Monday, 03 Oktyabr 2022 06:16
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

YAZTV Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Azərbaycanda son sutkada koronavirusa 420 nəfər yoluxub, 5 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 420 nəfər yoluxub, 5 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 420 yeni yoluxma qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 804 585 nəfər koronavirusa yoluxub. Onlardan 791 656 nəfər müalicə olunaraq sağalıb, 9773 nəfər ölüb, hazırda aktiv xəstə sayı 3 156 nəfərdir.

Azərbaycanda son sutkada 3 303, hazırkı dövrədək isə 7 091 597 test aparılıb.

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 409 vaksin vurulub.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 908, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 160 nəfərdir.

Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 839 106, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 370 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 674, üç və daha çox doza üzrə peyvənd olunanların sayı3 352 155, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 134 nəfərdir.

Bu gün havanın hərarəti 41 dərəcəyə yüksələcək

Bu gün havanın hərarəti 41 dərəcəyə yüksələcək

Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında günəşli, Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq.

Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

TƏBİB Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı məlumat yayıb

TƏBİB Bakıda doğulan beşəmlərin vəziyyəti ilə bağlı məlumat yayıb

TƏBİB-in tabeliyində olan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni doğulan beşəm yerləşdirilib. Onlardan 2-sinin vəziyyəti çox ağır, 3-nün durumu isə ağır stabildir.

Bu barədə YAZTV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, avqustun 11-də Bakı şəhərində, özəl klinikalardan birində ana M.G. tərəfindən hamiləliyin 32-ci həftəsində qeysəriyyə kəsiyi əməliyyatı ilə beşəm dünyaya gəlib. Onlardan 3-ü həyatlarının birinci sutkasında, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

4-ü oğlan, 1-i qız olan körpələrin daxil olarkən vəziyyətləri kritik ağır olub. Ön planda tənəffüs çatışmazlığı, erkən doğulmaya bağlı morfofunksional yetməməzlik əlamətləri qeyd olunub.

Körpələrdən dördünə ağciyər alveollarını açıq tutmaq məqsədilə endotraxeal borudan “Curosurf” preparatı yeridilib. Birinə isə kəskin anemiyanın korreksiyası məqsədilə “Cross-match” uyğunluğu müəyyən edildikdən sonra qan köçürülüb. İnstitutda körpələrə bütün zəruri kliniki, laborator müayinələr aparılıb. Müayinəyə uyğun olaraq onların müalicəsinə davam edilir.

Hazırda süni ventilyasiya aparatında olan iki körpənin vəziyyəti çox ağır, digər üçünün vəziyyəti isə ağır stabildir.

Körpələr - 1,260, 1,020, 1,030, 1,300, 1,180 qram olmaqla doğulublar. Hazırda ana özəl tibb müəssisəsində müalicə alır. Vəziyyəti stabildir.

Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 457 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Naftalanda  atıcılıq idman növü üzrə şəhər çempionatı keçirildi

Naftalanda atıcılıq idman növü üzrə şəhər çempionatı keçirildi

Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə atıcılıq idman növünə marağın artırılması, gənclərdə vətənpərvəlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili məqsədilə "12 Avqust- Beynəlxalq Gənclər Günü"nə həsr edilmiş güllə atıcılığı (pnevmatik silahdan) üzrə şəhər çempionatı keçirildi.
 
27 nəfər iştirakçının ilk 3 yer uğrunda mübarizə apardığı yarışda hər iştirakçı müəyyən olunmuş rəqəmli hədəfə 10 metr məsafədən 3 atış həyata keçirdi. Xalları bərabər olan iki iştirakçı 2-ci və 3-cü yer uğurunda yenidən tək atış həyata keçirərək yerləri müəyyən olundu.
 
Sonda yarışda uğur qazanmış iştirakçılar idarə tərəfindən diplom və medallarla mükaftalandırıldı.
 
Sabah Bakıda 39, bəzi rayonlarda 41 dərəcə isti olacaq

Sabah Bakıda 39, bəzi rayonlarda 41 dərəcə isti olacaq

Avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında günəşli, Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28° isti, gündüz 34-37°, bəzi yerlərdə 39° isti olacaq.

Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

Pərvin Kərimzadə: Qalib ölkəmizin idmançıları V İslam Həmrəyliyi Oyunlarında uğurlara imza atırlar

Pərvin Kərimzadə: Qalib ölkəmizin idmançıları V İslam Həmrəyliyi Oyunlarında uğurlara imza atırlar

Türkiyənin tarixi şəhəri olan Konyada start götürən V İslam Həmrəyliyi Oyunlarında, 56 ölkədən 4 mindən çox atletin qatıldığı idman yarışlarında Azərbaycan idmançıları ilk dəfə olaraq qalib ölkəni təmsil etdilər.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkili V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşdə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi: “Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş qələbə idman yarışlarında da özünü əks etdirəcək” sözləri hər birimizin qəlbini iftixar hissi ilə doldurduğunu xüsusi ilə vurğulayıb.

 

Pərvin Kərimzadə diqqətə çatdırıb ki, İslam ölkələrinin birlik nümunəsini dünyaya nümayişi olan İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanında keçirilib. Dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri İslam Həmrəylik Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin idmançıları iştirak edir. Qürurlu haldır ki, IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycan uğurla ev sahibliyi edib. 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. Beləliklə,İslamiada Azərbaycanda təkcə idman yarışması olmadı, xalqlar arasında əlaqələrin və dialoqun təşviqi platforması kimi tarixə yazıldı. Əsas şüarı “Həmrəylik bizim gücümüzdür” olan oyunlar müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında birlik və həmrəyliyin güclənməsində rol oynadı. IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva nümunəvi təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək sözün həqiqi mənasında idman oyunlarının, beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın bir standart yaratdığnı sübut etdi. Prezident cənab İlham Əliyev cox haqlı olaraq qeyd etdi ki, biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V İslam Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə verilən şam yeməyində söylədiyi nitqi zamanı IV İslam oyunlarını yüksək qiymətləndirib: “İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz Qardaşım İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır”.

Deputat vurğulayıb ki, “Bakı-2017”də Azərbaycan idmançıları 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldular. V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 281 idmançımız təmsil edir. Bu, Azərbaycan idmançıları dəfələrlə beynəlxalq yarışların qalibləri olub, üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndiriblər. Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarınn ilk günlərində Azərbaycan komandasının aktivinə yazılmış qızıl, gümüş və bürünc medallar da idmançılarımızın yüksək fiziki hazırlığından və mənəvi əhval-ruhiyəsindən xəbər verir.

Əminik ki, V İslam Oyunlarında da Azərbaycan idmançıları böyük uğurlara imza atacaqlar. Axı, gələcəyə hesablanmış idman siyasəti sayəsində ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşıb. Məhz idmançılarımızın qələbələri nəticəsində Azərbaycan dünyada idman ölkəsi, olimpiya hərəkatının inkişaf etdiyi dövlət kimi tanınıb- deyə Pərvin Kərimzadə bildirib.

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, son sutkada koronavirus əleyhinə 1 651 vaksin vurulub.

Son bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, üç və daha çox doza vaksin vurduranların sayı 1 034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 193 nəfər olub.

Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 837 697, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 369 929, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 859 547, üç və daha çox doza vaksin vurduranların sayı 3 351 247 nəfərdir. Eyni zamanda pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 974 nəfər təşkil edir.

Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ

Avqustun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

YAZTV bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq.