Saturday, 03 Dekabr 2022 20:37
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu gün 74 minə yaxın vaksin vurulub

Bu gün 74 minə yaxın vaksin vurulub

Bu gün Azərbaycanda koronavirus əleyhinə 73 621 vaksin vurulub.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 33 992, ikinci mərhələ üzrə 39 629 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 3 670 729, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 290 808, ikinci mərhələ üzrə isə 1 379 921 nəfər təşkil edir.

TƏBİB sədri Azərbaycanda pandemiyanın başa çatacağı tarixi açıqlayıb

TƏBİB sədri Azərbaycanda pandemiyanın başa çatacağı tarixi açıqlayıb

“Bu gün Azərbaycanda vaksinasiya prosesi sürətlə davam edir. Hətta günlük 80 mini keçən peyvəd vurulması imkanımız var və hazırda bunu edirik”.

Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hədəf növbəti günlərdə bu rəqəmin 100 minin üzərinə çıxarılmasıdır: “On səkkiz yaşdan yuxarı bütün həmvətənlərimizi vaksinasiya prosesinə həvəslə qoşulmağa dəvət edirəm. Həmişə deyirdik ki, bu xəstəlikdən qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Son elmi-tədqiqatlar da bunu sübut edir. Ona görə də peyvəndlənmənin həcmi genişləndirilməli və ictimai immunitetə daha sürətlə nail olmalıyıq”.

R.Bayramlının sözlərinə görə, vaksinasiya ilə paralel olaraq digər qoruyucu tələblərə də əməl edilməlidir: “Əminəm ki, qeyri-adi hal baş verməsə bu ilin sonuna qədər xəstəliyi pandemiya səviyyəsindən çıxarıb normal həyata yavaş-yavaş qayıda bilərik”.

İş və istirahət günlərinin yerləri dəyişdirildi

İş və istirahət günlərinin yerləri dəyişdirildi

Qurban bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.

"YAZTV" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən olunub. Beləliklə, 18 (bazar), 19, 20, 21 iyul qeyri-iş günləridir. 

Yoluxanların sayı 100-ü keçdi

Yoluxanların sayı 100-ü keçdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 2 ölüm faktı qeydə alınıb.

Sabah 40 dərəcəyədək isti olacaq

Sabah 40 dərəcəyədək isti olacaq

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 32-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

İyulun 3-də Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti olacaq.

İyulun 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Təcili tibbi yardım briqadalarının gecikmə səbəbləri AÇIQLANDI

Təcili tibbi yardım briqadalarının gecikmə səbəbləri AÇIQLANDI

“Bəzən bizə müraciət edirlər ki, təcili tibbi yardım birqadalarının sayı azdır. Amma qeyd edim ki, təcili tibbi yardım briqadaları əhalinin sayına uyğun təyin edilir”.

YAZTV xəbər verir ki, bu sözləri Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkiminin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabındakı canlı yayımında çıxışı zamanı deyib.

O bildirib ki, yay mövsümü başlayanda əhalinin çoxu yay mövsümü zonalarına, o cümlədən Bakı kəndlərinə köçürlər:

“İlin başqa vaxtlarında təcili tibbi yardıma müraciətlər və xidmət normal olsa da, yay aylarında həmin zonalarda əhalinin çox olması səbəbindən təcili yardım briqadalarında gecikmələr yaranır. Bundan başqa Bakı kəndlərinin əksəriyyətində çimərliklər mövcuddur və hər gün insanlar çimərliyə gedir. Müraciətlər arasında çimərlikdən gələn çağırışlar da çox olduğu üçün gecikmələr olur. Maksimum çalışırıq ki, gecikmələrə yol verməyək. 

Təcili tibbi yardıma daxil olan müraciətləri hər zaman olduğu kimi çeşidləmə ilə gedirik. Məsələn, çimərlikdən boğulma və ya ağır günvurma ilə bağlı çağırışları qoyub, digər yüngül müraciətlərə briqada göndərə bilmərik. Yüngül çağırışlar gözləmə mövqeyində durur, briqadalar azad olduqca digər çağırışlara da yönləndiririk”. (oxu az)

Üçüncü doza vaksin nə üçün önəmlidir? - Ramin Bayramlı təfərrüatları açıqladı

Üçüncü doza vaksin nə üçün önəmlidir? - Ramin Bayramlı təfərrüatları açıqladı

Üçüncü doza vaksin ehtiyacı bu gün bütün dünyada gündəmdədir. Bu, elmi populyar məqalələrdə də müzakirə olunur və eyni zamanda elmi tədqiqatlar da aparılır. Biz bu tədqiqatları yaxından izləyir, özümüz də tədqiqatlar aparırıq.

