Monday, 03 Oktyabr 2022 05:58
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

DSX-nin yeni xüsusi təyinatlıları and içib

DSX-nin yeni xüsusi təyinatlıları and içib

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının və Çevik Hərəkət Qüvvələrinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə YAZTV-yə qurumun Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olmalarının sərhəd mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyini vurğulanıb, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini deyiblər.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 829 vaksin vurulub.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza vaksin vurduranların sayı 1 164, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 247 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 832 547 təşkil edir.

Bu gün neçə vaksin vurulub?

Bu gün neçə vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1766 vaksin vurulub.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 223 nəfərdir

Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-25° isti olacaq.

Azərbaycanda son sutkada koronavirusa 534 nəfər yoluxub, 6 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 534 nəfər yoluxub, 6 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 534 yeni yoluxma qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 6 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 803 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 196 nəfərdir.

Ölkədə son sutka ərzində 4 587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.

Bit dərmanından zəhərlənən uşaqlar Bakıya gətirildilər

Bit dərmanından zəhərlənən uşaqlar Bakıya gətirildilər

Ötən gün Göygöldə saçlarına vurulan bit əleyhinə dərmandan zəhərlənən 4 uşağın vəziyyəti açıqlanıb.

TƏBİB-dən  bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına dünən zəhərlənmə şübhəsi ilə saat 16 radələrində ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə 4 yeniyetmə gətirilib.

2010, 2011, 2013, 2014-cü il təvəllüdlü olan yeniyetmələr təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasyon tədbirlər görülərək yeniyetmələrin həyati funksiyaları bərpa olunub. Daha sonra yeniyetmələr həkim-reanimatoloqun müşayiətilə təcili tibbi yardım reanomobili vasitəsilə Bakıya təxliyyə ediliblər. 

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən yeniyetmələrin hazırda həyati təhlükələri yoxdur, vəziyyətləri stabildir. Onların həkim nəzarəti altında müalicələrinə davam edilir.

Qeyd edək ki, uşaqlar saçlarında olan biti öldürmək məqsədilə mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən “Niastol” adlı kimyəvi maddəni saçlarına vurublar. Bundan sonra onlar zəhərləniblər.

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Avqustun 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.

Sabirabad rayonundan bir qrup qazi toplaşaraq, digər qazi yoldaşlarına müraciət ediblər

Sabirabad rayonundan bir qrup qazi toplaşaraq, digər qazi yoldaşlarına müraciət ediblər

Sabirabad rayonunda yaşayan qazilərin bəzi dövlət qurumları ilə aralarında olan problemləri son zamanlar sosiyal şəbəkələrdə gündəm xəbərinə çevrilib. Buna görə Sabirabad rayonunda bir qrup qazı toplaşaraq məsələyə aydınliq gətiriblər və həmçinin digər qazi yoldaşlarada müraciət ediblər.

YAZTV həmin müraciəti sizə təqdim edir:

https://www.youtube.com/watch?v=NiWDF4Os7NQ

“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi çərçivəsində “TARLA GÜNÜ” keçirilib

“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi çərçivəsində “TARLA GÜNÜ” keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), həyata keçirdiyi “Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsi” Layihəsi çərçivəsində Samux rayounda “TARLA GÜNÜ” keçirilib. 

Tədbirin birinci hissəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Gəncə Regional Aqrar Təlim Mərkəzinin nümayiş sahəsində becərilən günəbaxan sortlarının müqayisəsi üzrə, ikinci hissəsi isə Günəbaxan Əmtəə Əsaslı Aqrar Məsləhət Platformasının nümayiş sahəsində becərilən günəbaxan sortlarının müqayisəsi üzrə müzakirələr və fikir mübadilələri şəklində davam etdirilib.

Görüşdə Samux DAİM, AXA Aqrar Təlim Məkəzi, Gəncə Regional Təlim Mərkəzi, Bitki mühafizəsi və Sənaye Bitkiləri Elmi-Tədqiqat İnstitutu, Günəbaxan Əmtəə Əsaslı Aqrar Məsləhət Platformasının üzvləri, günəbaxan istehsalçıları və digər təchizatçılar, aqronomlar və QHT təmsilçilərinin iştirakı ilə baş tutub.

Tədbir zamanı ərzaq təhlükəsizliyinin təmin edilməsində və kənd əhalisinin güzəranının artırılmasında FAO-nun rolu, Pilot fəaliyyətlər və innovativ layihələr haqqında yeniliklər, Fermerlərin yaxşı və etibarlı AMX istifadə etmə hüquqları, RTM-nin nümayiş sahəsində əkilmiş sertifikatlı toxum sortları ilə digər günəbaxan sortlar arasında real fərqlər müzakirə ediləcək, mütəxəssislər tərəfində fermerlərin sualları cavablandırılacaq. Tədbirin yekununda iştirakçılarla birlikdə fermerin nümayiş sahəsinə səfər təşkil olunub. 

Səhiyyə Nazirliyi qaranlıqda telefon və planşet istifadə edənlərə xəbərdarlıq edib

Səhiyyə Nazirliyi qaranlıqda telefon və planşet istifadə edənlərə xəbərdarlıq edib

"Qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu hormonunun ifrazında problem yaradır".

YAZTV xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.

Onun sözlərinə görə, bu, uşaqlarda həmçinin boy hormonunun ifrazına mane olur: "Ümumiyyətlə, bu məsələ ilə bağlı tədqiqatlar aparılır. Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər".

N.Həsənova onu da vurğulayıb ki, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb: "Həmin eynəklərin 100 faiz qoruduğu barədə fakt yoxdur. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidirlər”.

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanılıb

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanılıb

Azyaşlıların ziyarətgahlara gedişini təşkil edən qadın saxlanılıb.

Bu barədə YAZTV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, bir qrup şəxsin azyaşlı övladları ilə birgə ziyarətgahlara və pirlərə aparılması və orada dini ayinlərin icrasının təşkil edilməsi ilə bağlı bəzi xəbər saytlarında məlumatlar yayılıb:

"Valideynlərin azyaşlı övladları ilə birgə Şamaxı rayonu ərazisində olan ziyarətgahlara gedişini və orada dini ayinlərin icra olunmasını təşkil edən, 1970-ci il təvəllüdlü Ş.Səbriyeva polis əməkdaşları tərəfindən müəyyən edilib, onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Səbriyeva inzibati məsuliyyətə cəlb edilib".