Monday, 17 Yanvar 2022 05:15
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Adambaşına 5-10 manat arası fitrə zəkatı verin” - QMİ sədri

Adambaşına 5-10 manat arası fitrə zəkatı verin” - QMİ sədri

Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü- Bayram axşamı şam namazından sonradır”.

YAZTV xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa Ramazan bayramı təbrikində deyib.

“Qazılar Şurasının Fətvasına görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”, - deyə Şeyx bildirib.

Yoluxanların sayı azaldı

Yoluxanların sayı azaldı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 892 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 Son sutkada nəfər 18 nəfər “COVID-19”dan vəfat edib.
Bu qidalar ölümə yol açır

Bu qidalar ölümə yol açır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisi Aynur Həsənova "Allergik qidaların orqanizmə təsiri" adlı məqalə hazırlayıb.

YAZTV həmin məqaləni təqdim edir:

"Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin orqanizmdən asılı olaraq, bəzi allergiyalar mövsümi xarakter daşıdığına görə əsasən də yaz və payız aylarında özünü daha qabarıq büruzə verir. Allergiyaya mövsümi qidalar da təsir edir.

Qida allergiyası zamanla artan xəstəlik kimi təsvir edilir. Hesab edilir ki, əhalinin 2,5 %-i qida allergiyasına məruz qalır, rast gəlmə tezliyi isə olduqca genişdir: 1 %-dən 10 %-ə qədər.

Qida allergiyası – tərkibində allergenlərin olduğu qida məhsullarının istehlakı zamanı immun sistemin spesifik reaksiyası nəticəsində yaranan sağlamlıq üçün zərərli effektdir. Allergik reaksiya immun sistemi adətən zərərsiz olan qida zülallarına hücum etdiyi üçün meydana gəlir. Qida məhsullarının səbəb olduğu anafilaksiya ciddi allergik reaksiya olub, birdən-birə meydana gəlir və ölümə belə səbəb ola bilir. Allergik reaksiyalar adətən qidanın istehlakından 2 dəqiqə sonra başlayır və 2 saatadək müddətə meydana çıxır. Allergiya dəridə qızartı və səpkilər, ağızda qıcolma və ya qaşınma hissi, üz, dil, dodaqda şişkinlik, qusma və diareya, qarında spazmalar, öskürək, başgicəllənmə, nəfəsalmada çətinlik, huşun itirilməsi kimi əlamətlərlə özünü büruzə verir.

Qeyd edək ki, qida allergiyası – immunoqlobulin E antitelinin səbəb olduğu orqanizmin anomal reaksiyasıdır. Belə allergik reaksiyalara səbəb olan 170 növ qida məhsulu mövcuddur. Əsasən süd, yumurta, yerfındığı, qoz, buğda, soya, balıq və digər məhsullardan allergik reaksiyalar baş verir. Qida allergiyası adətən 2 yaşdan etibarən özünü büruzə verir.

İnək südünə qarşı allergiya 2 yaşlı uşaqlar arasında daha geniş müşahidə edilir (2,5 %). İnək südünə qarşı allergiya zamanı allergik rinit, astma və atopik dermatitin başlanğıc mərhələsindən tutmuş ağır dərəcəsinə qədər hallar baş verir. İnək südünə qarşı allergiyası olan şəxslərdə südün istehlakından 5-30 dəqiqə sonra allergik reaksiya yaranır. Bu zaman ödem, səpkilər, qusma və nadir hallarda anafilaksiya, həmçinin bağırsaqda funksiyaların pozulması, diareya, qusma, həmçinin bağırsaq divarının iltihabı ilə təzahür edir. İnək südünə qarşı allergiyadan əziyyət çəkən insanlar üçün süd və süd məhsullarının (quru süd, pendir, kərə yağı, marqarin, yoğurt, dondurma) istehlakı yolverilməzdir.

