Saturday, 03 Dekabr 2022 18:40
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan dili imtahanından kəsilənlərin nəzərinə

Azərbaycan dili imtahanından kəsilənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi tərəfindən 12 avqust 2021-ci il tarixində Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yenidən imtahan keçiriləcək. 

YAZTV” xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyat 29 iyul – 2 avqust tarixlərində aparılacaq.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin daha əvvəl keçirilən imtahanlarda qeyri-məqbul qiymət alan abituriyentlərin nəzərinə çatdırılır ki, Dövlət İmtahan Mərkəzi tərəfindən onların da qəbul (o cümlədən qabiliyyət) imtahanlarında iştirakına şərait yaradılacaq.

 

Həmin abituriyentlər qəbul imtahanlarından sonra Azərbaycan dili (dövlət dili kimi) imtahanını verəcəklər. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanlarda neçə bal toplamaqlarından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət aldıqları təqdirdə buraxılırlar.

Avqustda keçiriləcək Azərbaycan dili (dövlət dili kimi) imtahanında ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 20-də və ya iyunun 24-də keçirilən imtahanlarda iştirak edib qeyri-məqbul qiymət alan abituriyentlər, həmçinin hər hansı səbəbdən daha əvvəl keçirilən imtahanlarda iştirak edə bilməyən abituriyentlər buraxılırlar.

Azərbaycanda 17 yaşlı qız ana oldu

Azərbaycanda 17 yaşlı qız ana oldu

Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.

YAZTV xəbər verir ki, rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.

17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib.

S.Quliyevanın 16 yaşı tamam olmadan öncə cinsi əlaqədə olması ilə bağlı Ağdam RPŞ-də araşdırma aparılır.  (unikal org)

Bu həftə 26 mindən çox abituriyent imtahan verəcək

Bu həftə 26 mindən çox abituriyent imtahan verəcək

İyulun 1-də və 2-də 26 mindən çox abituriyent imtahan verəcək.

Dövlət İmtahan Mərkəzindən YAZTV-yə verilən məlumata görə, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

1. əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

İyulun 1-də keçiriləcək imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 2022 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 120 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2504 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb.

İyulun 1-də keçiriləcək imtahanlarda 17012, iyulun 2-də keçiriləcək imtahanlarda isə 9083 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

İmtahanlarda 44 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.

Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ

Güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 30-u və iyulun 1-də Abşeron yarımadasında isti hava şəraiti fonunda arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bakıda 19 nəfəri gün vurub

Bakıda 19 nəfəri gün vurub

22-29 iyun tarixləri arasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasına günvurma şikayətləri ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb.

YAZTV” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sözügedən tarixlərdə 19 nəfər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasına müraciət edib. Onlardan 7-si uşaq, 12-si isə böyüklərdir. 

 Uşaqlardan 5-nə yerində yardım göstərilib, 2 uşaq hospitalizasiya edilib.

7 nəfər böyüyə yerində kömək olunub, 5 nəfər isə hospitalizasiya edilib. (qafqazinfo az)

Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ

Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36 dərəcə, Bakıda gecə 24-26, gündüz 34-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 55-65, gündüz 30-35 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20 isti, gündüz 25-30 dərəcə isti olacaq.

Bakı Metropoliteni”nin yığılmış zərəri 565 milyon manata çatıb

Bakı Metropoliteni”nin yığılmış zərəri 565 milyon manata çatıb

“Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub.

YAZTV qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 51,7% çoxdur.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manata çatıb.

Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 21,623 milyon manat (əvvəlki ilə nisbətən 68,6% az), dövlət büdcəsindən aldığı dotasiya 67,679 milyon manat (37% çox), sair əməliyyat gəlirləri 3,534 milyon manat (38,1% az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4,928 milyon manat (22,8% az), istifadə etdiyi neft məhsullarının dəyəri 680 min manat (9,3% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 6,628 milyon manat (40,9% az), istifadə etdiyi qazın dəyəri 168 min manat (2,3% az), istifadə etdiyi suyun dəyəri 4,156 milyon manat (0,8% çox), işçi heyəti üzrə xərcləri 44,66 milyon manat (3,1% az), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 103,413 milyon manat (7,9% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 179 min manat (17,8% çox), tikinti və avadanlıqlarının qalıq dəyəri 666 min manat (44,8% çox), digər xərcləri 7,532 milyon manat (19,15% az), sair əməliyyat xərcləri isə 3,37 milyon manat (29,1% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 2 513,284 milyon manat olub ki, bu da illik müqayisədə 2,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 9% artaraq 58,917 manata, balans kapitalı isə 2,4% artaraq 2 454,367 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,9% artaraq 3 019,606 milyon manata çatıb.(report az)

Fulya Öztürk “CNN Türk”dən çıxdı

Fulya Öztürk “CNN Türk”dən çıxdı

İkinci Vətən müharibəsi dövründə fəaliyyəti ilə Azərbaycanda da məşhurlaşan Fulya Öztürk “CNN Türk”dən ayrılıb.

YAZTV” xəbər verir ki, bu barədə Türkiyə KİV oqranları məlumat yayıb. 

 Sözügedən kanalda kəşfiyyat rəisinin müavini vəzifəsini də icra edən Fulya Öztürk FOX TV-nin transfer təklifini qəbul edib.  

Öztürk həftənin 5 günü FOX TV-də intellektual təqib proqramı hazırlayıb təqdim edəcək.

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü başa çatdı

Çağırışçıların hərbi hissələr üzrə bölgüsü başa çatdı

Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.

"YAZTV" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 Bildirilir ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya “2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.

Nazirlik rəsmisi son günlər ölkədə baş verən yanğınlardan DANIŞDI

Nazirlik rəsmisi son günlər ölkədə baş verən yanğınlardan DANIŞDI

“Azərbaycan meşəsi az olan ölkələr siyahısındadır və cəmi 12 faizə yaxın ərazi meşə ilə örtülüb. Hətta lokal bir yanğın da arzuolunmazdır”.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda baş verən yanğın hadisələrinin böyük əksəriyyəti insan faktoru ilə əlaqədardır:

“Çox hallarda taxıl biçəndən sonra həmin ərazinin yandırılması baş verir. Belə bir mülahizələr var ki, taxıl biçildikdən sonra ərazinin yandırılması oradakı həşarətləri məhv edəcək və məhsuldarlıq artacaq. Bu, tamamilə cəfəngiyyatdır.

Əksinə bu cür yanğın etməklə torpağın münbit qatı məhv olur və nəticədə növbəti illərdə sahibkar orada əkinə başlayanda dəfələrlə xərc qoymalı olur”.

H.Əlizadə qeyd edib ki, yanğın hadisələrinin baş verməməsi üçün davamlı olaraq insanlarla maarifləndirilmə işləri aparılır:

“Davamlı olaraq dövlət qurumları ilə birlikdə sakinlərlə görüş keçirilir, məlumatlandırılır. Yanğın hadisələrini törədən şəxslər barədə cəza tədbirləri görülür. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə (Əkin yerinin yandırılmasına görə) görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Bundan əlavə olaraq, Cinayət Məcəlləsinə də 260-1-ci maddəsi ilə yanğına yol verən şəxslər bir ilə kimi azadlıqdan məhrum edilə bilər”.

O əlavə edib ki, yanğın hadisələri aran və cənub bölgəsində daha çox qeydə alınır.

Təhsil naziri “Ali təhsil haqqında” qanun layihəsinin məqsədlərini AÇIQLADI

Təhsil naziri “Ali təhsil haqqında” qanun layihəsinin məqsədlərini AÇIQLADI

“Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından “Ali təhsil haqqında” qanun layihəsi mühüm əhəmiyyət kəsb edir”.

