Monday, 03 Oktyabr 2022 05:44
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Yoluxanların sayı açıqlandı - 5 nəfər ölüb

Yoluxanların sayı açıqlandı - 5 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 452 yeni yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 5 nəfər vəfat edib.

Balıq ovuna icazə müddəti azaldıldı

Balıq ovuna icazə müddəti azaldıldı

Nazirlər Kabineti tərəfindən “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişikliklər edilib. Kvota üzrə balıq ovu üçün tələb olunan sənədlərin siyahısı “Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğunlaşdırılıb. 

YAZTV” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib. 

O qeyd edib ki, əvvəlki qaydalardan fərqli olaraq, yeni qaydalar üzrə balıq ovu üçün kvotaya ərizələrin qəbulu müddəti aprelin 1-dək uzadılıb. Bu da müraciətçilərin sayının artmasına və subyektlərin kvotadan daha səmərəli istifadəsinə səbəb olacaq: “Digər dəyişikliklər isə balıq ovunun müddətləri ilə bağlıdır. Əvvəlki qaydalarda bütün meliorativ kollektorlarda balıq ovuna icazə il boyu ərzində verildiyi halda, yeni qaydalarda həmin kollektorlarda mayın 1-dən sentyabrın 1-dək balıq ovuna qadağa müddəti tətbiq olunub. Bu da kürütökmə dövründə kollektorlara miqrasiya edən balaların kürüləməsinə və nəticədə balıq ehtiyatlarının artmasına xidmət edəcək”.

M.Axundovun sözlərinə görə, yeni qaydalara əsasən, kilkə ovu üçün müxtəlif dərinlikli pelagik torlardan istifadəyə, eyni zamanda, ilan balığının adının “Qırmızı Kitab”dan çıxarılmasını nəzərə alaraq onun Kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib.

 

 

Bu gün neçə vaksin vurulub?

Bu gün neçə vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1723 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1095, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 233 nəfərdir.

Bu hərbçilər ordudan uzaqlaşdırıldı - Rəsmi

Bu hərbçilər ordudan uzaqlaşdırıldı - Rəsmi

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu və Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən bildirilib.

Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

“Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir” – MN-in açıqlamasında qeyd olunur.

İlan balığının ovuna icazə verildi

İlan balığının ovuna icazə verildi

Məlum olduğu kimi, “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda dəyişikliklər edilib.

YAZTV ETSN-nin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundova istinadən xəbər verir ki, ilan balığının ovuna icazə verilib. 

Belə ki, yeni qaydalara əsasən kilkə ovu üçün müxtəlif dərinlikli pelagik torlardan istifadəyə, eyni zamanda, ilan balığının adının “Qırmızı Kitab”dan çıxarılmasını nəzərə alaraq onun Kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib.

Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 540 yeni yoluxma faktı qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Babadağda itkin düşənlər xilas edildi

Babadağda itkin düşənlər xilas edildi

İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Bu barədə YAZTV-yə FHN-dən bildirilib.

Həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır.

Xatırladaq ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupu xilasetmə işlərinə cəlb olunub. Axtarışlar mürəkkəb relyefli dağlıq ərazidə və əlverişsiz hava şəraitində aparılıb.

Əlavə məlumat veriləcəkdir.

“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqləndi

“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiqləndi

“Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması Qaydası” təsdiq edilib.

"YAZTV" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu Qayda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna uyğun olaraq hazırlanıb və şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin formalaşdırılmasının, aparılmasının, inteqrasiyasının və arxivləşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Qərarla Reyestrin fəaliyyət prinsipləri də müəyyənləşib. Reyestr Qaydalarda qeyd edilən prinsiplər nəzərə alınmaqla, aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

-istifadə rahatlığı – Reyestrdən istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

-fasiləsizlik – Reyestrdə aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

-funksionallıq və davamlı inkişaf – Reyestrin inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması və ən son texnologiyalardan istifadə edilməklə Reyestrin daim təkmilləşdirilməsi;

-operativlik – Reyestrdə məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin sürətli şəkildə həyata keçirilməsi;

-sərbəstlik – Reyestrin fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;

şəffaflıq – Reyestrin fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

Reyestrin strukturuna aşağıdakı modullar daxildir: -məlumatların daxil edilməsi modulu;

-məlumatlara baxış modulu;

-. hesabatlar modulu.

Reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

- “məlumatların daxil edilməsi” modulu vasitəsilə şəhid və şəhid ailəsi statusu almış şəxslər barədə bu Qaydada göstərilən məlumatların daxil edilməsi;

 

-“məlumatlara baxış modulu” vasitəsilə Reyestrdə topla- nılmış məlumatlar üzrə axtarış edilməsi və məlumatlara baxılması;

-“hesabatlar modulu” vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi.

Dini Komitə: "Azərbaycan səfirliyinə hücum heç bir dini əqidəyə sığmır"

Dini Komitə: "Azərbaycan səfirliyinə hücum heç bir dini əqidəyə sığmır"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanın Britaniyadakı səfirliyinə hücum edilməsi ilə bağlı açıqlma yayıb.

