Sunday, 29 Yanvar 2023 15:44
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Füzulidə iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlandı

Füzulidə iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi başlandı

Füzuli rayon prokurorluğu bu gün rayonun işğaldan azad olunan ərazisində minaya düşən şəxslərlə bağlı növbəti məlumat yayıb.

Füzuli rayon prokurorluğundan  verilən məlumatda deyilir:

"Xəbər verildiyi kimi, iyulun 8-də 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırmalarla müəyyən edilib ki, iyulun 8-də Füzuli rayon sakinləri 1976-cı il təvəllüdlü Nuriyev Nuru Aslan oğlu və 1982-ci il təvəllüdlü Həşimov Elnur Aydın oğlu rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb, nəticədə Nuru Nuriyev hadisə yerində vəfat edib, Elnur Həşimovun isə sol ayağı amputasiya edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir".

Azərbaycanda məhkumların 98 faizi vaksin olunub - RƏSMİ

Azərbaycanda məhkumların 98 faizi vaksin olunub - RƏSMİ

Penitensiar müəssisələrdə saxlanılan məhkumların vaksinasiyası ölkə üzrə həyata keçirilən vaksin strategiyasına uyğun həyata aparılır.

Ədliyyə Nazirliyindən  verilən məlumata görə, artıq məhkumların 98 faizi 1-ci doza, 60 faizi isə 2-ci doza vaksinasiyadan keçib:

"Yaşı 40-dan yuxarı olan məhbusların vaksinasiyası yekunlaşıb, 18 yaşdan yuxarı olanlara birinci doza vaksin vurulub, hazırda ikinci doza vaksinasiyası davam etdirilir.

Vaksinasiya prosesi cəzaçəkmə müəssisələrinin tibb məntəqələri tərəfindən həyata keçirilir. Hazırkı dövrə qədər peyvənd olunan məhkumlar arasında kəskin allergik reaksiya və ya hər hansı ağırlaşma baş verməyib". (trend az)

Sabah Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək

Sabah Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək

İyulun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-32, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

İyulun 8-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 21-26, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

İyulun 8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

MTRŞ-da bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirildi

MTRŞ-da bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirildi

Yayım operatorları ilə silsilə tədbirlər çərçivəsində 2021-ci il iyulun 8-də Milli Televiziya və Radio Şurasında bir sıra kabel yayımçılarının rəhbərləri ilə görüş keçirilib.

YAZTV xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şura aparatının rəhbəri Fazil Novruzov qonaqlara yeni “Media haqqında” qanun layihəsi barədə məlumat verib, qanun layihəsində audiovizual media sahəsi ilə bağlı yenilikləri diqqətə çatdırıb.

Daha sonra Aparat rəhbəri kabel və İPTV yayımı sahəsində əqli mülkiyyət məsələləri ilə bağlı mövcud problemlərdən danışıb, bu kimi məsələlərin ölkəmizin reytinqinə mənfi təsir göstərməsini qeyd edib.

Fazil Novruzov son zamanlar media sahəsində həyata keçirilən islahatların davamı olaraq audiovizual mediada əqli mülkiyyətin qorunması tədbirlərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə həm kabel opertorlarının, həm müvafiq dövlət qurumlarının birgə səyi və daha geniş maarifləndirmə fəaliyyəti nəticəsində qısa bir zamanda bu problemləri dünya təcrübəsinə əsaslanaraq həllinin mümkünlüyü bildirilib. Kabel operatorlarının diqqətinə çatdırılıb ki, 01 avqust 2021-ci il tarixdən etibarən Milli Televiziya və Radio Şurası xarici televiziya kanallarının retranslyasiyasına hüquq verən müvafiq müqavilə olmadan həmin kanalların operatorların yayım paketlərinə daxil edilməsinə görə kabel (həmçinin İPTV) yayımçılarına qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirləri həyata keçirəcəkdir.