Allergiyaya səbəb olan qida məhsullarından biri də yumurtadır. İnək südündə olduğu kimi yumurtaya qarşı (toyuq yumurtası) allergiya zamanı da uşaqlıq və yeniyetməlik dövründə orqanizmdə dözümlülük yaranır. Yumurtaya qarşı allergiya mütəmadi şəkildə aeroallergenlərə qarşı həssaslığa gətirib çıxarır ki, bu da sonralar astmanın inkişafına səbəb olur. Bu tip allergiyadan erkən yaşda uşaqların 1-2 %-i əziyyət çəkir. Allergik reaksiya adətən həzm sistemi pozuntuları, məsələn qarın nahiyəsində ağrılar, dəridə səpkilər, respirator problemlər, nadir hallarda anafilaksiya kimi əlamətlərlə özünü büruzə verir. Reaksiya yumurta zülalına qarşı və ya əksinə sarısına qarşı ola bilər. Lakin allergiyaya səbəb olan zülalların əksəriyyəti yumurta ağında olur.

Müxtəlif çərəzlər - qoz, fındıq, badam, fıstıq və digərləri də güclü allergik qidalar hesab edilir. Bu qidalara qarşı allergiyası olan şəxslər həm də onlardan hazırlanan məhsullardan imtina etməlidirlər. Bəzi allergik qidalardan fərqli olaraq, çərəzlərə qarşı allergiya ömür boyu qalır. Çərəzlərə qarşı allergiya ciddi fəsadlara səbəb ola bilir, hətta anafilaksiya halları 50 % təşkil edir. Yerfındığı isə ciddi və potensial ölümcül reaksiyalara səbəb ola biləcək allergik qidalara aiddir. Yerfındığına qarşı allergiyadan uşaqların 4-8 %-i, yetkin insanların isə 1-2 %-i əziyyət çəkir.

Dəniz məhsulları da geniş yayılmış qida allergenlərindən biridir. Dəniz məhsullarına qarşı allergik reaksiyalara səbəb əsasən trigger tropomiozin zülalı hesab edilir. İmmun cavaba səbəb ola bilən digər zülallara isə arginin kinaza və miozinin yüngül zənciri aiddir. Bəzi hallarda bu tip allergiyanı dəniz məhsullarının çirkləndiriciləri olan bakteriya, virus və ya parazitlərin yaratdığı yan təsirlərdən fərqləndirmək çətin olur. Qeyd edək ki, hər iki halda da həzm sistemində pozuntular, qusma, diareya, qarın nahiyəsində ağrılar müşahidə olunur. Dəniz məhsullarına qarşı allergiya qısa zamanda keçib getmir, ona görə də bu allergiyadan əziyyət çəkən insanlara belə məhsulları qida rasionundan kənarlaşdırması tövsiyə olunur.

Buğdaya qarşı allergiya məhsulda aşkar olunan bir növ zülala qarşı allergik reaksiyadır. Buğdaya qarşı allergik reaksiya da həzm prosesində pozuntulara, qusma, səpkilər, ödem, daha ağır hallarda isə anafilaksiyaya səbəb ola bilir. Qeyd edək ki, oxşar simptomlara görə buğda allergiyası qlütenə qarşı dözümsüzlüklə qarışdırılır. Halbuki buğdaya qarşı allergik reaksiya onun tərkibində olan yüzlərlə zülalın yalnız birinə qarşı verilmiş immun cavabdır.

Soya da ən geniş yayılmış qida allergenlərindəndir. Daha çox azyaşlı uşaqlarda allergik reaksiyalara səbəb olur. Bu zaman qaşınma, burunda axıntı, ağızda səpkilər, nəfəsalmada çətinliklər, astma kimi hallar baş verir, nadir hallarda isə anafilaksiyaya səbəb olur. Müəyyən edilib ki, inək südünə qarşı allergiyası olan uşaqlarda soyaya qarşı da allergiya vardır. Soyanın bir çox qida məhsullarında olduğunu nəzərə alaraq, qida məhsullarını alarkən etiket məlumatları ilə tanış olmaq, eləcə də soya və soya ehtiva edən məhsulları qida rasionundan çıxarmaq lazımdır. Küncüt, kətan toxumu, ərik, banan, avokado, kivi, sarımsaq, xardal toxumu, çobanyastığı, kərəviz və digər qidalar da allergiyaya səbəb ola bilər.