YAZTV xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.

Nazir bildirib ki, ali təhsilin əlçatanlığı, bərabər imkanların əldə edilməsi diqqətimizdə olan məsələlərdir. Bundan başqa, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar bizi narahat edir.

Emin Əmrullayev qeyd edib ki, Azərbaycanda artıq öz 100 yaşını qeyd edən ali təhsil sistemi mövcuddur. Bu baxımdan ənənələrimiz və bizə qalan miras var. Amma həyat sürətlə inkişaf edir və yenilikləri də özü ilə gətirir: “Biz yeni qanun layihəsini ortaya qoymaqla təhsilin pillələri və səviyyələri anlayışlarından imtina etmirik. Təhsilimizdə təsnifat mütləq lazımdır”.

Təhsil naziri vurğulayıb ki, burada üç əsas məqam var. Belə ki, qanun layihəsinin böyük hissəsi ənənələrə söykənir. Tədqiqatlar, araşdırmalar, mütəxəssislərin rəyləri məsələnin ikinci tərəfidir. Bir də məsələnin emosional tərəfi var. Seçim zamanı əsas hədəf şəffaflığın təmin olunmasıdır.

Bu meyvələri yeyib arıqlaya bilərsiniz

Bu meyvələri yeyib arıqlaya bilərsiniz

Strus meyvələri orqanizmi zəhərli maddələrdən təmizləyir, sellüliti yox edir, piyləri parçalayır.

YAZTV saytı xarici mətbuata istinadən sitrus meyvələrindən ibarət pəhriz təqdim edi

sitrus pəhrizi şəkər xəstələrinə və mədə xorasından əziyyət çəkənlərə qadağandı

ı g

səhər

25 qr. yağsız kolbasa və 2 dilim qara çörək, 200 ml. qreypfrut şirəsi, 30 dəqiqədən sonra acı çay

naha

bitki yağı ilə qarışdırılmış tərəvəz salatı, 1 ədəd qreypfrut və şəkərsiz çay

şa

üzərinə limon şirəsi tökülmüş kahı

ıı g

səhər

2 ədəd suda bişmiş yumurtanın sarısı, 1 stəkan təzə sıxılmış portağal şirəsi, 30 dəqiqədən sonra acı kofe

naha

150 qr. yağsız kəsmik, 50 qr. pendir, 1 ədəd portağal

şa

pomidor, xiyar, şirin bibər, limon şirəsi və bir az bitki yağından hazırlanan salat, 1 parça buxarda bişmiş balıq, 1 dilim qara çörək

 

ııı gü

səhər

suda bişmiş yulaf, 2-3 ədəd kişmiş, 1 stəkan qreypfrut şirəsi

naha

ət bulyonu, 200 qr. suxarı

şa

2 ədəd buxarda bişmiş kabaçok,  soyutma toyuq filesi, 0,5 ədəd qreypfrut

ıv g

səhər

1 ədəd suda bişmiş yumurta, 1 stəkan pomidor şirəsi, 30 dəqiqə sonra qara çay

naha

limon şirəsi və zeytun yağından hazırlanan kök salatı, 1 orta böyüklükdə qreypfrut

şa

suda bişmiş 200 qr. yaşıl tərəvəzlər, 2 ədəd kivi, zəncəfilli və limonlu çay

v g

səhər

200 qr. meyvə salatı (üzüm, quru meyvə və banan olmaz), 2 xörək qaşığı yağsız yoqurt

 

naha

suda bişmiş kartof, yaşıl tərəvəzlərdən salat

şa

2 ədəd sobada bişmiş pomidor, 200 qr. suda bişmiş mal əti, 1 stəkan qreypfrut şirəsi.m:.r:.:ün.m:.r:.:ün.m:.r:.:n:.m:.r:.:ün.m:.r:.:ünr.r.0 qr. suda bişmiş mal əti, 1 stəkan qreypfrut şirəsi.(axşam az)