Monday, 29 Noyabr 2021 04:05
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Postmüharibə dövrü milli maraqlara cavab verəcək

Postmüharibə dövrü milli maraqlara cavab verəcək

Müharibədə əldə etmiyimiz qələbə yalnız 3 tərəfli bəyatla bitə bilməzdi. Qələbənin yaratdığı psixploji effekti biz mütləq real siyasi effektə çevirməliyik. Bundan əlavə bizim siyasi səbəblərimizdə var. Çünki Ermənistanda hələdə revanşist qüvvələr var və onlar nəticələri fiksasiya etməklə məşğuldular. Bundan əlavə aldıqları travmanın psixoloji təsirindən hələdə Azərbaycana təziq üçün beynəlxalq kompaniyaya başlayır, yeni dividentlər əldə etmək istəyirlər. Təbiiki biz buna razı ola bilmərik. Azərbaycanın tarixi ərazisi olan Zəngəzur vlayətindən mütləq yeni dəhliz açılmalıdır.


Cənab Prezidnetin bu barədəki mövqeyi qətidir və xlaqın iradəsini əks etdirir. “Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Milli maraqlarımızın təmin edilməsi üçün bütün lazımi addımlar atılacaqdır. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.”
Cənab Prezindetin bu fikirləri dünya siyasi arenasında ciddi müzakirə olunur. Məlumdur ki, Ermənistanda ciddi çaxnaşmalar yaradır. Hər dəfəsində Ermənistanın rəsmiləri ermənilərər açqılama və izah verməyə,onsuzda qəzəbi bitməyən insanları sakitləşdirmək məcburiyyətində qalırlar.
Ermənilərin qorxuya salan digər bir məsələ isə cənab Prezidentin çıxından vurğuladığı təzminat məsələsidir. Bu təzminatın yükünü necə çekəcəklərini onlar bilmirlər. Rəsmi İrəvan uzun illər ərzində törədiyi cinayətlərə görə məsuliyyət daşımalıdır. İşğal nəticəsində vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunun üçün xarici mütəxəssislər cəlb olunacaq. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib.

Nadir Quliyev,
Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi

Bu ərazilərə güclü yağış yağacaq - PROQNOZ

Bu ərazilərə güclü yağış yağacaq - PROQNOZ

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 23-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sabah Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

“Yeni klinika”nın direktoru həbs edildi

“Yeni klinika”nın direktoru həbs edildi

“Yeni klinika” tibb müəssisənin direktorunun qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluqdan YAZTV-yə verilən məlumat görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu və Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.

Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan pozuntularla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir. (axşam az)

İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələbi ləğv edildi

İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələbi ləğv edildi

Azərbaycanda işə qəbul edilərkən dövlət sosial sığorta şəhadətnaməsinin istənilməsi tələbi aradan qaldırılır.

YAZTV-nin məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunun 9-cu maddəsinə (Sığortaedənin hüquq və vəzifələri) dəyişiklik təklif edilir.

Dəyişikliklə qanunun 9.1.1 -ci bəndi (sığortaolunanı işə qəbul edərkən ondan dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olunmaqla) tələb etmək) ləğv edilir.

Dəyişiklik layihəsinin qeyd hissəsində bildirilir ki, sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2018-ci il tarixli 258 nömrəli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid internet portalı üzərindən təqdim edilməsi məqsədilə “e-sosial.az” saytı istifadəyə verilmişdir. Yaradılmış bu imkan nəticəsində vətəndaşlar özlərinə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları bu internet portalı vasitəsilə asanlıqla əldə edə bilirlər.

“Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”ndə sığortaolunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə əlaqələndirilmişdir. Başqa sözlə, fərdi uçot sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi artıq sadəcə sosial sığorta nömrəsinin olmasını yetərli etmiş, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilməsi öz aktuallığını və əhəmiyyətini itirmişdir. Belə ki, sosial sığorta şəhadətnaməsinin hazırlanması və sığortaolunanlara çatdırılması əlavə maliyyə xərci və vaxt itkisinə səbəb olur.

“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi də məhz fərdi uçot sistemində proseslərin tam elektronlaşdırlmasına mane törədən halların aradan qaldırılması, elektron pensiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, habelə Dövlət Sosial Müdafiə Fondunun müvafiq xərclərinin azalması və azaldılan xərclərin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi məqsədilə hazırlanıb.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Aprelin 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, aprelin 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Aprelin 23-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 12-16, gündüz 23-27, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.

Aprelin 23-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Külək əsəcək, yağış yağacaq - HAVA PROQNOZU

Külək əsəcək, yağış yağacaq - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Gəncədəki körpələr evi-uşaq bağçalarında karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur

Gəncədəki körpələr evi-uşaq bağçalarında karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur

Bəzi sosial şəbəkə və saytlarda Gəncədə fəaliyyət göstərən 50 saylı körpələr evi - uşaq bağçasında pandemiya qaydalarının pozulduğu, burada çalışan tərbiyəçi-dayə Afaq Rüstəmovanın “COVİD-19” virusuna yoluxmasına baxmayaraq işə çıxması barədə məlumatlar dərc olunub. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məlumatlar əsassızdır və həqqiqəti əks etdirmir.