Bir çox meyvə-tərəvəzə qarşı da allergiya yarana bilər. Adətən şaftalı, banan, kivi, alma, armud, ərik, manqo və papaya kimi ekzotik meyvələr allergik reaksiyaya səbəb olur. Tərəvəzlərdən isə paprika bibəri, turp, kök, çuğundur, soğana qarşı allergiya yarana bilər. Meyvələrə qarşı allergiyaya səbəb olan əsas amil onların tərkibindəki turşulardır. Qeyd edək ki, yaşıl rəngli meyvələr çox az miqdarda allergenlərə malikdir. Sarı rəngli meyvələrdə orta, qırmızı və narıncı rəngli meyvələrdə isə yüksək miqdarda allergen mövcuddur.

Emal edilmiş qida məhsullarının dad keyfiyyətinin yaxşılaşdırılması məqsədilə süddən alınmış kazein və laktoza, yumurtadan alınmış albumin kimi zülallar əlavə olunur. Belə gizli allergenlərin müəyyən edilməsi üçün qida məhsullarının düzgün etiketlənməsi vacib hesab edilir. Belə ki, Avropa Komissiyasının qərarına əsasən, etiket məlumatlarında 12 qida məhsulunun adı qeyd edilməlidir: tərkibində qlüten olan dənli bitkilər, ikitaylı molyuskalar, yumurta, yerfındığı, soya, süd (laktoza da daxil olmaqla), çərəz, xardal, küncüt toxumu, kərəviz, sulfitlər.

Allergik reaksiyalar respirator və ya ürək-damar çatışmazlığı zamanı həyat üçün olduqca təhlükəli ola bilər. Allergik reaksiyalara qarşı ən təsirli mübarizə vasitəsi kimi allergen məhsulları tərkibində həmin vitamin və qidalı maddələr olan başqa məhsullarla əvəz etmək tövsiyə olunur".

Qaxa qar yağdı

Qaxa qar yağdı

Yazın son ayında Qax rayonunun Sarıbaş kəndinə qar yağıb.

YAZTV xəbər verir ki, mayın 9-da axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

Bölgədə, küləklə müşahidə olunan yağış yağıb, havanın temperaturu aşağı düşüb. Gecə saatlarında isə dağlıq ərazilərə qar yağıb.

Qar Azərbaycanın üç ən ucqar, Qax rayonunun isə ən ucqar dağ kəndi olan Sarıbaş kəndinə yağıb.

Qeyd edək ki, Sarıbaş kəndi dəniz səviyyəsindən 1 700 metr yüksəklikdə yerləşir. (publika az)

Yağış yağacaq, şimşək çaxacaq - Sabahın HAVASI

Yağış yağacaq, şimşək çaxacaq - Sabahın HAVASI

Mayın 11-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bu gün nə qədər adam peyvənd olunub?

Bu gün nə qədər adam peyvənd olunub?

Bu gün Azərbaycanda koronavirus əleyhinə 25 min 625 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 Birinci mərhələdə peyvənd olunanların sayı 3 710, ikinci mərhələ üzrə 21 915 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 687 min 397, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 005 678, ikinci mərhələ üzrə isə 681 719 nəfər təşkil edir.

“Qış Parkı”nın keçidində gecələyən qadınla bağlı - Rəsmi açıqlama

“Qış Parkı”nın keçidində gecələyən qadınla bağlı - Rəsmi açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov “Qış Parkı”nın keçidlərindən birində gecələyən qadınla bağlı məlumat yayıb.