YAZTV-nin məlumatına görə, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlama verib. Onun sözlərinə görə, Operativ Qərargah çərçivəsində bu iş üçün tədqiqat aparılan laboratoriya lazım olan bütün reaktivlərlə təchiz olunub:

"Tədqiqatlar zamanı müəyyən ediləcək ki, vaksinasiyadan sonra yaranmış humoral immunitetin, yəni anticisim cavabının effektivliyi nə qədər olacaq. İmmunitetin digər istiqaməti isə hüceyrəvi immunitetdir. Bir çox ölkələrdə aparılan tədqiqatlar zamanı əldə olunan ilkin nəticələr göstərir ki, humoral immunitet zəifləsə də, yəni anticisimlərin cavabı azalsa da, qanda hüceyrəvi immunitet, yaddaş hüceyrələri uzun müddət qalır. Bu, çox yaxşı xəbərdir. Yaddaş hüceyrələri qalırsa, deməli mütəmadi olaraq biz xatırlatma dozası vurmaqla onu təkrar aktivləşdirə bilərik. Beləliklə, hüceyrəvi immunitetlə yanaşı humoral immunitet də yəni anticisim cavabı da aktivləşə və anticisim sintezi güclənə bilər".

TƏBİB sədri bildirib ki, ya vaksinin mövcud təsirini gücləndirmək üçün buster doza vaksinasiya tətbiq ediləcək, ya da tamamilə revaksinasiya ehtiyacı yarana bilər:

"Bir də virusun gələcəkdə hansısa mutasiyası baş verə bilərsə, o zaman mutant ştammlardan da ibarət polivalent vaksinlər hazırlana bilər. Necə ki, qripə qarşı belə vaksinlər var. Hər il mutasiyaya məruz qalır və hər il yeni vaksin çıxır. Bütün bu tədqiqatlar qısa zamanda yekunlaşacaq. Əlimizdə ilkin məlumatlar var. Amma bunların hamısını toplamalıyıq. Elmi məlumatları bizim elmi komitəmizdə müzakirə edəcəyik. Təbii ki, müvafiq qurumlarımız Operativ Qərargah çərçivəsində koordinasiyalı şəkildə çalışacaqlar. Çox yaxın günlərdə qərarlar veriləcək. Ondan sonra müəyyənləşdirəcəyik ki, 2 "Sinovac" alan əlavə 1 doza da "Sinovac" alsın, yoxsa digər vaksindən vurdursun. Və ya xəstəliyi keçirənlər neçə müddətdən sonra xatırlatma doza dediyimiz dozadan vurdursunlar".

Reabilitasiya vasitəsi verilən qazilərin sayı açıqlandı

Reabilitasiya vasitəsi verilən qazilərin sayı açıqlandı

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində 929 müharibə əlilinə 6200-dək reabilitasiya vasitəsi verilib.

Nazirlikdən  verilən məlumata görə, həmçinin, Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş qazilərimizdən 82 hərbçi yüksək texnologiyalı 83 protezlə təmin olunub. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb.

Bu ilin mart ayından əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. Əlilliyi olan şəxslərə 500-ə yaxın mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə iştirakçılarıdır.

Postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində 1300-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji və reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və online, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.

Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 2-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Vaksin və immunitet sertifikatlarının müddətini uzatmaq üçün daha bir doza peyvənd vurulacaq - Yeni QƏRAR

Vaksin və immunitet sertifikatlarının müddətini uzatmaq üçün daha bir doza peyvənd vurulacaq - Yeni QƏRAR

Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Trend-ə verilən birgə məlumata görə, son elmi araşdırmaların nəticəsinə və bir sıra ölkələrin vaksinasiya təcrübəsinə əsaslanaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası aşağıdakı qərarları qəbul edib.

1. Xəstəliyi keçirmiş və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycan Respublikasında istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

2. Peyvəndlənmiş vətəndaşlar, ikinci dozanı aldıqları tarixdən 6 ay keçdikdən sonra müvafiq tibbi göstərişlərə uyğun olaraq COVID-19-a qarşı Azərbaycan Respublikasında istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda “Vaksin sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının səhiyyə qurumları qabaqcıl ölkələrin vaksinasiya sahəsindəki təcrübələrini diqqətdə saxlayır və COVID-19 xəstəliyi ilə bağlı elmi yeniliklərin müsbət təcrübələri “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əlavə ediləcək.

Azərbaycanda polis günüdür

Azərbaycanda polis günüdür

2 iyul Azərbaycanda Polis Günüdür.

YAZTV xəbər verir ki, ümummilli lideri Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı fərmana əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.

Azərbaycan polisi Birinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili işlər orqanlarının və daxili qoşunların doqquz yüzdən çox şəxsi heyəti bu müharibədə şəhid olub.

Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman” adına, habelə orden və medallarla təltifə layiq görülənlər var. Elə koronavirusla mübarizədə də onların üzərinə böyük yük düşüb.

7NEWS.Az saytı olaraq, biz də Azərbaycan Polisini bu əlamətdar gün münasibətilə təbrik edirik!

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85 889 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 063 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 597 108, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 256 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 340 292 nəfər təşkil edir.