Dövlət Komitəsindən  daxil olan məlumatda bildirilir:

"Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin 2022-ci il avqustun 4-də bir qrup radikal dini dəstənin hücumuna məruz qalmasını, barbar və vandal düşüncənin təsiri altında olan qaragürüh dəstənin üzvlərinin Səfirliyin yerləşdiyi binanın eyvanında üzərində şüarlar olan parçaların qaldırmasını və radikal dini şüarlarla çıxış etməsini kəskin şəkildə pisləyirik.

İslam dininə və onun ali dəyərlərinə zidd olaraq öz çirkin məqsədlərinə çatmaq üçün bu tip əməllərə yol verənlər bununla İslam dininə zərbə vurmuş olurlar. Mütərəqqi islami dəyərlərə həqarətlə yanaşıb din adından sui-istifadə edənlərin heç bir mənəvi-əxlaqi, hüquqi normalara sığmayan hərəkətləri Azərbaycan cəmiyyəti, dini cameəsi, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar tərəfindən də qətiyyətlə pislənilir. İslam dünyasının bir parçası olan Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə dinimizə, islami dəyərlərə hərtərəfli diqqət, qayğı göstərilir. Dini etiqad azadlığının, multimədəni harmoniyanın əsas təminatçısı, milli-mənəvi dəyərlərin hamisi olan Prezident İlham Əliyev vətəndaşların dini inanclarının qorunmasını daim prioritet vəzifə kimi qarşıya qoymuşdur. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkəmizin dövlət-din modeli özündə İslam dünyasının ən unikal və mütərəqqi dəyərlərini birləşdirir, xalqımızın və dövlətimizin inkişafına maneçilik törədə biləcək dini fanatizmi, radikalizmi və ekstremizmi rədd edir. İstər məzhəblər, istərsə də dinlərarası münasibətlərin səviyyəsinə görə Azərbaycan həm Şərq, həm də Qərb üçün uğurlu örnəkdir. Bu gün ölkəmizin dünyada mədəniyyətlər və dinlərarası dialoqun aktiv təşkilatçısı olduğu beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən etiraf olunan həqiqətdir. Heç bir dini qrup və dini cərəyan Azərbaycanın beynəlxalq aləmdəki bu imicinə və böyük iradə tələb edən fəaliyyətinin nəticəsinə xələl gətirə bilməz.

Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında din pərdəsi altında törədilən, heç bir dini əqidəyə sığmayan, hüquqa zidd avantürist hadisəyə Azərbaycan hökumətinin münasibəti ifadə olunmuşdur. Belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz və əminik ki, tez bir zamanda xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımıza hörmətsizlik edənlər, Səfirliyin binasında vandal əməllərə yol verənlər öz layiqli cəzalarını alacaqlar".

Bakıda döyüşə yararlı sursat aşkarlanıb

Bakıda döyüşə yararlı sursat aşkarlanıb

Bakıda döyüşə yararlı sursat aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nəsimi rayonunda hərbi sursat aşkar olunması barədə məlumat daxil olub.

Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub və aşkar olunmuş hərbi sursata baxış keçirilib. Döyüş tətbiqinə yararlı sursat olduğu müəyyən edildikdən sonra sursat müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib. Hərbi sursatın tapıldığı ərazidə aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiqləndi

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiqləndi

Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiqlənib.

YAZTV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar verib.

Bildirilir ki, Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Reyestrin formalaşdırılması, dayanıqlı və fasiləsiz fəaliyyəti, aparılması, idarə olunması, tamlığı və mühafizəsi, Reyestrə çıxışı olan və onun aparılmasında iştirak edən əməkdaşların gücləndirilmiş elektron imza ilə təmin edilməsi, Reyestrin iştirakçıları tərəfindən daxil edilən məlumatların tamlığına və dolğunluğuna nəzarət edilməsi, habelə onların tələbi əsasında müharibə veteranı statusu almış şəxslər barədə məlumatlarda aparılan düzəlişlərin təsdiq və ya imtina edilməsi Reyestrin sahibi tərəfindən həyata keçirilir.

Reyestrdə müharibə veteranı statusu almış şəxslər barədə fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin fərdi məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət sirri haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

Reyestrdə məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, habelə Reyestrin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyat tarixçələrinin elektron nəzarət-audit jurnallarında toplanılması (hesabatlılığı) təmin edilir.

Reyestrin fəaliyyətinin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, habelə Reyestrdə yaranan nasazlıqların aradan qaldırılması məqsədilə Reyestrin sahibi təxirəsalınmaz tədbirlər görür.

Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrdə saxlanılan məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Reyestrə daxil edilmiş məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat verməli, Reyestrin fəaliyyətinə xələl gətirəcək hərəkətlərə yol

verməməlidirlər.

Reyestrin iştirakçıları və istifadəçiləri Reyestrin fəaliyyəti ilə bağlı Reyestrin sahibinə təkliflər verə bilərlər.

Reyestrin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Avqustun 6-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-34° isti, Bakıda gecə 24-26° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.