YAZTV-nin məlumatına görə, agentlik rəsmisi bildirib ki, 1985-ci il təvəllüdlü Elmira (Ad şərtidir) adlı xanım barəsində məlumat əldə edilən andan Sosial Xidmətlər Agentliyinin əməkdaşları onun sığınacağa cəlbi üçün səfərbər olublar:

“Təəssüf ki, ilk cəhdlərdə sığınacağa gəlməsi barədə təklifimizi müxtəlif şəxsi səbəblərlə geri çevirdi. Ardından Elmiranın küçədə gecələməməsi üçün növbəti cəhdimiz onun ilk mərhələdə tibbi problemlərinin həlli üçün aidiyyəti tibb müəssisəsinə göndərilməsi ilə nəticələndi:

 

M.Həşimovun sözlərinə görə, müalicədən sonra Elmiranın sığınacağa gəlməsi üçün çalışacaqlar:

“Qapımız hər zaman açıqdır. Orada qaldığı müddətdə isə onun digər sosial ehtiyaclarının həlli üçün çalışacaq və iş imkanlarını araşdıracağıq”.

Nazirlik hava şəraiti ilə bağlı MƏLUMAT YAYDI: Mayın 11-dən 14-dək...

Nazirlik hava şəraiti ilə bağlı MƏLUMAT YAYDI: Mayın 11-dən 14-dək...

Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur".

YAZTV xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi bildirib ki, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Bu proses gecə ərzində respublikanın demək olar, əksər rayonlarında müşahidə olunacaq.

Umayra Tağıyeva qeyd edib ki, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir.

Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək", - Milli Hidrometeorologiya Xidmətinin rəisi bildirib.

Onun sözlərinə görə, növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq: "Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək".

Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1539 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 14 nəfər  COVID-19-dan vəfat edib.
Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

Bu gün Azərbaycanda koronavirus əleyhinə 170 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 26, ikinci mərhələ üzrə 144 nəfərdir.

 Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 687 min 567, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 00 57 04, ikinci mərhələ üzrə isə 681 863 nəfər təşkil edir.
Yatmazdan əvvəl bunları etməyin!

Yatmazdan əvvəl bunları etməyin!

Yatmazdan əvvəl müxtəlif əyləncə üsullarından istifadə etmək bədənin yuxuya hazırlaşmasını çətinləşdirir, yuxu zamanı əmələ gələn melatonin hormonu məhv olur.

YAZTV xəbər verir ki, bu barədə həkim-somnoloq Maksim Novikov danışıb.

“Sosial şəbəkələrdə xəbərləri izləmək, stressli vəziyyətə səbəb olan video və fotolara baxmaq ertəsi günə təxirə salınmalıdır. Telefonu yatağa aparmayın! Bütün kənar məsələlər: televizora baxmaq, yazı oxumaq belə yataqdan kənarda olmalıdır. Yataq yalnız yuxu üçün istifadə olunmalıdır”, - ekspert bildirib.

Həkim qeyd edib ki, gecə yarısı yuxudan oyansanız da, telefonunuzu götürməməli və saatınıza baxmamalısınız. Bu, sinir sistemini həyəcanlandırır və ekrandan çıxan parlaq işıq melatonini məhv edir. Eyni zamanda, sağlam yuxu üçün vərdişlərinizi dəyişdirməlisiniz və bəzi şeylərdən, məsələn, müəyyən saatlarda qəhvədən imtina etməlisiniz.

“Saat 18:00-dan sonra qəhvə içməyi dayandırın, yatmazdan əvvəl idman hərəkətləri etməyin. Böyüklər yatmazdan yarım saat, uşaqlar isə 1 saat əvvəl elektron cihazları kənara qoymalıdır” , - Maksim Novikov əlavə edib. (publika az)

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Mayın 10-da Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Mayın 10-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq