiq icazə əsasında həyata keçirilə bilər.

DİN rəsmisi şənlik mərasimlərində hansı qaydalara əməl etmək lazım olduğuna, bəy və gəlindən, musiqiçilərdən COVID-19 pasportunun tələb olunub-olunmayacağına da aydınlıq gətirib: “50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur.

50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində COVID-19-a qarşı tam peyvənd olunma və ya COVID-19-dan sağalaraq immunitetə malik olma barədə təsdiqedici sənəd (COVID-19 pasportu) tələb edilmir.

Eyni zamanda 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən musiqiçilərdən COVID-19-a qarşı tam peyvənd olunma və ya COVID-19-dan sağalaraq immunitetə malik olma barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) tələb olunmur”.

E.Hacıyevin sözlərinə görə, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində yalnız sıxlıq normasına əməl olunması və tibbi maskalardan istifadə edilməsi tələb olunur: “50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (COVID-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən müəyyən qaydalara əməl etməklə şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.

 

 

Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür

Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür

Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin doğum günüdür.

YAZTV xatırladır ki, Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

 

Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda bu gün 66 010 nəfər vaksinasiya olunub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 068 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 146 350, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 034 554, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 111 796 nəfər təşkil edir.

Səfər Mehdiyevin bacısı oğlu vəfat etdi

Səfər Mehdiyevin bacısı oğlu vəfat etdi

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyevə ağır itki üz verib.

YAZTV News24.az-a istinadən məlumatına görə, Səfər Mehdiyevin bacısı oğlu, 41 yaşlı gömrük polkovnik-leytenantı Fərman Əliyev ötən gün dünyasını dəyişib. Mərhumun axşam saatlarında ürəktutmadan vəfat etdiyi bildirilir.

Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 47 824 nəfər vaksinasiya olunub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 682, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 142 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 080 340, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 997 612, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 082 728 nəfər təşkil edir.