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olan körpələr evi-uşaq bağçalarında karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunur.

Körpələr evi-uşaq bağçalarında çalışan və azyaşlılarla təmasda olan hər kəs mütəmadi olaraq “COVİD-19” testindən keçirlər. Bununla yanaşı, Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən bütün işçilər “COVİD-19”-a qarşı vaksinasiyadan müvəffəqiyyətlə keçiblər.

Bir daha bildiririk ki, heç bir əsası olmadan dərc edilən bu tip iddialar valideynlər arasında çaşğınlıq yaratmaq, yeni növ koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlanmlığının qorunması istiqamətində aparılan işlərə kölgə salmaq məqsədi daşıyır.

 

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsahibənin vaxtı açıqlandı

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: Müsahibənin vaxtı açıqlandı

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin may-avqust aylarında keçirilməsi nəzərdə tutulub.

Bu barədə Təhsil Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, müsahibə mərhələsində namizədlərin daha hazırlıqlı iştirakını təmin etmək məqsədilə müsabiqə proqramı və nümunəvi müsahibə sualları hazırlanıb.

Aşağıda təqdim edilən müvafiq linklərə daxil olaraq proqram və nümunəvi suallarla tanış ola bilərsiniz:

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə proqramı

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üçün nümunəvi suallar:

Peşəkar kompetensiyalar (qanunvericiliyə dair biliklər)

İdarəetmə bacarıqları

Dünyagörüşü və şəxsi keyfiyyətlər

Müsahibələrin 4 mərhələdə təşkili nəzərdə tutulur. İlkin mərhələdə imtahan nəticəsi 36 baldan çox olan və şagird sayı 1000-dən çox olan ümumi təhsil müəssissələrində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı planlaşdırılır. 

MSK-nın tərkibi yenidən formalaşdırılır

MSK-nın tərkibi yenidən formalaşdırılır

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılacaq.

YAZTV xəbər verir ki, parlamentdə təmsil olunan çoxluq (Yeni Azərbaycan Partiyası), azlıqda olan partiyalar və bitərəflərdən namizədlərini müəyyənləşdirərək, bu gündən başlayaraq təqdim etmələri istənilib.

MSK üzvlüyünə namizədlərlə bağlı məsələnin yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir.

MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir. Bitərəf deputatları müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. Bitərəflərin iki namizədi maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə. MSK-nın üzvləri ali təhsilli olmalıdırlar.

Yeni seçilən Milli Məclisdə çoxluq Yeni Azərbaycan Partiyasındadır (YAP). MSK-nın 6 üzvünün namizədliyi parlamentdə 70 deputatla təmsil olunan hakim partiya tərəfindən irəli sürüləcək. 6 üzvün namizədliyi yeni parlamentə düşmüş 45 bitərəf deputat tərəfindən veriləcək.

Milli Məclisdə azlığı isə 3 deputat mandatına malik Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və hər biri 1 deputat mandatına malik Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası (MCP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) və Vətəndaş Birliyi Partiyası təmsil edir.

MSK-nın 6 üzvünün namizədliyini məhz bu 10 partiya öz arasında razılaşdıraraq irəli sürəcək. (oxu az)

Gəncədə erməni terroru nəticəsində dəymiş ziyan aradan qaldırılır

Gəncədə erməni terroru nəticəsində dəymiş ziyan aradan qaldırılır

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması üzrə işlər davam edir. Məlum olduğu kimi, Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 1000-dən artıq fərdi yaşayış evi qismən zədələnmiş və ya tamamilə dağıdılmışdır. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində aparılan işlər sürətlə davam etməkdədir.

YAZTV bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri ilə birlikdə təmir-tikinti prossesinin getdiyi ərazilərə baş çəkib, işlərin gedişatı ilə yerində tanış olub.

Şəhər rəhbərinə məlumat verilib ki, qismən ziyan dəymiş 253 evin təmiri artıq başa çatıb, 893 evdə isə işlər davam etməkdədir. Bununla yanaşı 24 qəzalı evdən 10-nun tikintisi həyata keçirilir, 14 evin isə fərdi layihəsi hazırlanır.

Niyazi Bayramov burada sakinlərlə də görüşüb, onların müraciət və təkliflərini dinləyib. Vətəndaşlar dəymiş ziyanın tez bir zamanda aradan qaldırılacağı üçün məmmunluq ifadə edib, göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

 

Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi

Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi

"Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik. Görüntülərin qeydə alındığı otaq universitetin deyil. Onun başqa vəzifələri də var".

Bunu açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov ADNSU-nun kafedra müdiri Hüseynbala Mirələmovla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

Sözçü bildirib ki, görüntülər yayıldıqdan sonra Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsindən azad edilib:

"O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub".

Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. (report az)

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 680 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 221 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 366 890, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 908 672, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 458 218 təşkil edir.