Monday, 03 Oktyabr 2022 05:44
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
MN: "Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadının ordumuza heç bir aidiyyəti yoxdur"

MN: "Sosial şəbəkədə hərbçi adından paylaşım edən qadının ordumuza heç bir aidiyyəti yoxdur"

Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb.

Nazirlikdən  daxil olan açıqlamada deyilir:

"Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur".

Pensiyalar bu tarixdə ödəniləcək

Pensiyalar bu tarixdə ödəniləcək

Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

YAZTV” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 424 vaksin vurulub.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 222, ikinci doza vaksinlərin sayı 72 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 934-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 196 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 829 027 təşkil edir.

“Bu, hörmətsizlikdir, xalq cavabını verməlidir” - Şeyx

“Bu, hörmətsizlikdir, xalq cavabını verməlidir” - Şeyx

“Özlərini din adamları adlandıran bir qrup şəxs Azərbaycanın Londondakı səfirliyinə vandalizm hərəkətləri edib. Bu, xalqımıza qarşı hörmətsizlikdir”.

YAZTV “Report”a istinadən xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Azərbaycan bayrağını təhqir etmək xalqı təhqir etmək qədərdir. Bu xalq cavabını verməlidir. Bu gün mənimlə bərabər olan dini konfessiyaların nümayəndələri gecə ilə mənə zəng edib narazılıqlarını bildirdilər. Türkiyənin Dini İşlər İdarəsi Azərbaycan xalqının yanında olduğunu bildirdi. Türkdilli dövlətlərin dini liderləri ilə də danışığım oldu. Onlar da telefonda məni dəstəklədilər. Biz də səfirliklərə bəyanatlar göndərdik. İnanıram ki, gələcəkdə bu törətdikləri insidentə görə cəzalandırılacaqlar”.

Bu gün Aşuradır

Bu gün Aşuradır

Bu gün Aşura qeyd olunur.

YAZTV xəbər verir ki, bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dindarlara müraciət edərək xatırladıb ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyil.

Son illər məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir. Bu il də humanist ənənə davam etdirilərək qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn xatirinə həyat bəxş edəcəklər.

Bundan əlavə, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Qanununa uyğun olaraq, dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Xüsusilə son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq, məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır.

Avqustun 8-də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.

Qeyd edək ki, avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq.

Azərbaycanda son sutkada 469 nəfər koronavirusa yoluxub

Azərbaycanda son sutkada 469 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 469 yeni yoluxma qeydə alınıb, 422 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb.

Ölkədə indiyədək 801 939 nəfər koronavirusa yoluxub. Onlardan 789 034 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 145 nəfərdir.

Ölkədə son sutka ərzində 3 603, hazırkı dövrədək isə 7 069 761 test aparılıb.

Ələtdəki qəzada yaralananların vəziyyəti açıqlandı

Ələtdəki qəzada yaralananların vəziyyəti açıqlandı

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər xəsarət alıb. Yaralı şəxslər Kliniki Tibbi Mərkəzə aparılıb.

Mərkəzdən  verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin - 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti nisbətən ağır olduğu üçün Mərkəzin Üz-çənə cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Digər yaralılarda - 1997 və 1990-cı il təvəllüdlü şəxslərdə gicgah nahiyəsinin travması, 1978-ci il təvəllüdlü şəxsdə burun sümüyünün sınığı və 1988-ci il təvəllüdlü şəxsdə ayaq-daraq sümüyünün sınığı aşkarlanıb və hər birinə müvafiq tibbi yardımlar göstərilib.

Artıq yaralanan beş nəfərdən dördü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Sentyabrdan un və çörək bahalaşacaq - Video

Sentyabrdan un və çörək bahalaşacaq - Video

“Azərbaycan vətəndaşları sentyabr, oktyabr aylarında piştaxtalarda un və un məmulatlarının bahalaşmasını müşahidə edəcəklər”.

YAZTV xəbər verir ki, bu barədə Xəzər TV-yə iqtisadçı ekspert Asif İbrahimov bildirib.

O qeyd edib ki, yerli istehsal tələbatı tam təmin etmədiyindən gələcək aylar üçün qiymət fərqi gözəçarpan olacaq. Ukraynada baş verən müharibə və quraqlıq səbəbindən unun qiymətində müəyyən bahalaşmalar olacaq: “Azərbaycan daxili tələbatını tam təmin edə bilmədiyindən taxıla olan tələbatımızı xaricdən tədarük edirik. Bu məhsul daha çox Rusiya, Ukrayna və Qazaxıstandan alınır. Dünyanın 25 faiz taxıl ehtiyatını təmin edən iki ölkə arasında baş verən müharibə bu məhsulun qiymətinə ciddi təsir edir. Ukrayna artıq dəniz ölkəsi deyil, bu baxımdan Qara dəniz vasitəsilə dünya bazarına məhsul çıxara bilmir. Cənubi Qafqazı əvvəl Rusiya üzərindən təmin edirdi. Hazırda isə məhsullar Avropa üzərindən daşındığından bu da əlavə xərclər yaradır və maya dəyərinə təsir edir”

https://youtu.be/ykCvPMrVemI

Bu günün hava proqnozu açıqlandı

Bu günün hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin  verilən məlumata əsasən, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunudan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 21-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.

Şeyx də qan verdi

Şeyx də qan verdi

Xəbər verdiyimiz kimi, bu gün Aşura qeyd olunur.

Gün ərzində ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.

Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qanvermə aksiyası keçirilib. Aksiyada QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

 

Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI

Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI

Avqustun 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.

Vaksinasiya ilə bağlı son vəziyyət

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada 1 839 nəfər vaksinasiya olunub.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 314, ikinci doza vaksinlərin sayı 182 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 113-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 olub.