Daha sonra görüşdə yeni qanun layihəsi və əqli mülkiyyətlə bağlı kabel operatorlarının nümayəndələrinin müxtəlif sualları cavablandırılıb, yayım operatorluğu fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Milli Televiziya və Radio Şurasında növbəti həftə ərzində digər kabel yayımçılarının nümayəndələri ilə də belə görüşün keçirilməsi planlaşdırılır.

FHN-in “Telegram” kanalı istifadəyə verildi

FHN-in “Telegram” kanalı istifadəyə verildi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması və fövqəladə hallarla bağlı davranış qaydaları üzrə əhalinin maarifləndirilməsi üçün Nazirliyin rəsmi internet saytı və sosial şəbəkə səhifələrindən fəal şəkildə istifadə edir.

YAZTV xəbər verir ki, bu çərçivədə vətəndaşların informasiya mənbəyi kimi sosial şəbəkələrə getdikcə artan tələbatını nəzərə alaraq, Nazirliyin rəsmi “Telegram” kanalı istifadəyə verilib. “Fövqəladə Hallar Nazirliyinin rəsmi kanalı” (https://t.me/fhn_official) adı ilə ictimaiyyətə təqdim olunan kanalda Nazirliyin fəaliyyəti, keçirilən tədbirlər barədə, habelə maarifləndirici xarakterli materialların paylaşılması nəzərdə tutulub.

Qeyd edək ki, Naziliyin Facebook (@officialfhn), Twitter (@officialfhn), İnstagram (@officialfhn) sosial şəbəkə səhifələri, habelə Youtube kanalı (FHN Official) uzun müddətdir fəaliyyət göstərir.

Abituriyentlərin nəzərinə!

Abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

YAZTV” DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırılır ki, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-  Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 478 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 166, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 312 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 964 102, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 417 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 546 929 təşkil edir.

Güclü külək Şəmkirdə qaz təsərrüfatına ziyan vurub

Güclü külək Şəmkirdə qaz təsərrüfatına ziyan vurub

Güclü külək və normadan artıq yağıntının düşməsi Şəmkir rayonunun Seyfəli kəndi, Morul deyilən ərazi, Kiraz yolu, Könüllü kəndində ciddi fəsadlar törədib.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, qaz təsərrüfatına xeyli ziyan dəyib. Regiondakı bütün təmir-tikinti qüvvələri hadisə yerinə cəlb edilib. Tezliklə təbii qaz təminatı ilə bağlı çətinliklər aradan qaldırılacaq. (report az)

Bu günə gözlənilən HAVA PROQNOZU

Bu günə gözlənilən HAVA PROQNOZU

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 7-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda 104 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda 104 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 nəfər vəfat edib, aktiv xəstə sayı 1 202 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 709, ötən müddət ərzində isə ümumilikdə 3 821 726 test aparılıb.

Türkiyə Azərbaycanda 20-dən çox elmi laboratoriya quracaq

Türkiyə Azərbaycanda 20-dən çox elmi laboratoriya quracaq

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) Azərbaycanda bəzi layihələr həyata keçirəcək.

Bu barədə YAZTV-yə Türkiyə hökumətindəki mənbə bildirib.

İlkin mərhələdə TÜBİTAK-ın Milli Metrologiya İnstitutu tərəfindən Azərbaycan Metrologiya İnstitutunda ümumilikdə 27 laboratoriyanın qurulması planlaşdırılır. Laboratoriyaların qurulması 2021-2022-ci illər ərzində gözlənilir:

“TÜBİTAK Azərbaycan və eləcə də türkdilli ölkələrdə fəaliyyətinin genişləndirilməsində maraqlıdır".

Qeyd edək ki, 1963-cü ildən fəaliyyət göstərən TÜBİTAK dünyanın aparıcı təşkilatları və universitetləri ilə birgə mütəmadi layihələr icra edir.

Təşkilat elmi sahədə araşdırmalar həyata keçirir və araşdırmalar ölkəni prioritetlərə görə inkişaf etdirmək, mövcud elmi və texniki məlumatlara yiyələnmək məqsədi daşıyır. (trend az)

Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

İyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

 Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.