Sunday, 29 Yanvar 2023 15:31
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 606 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 433 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 069 218, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 459 102, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 610 116 təşkil edir.

Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi 2,3 mln manat gəlir əldə edib

Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi 2,3 mln manat gəlir əldə edib

2020-ci ildə Əmlak Məsələləri Dövlət Xidmətinin “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” MMC 2,292 milyon manat gəlir əldə edib.

“”YAZTV xəbər verir ki, bunun 2,289 milyon manatı əsas əməliyyat gəlirləri, 2,5 min manatı isə sair əməliyyat gəlirləri təşkil edib.

Ötən il şirkətin xərcləri isə 2,199 milyon manat, o cümlədən istifadə edilmiş material ehtiyatları üzrə xərcləri 17 min manat, işçi heyəti üzrə xərclər 1,575 milyon manat, amortizasiya xərcləri 15 min manat, digər əməliyyat xərcləri 591 min manat olub. (report az)

Yoluxanların sayı artdı

Yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 2 nəfər dünyasını dəyişib. 

Azərbaycanda 136 nəfər COVID-19-a yoluxub, 57 nəfər sağalıb

Azərbaycanda 136 nəfər COVID-19-a yoluxub, 57 nəfər sağalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 İndiyədək ölkədə ümumilikdə 337 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 725 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 389 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 463, ötən müddət ərzində isə ümumilikdə 3 842 136 test aparılıb.

Bu gün 1689 nəfər “SABAH” qruplarına imtahan verəcək

Bu gün 1689 nəfər “SABAH” qruplarına imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) keçiriləcək.

DİM-dən  ildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunacaq. Tələbələr “İmtahana buraxılış vərəqəsi”ni iyulun 6-dan etibarən çap edirlər.

İmtahan saat 10:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İmtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.

Tələbələr imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-Şəxsiyyəti təsdiq edən sənədin əsli.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi ayrılıb.

İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulur.

Gələn ilin sonunda “Xocasən” metrostansiyası istifadəyə veriləcək

Gələn ilin sonunda “Xocasən” metrostansiyası istifadəyə veriləcək

Bakı metropolitenin “Xocasən” stansiyası 2022-ci ilin sonunadək istifadəyə veriləcək.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, son dövrlərdə Xocasən qəsəbəsində, eləcə də qəsəbəyə yaxın ərazilərdə əhalinin sayının sürətlə artmasını nəzərə alaraq, istismara veriləcək stansiya burada yaşayan əhalinin ictimai nəqliyyata olan tələbatını ödəyəcək:

 “Burada qatarların təmiri, texniki baxışı üçün ən vacib olan infrastruktur qurulacaq və bu işlərin tərkib hissəsi olaraq həmin ərazidə “Bakmil” kimi yerüstü stansiyanın inşası nəzərdə tutulub. Həmin işlər sürətlə davam etdirilir. Əgər pandemiya kimi hər hansı qeyri-adi maneələr olmasa, bu stansiyanın gələn ilin sonuna təhvil verilməsi nəzərdə tutulur”.

QSC-nin rəsmisi əlavə edib ki, hər bir stansiya istismara verildikdən sonra həmin ərazidən istifadə edən sərnişinlər hansı ictimai nəqliyyata üstünlük verməyi müəyyən edirlər:

“Hazırda “8 noyabr” stansiyası fəaliyyət göstərir, lakin onun sərnişin kontingentinin hələ tam müəyyən olunduğunu demək olmaz. Çünki stansiya istismara verilsə də, həmin ərazidə yaşayan və işləyən insanlar müəyyən müddət keçdikdən sonra hansı nəqliyyat növündən istifadə edəcəkləri barədə qərar verirlər. Bu günədək istismara verilən bütün stansiyalarda da belə olub. Sərnişin kontingenti təqribən 6 ay ərzində tam formalaşır”. (oxu az)

SABAH qruplarına qəbul imtahanı keçirildi

SABAH qruplarına qəbul imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsini (test imtahanı) keçirib.

Mərkəzdən YAZTV-yə bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunub.

İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edib.

İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulurdu.

İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi ayrılıb. 

İyulun 12-dək ictimai nəqliyyat işləməyəcək

İyulun 12-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən iyulun 12-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın, o cümlədən Bakı Metropoliteninin fəaliyyəti dayandırılıb.

YAZTV xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyət göstərməyəcək.

Bu ərazilərdə iyul ayının pensiyaları ödənilib

Bu ərazilərdə iyul ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.

Fonddan  verilən məlumata görə, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.

İstirahət günü 36 dərəcə isti olacaq

İstirahət günü 36 dərəcə isti olacaq

İyulun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-34 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 31-36 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda vurulan vaksinlərin sayı 4 milyonu ötdü

Azərbaycanda vurulan vaksinlərin sayı 4 milyonu ötdü

Bu gün Azərbaycanda koronavirus əleyhinə 51 510 vaksin vurulub.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 Birinci mərhələdə peyvənd olunanların sayı 20 756, ikinci mərhələ üzrə 30 754 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 015 612, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 437 929, ikinci mərhələ üzrə isə 1 577 683 nəfər təşkil edir.

Bu ərazilərə yağış yağacaq

Bu ərazilərə yağış yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gün ərzində sabah şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-34 isti olacaq. Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun Abşeron yarımadasında mülayim xəzri küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 32-36 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-25 dərəcə isti olacaq.