Friday, 12 Avqust 2022 13:37
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Orduya aid qorunan məlumatların yayılmasının qarşısının alınması ilə bağlı tədbir keçirilib

Orduya aid qorunan məlumatların yayılmasının qarşısının alınması ilə bağlı tədbir keçirilib

Mətbuat Şurasında sosial şəbəkələrdə və elektron mediada ordu ilə bağlı qorunan məlumatların, habelə dezinformasiyaların yayılmasının qarşısının alınması ilə bağlı tədbir keçirilib.

YAZTV xəbər verir ki, tədbirdə ölkənin bir sıra media orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. O, son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən heç bir rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların yayılmasına görə öz narahatlığını ifadə edib.

Bildirib ki, xüsusən Azərbaycan Ordusu ilə bağlı tirajlanan saxta məlumatlar silahlı qüvvələrin nüfuzuna xələl gətirir.

Sosial media və sosial şəbəkələrin cəmiyyət üçün açıq qapı olduğunu vurğulayan “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu isə deyib ki, burada asan şəkildə dezinformasiyalar yayıla bilir.

O, bunun qarşısının alınmasının zəruri olduğunu bildirib.

R.Arifoğlu bildirib ki, hazırda Azərbaycana qarşı informasiya müharibəsi Vətən müharibəsi dövründəkindən daha amansızdır. O, buna görə də media nümayəndələrini sosial şəbəkələr vasitəsilə daha da aktivlik nümayiş etdirməyə çağırıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə qeyd edib ki, sosial şəbəkələr heç bir nəzarət mexanizmi olmadan fəaliyyət göstərir.

O, buna baxmayaraq, həm sosial şəbəkələrdə, həm də elektron mediada yalan və saxta məlumatlar, dezinformasiyaların yayılmasın yolverilməz olduğunu vurğulayıb.

Əməkdat jurnalistin sözlərinə görə, əgər kimsə bilərəkdən yalan və saxta, eyni zamanda orduya xələl gətirən, böhtan atan məlumatlar yayırsa, bununla bağlı qərar verilməlidir.

Tədbir çıxışlarla davam edib. (report az)

Sabah Bakıda güclü külək əsəcək

Sabah Bakıda güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

Niyazi Bayramovun sakinlərlə yerlərdə görüşləri davam edir

Niyazi Bayramovun sakinlərlə yerlərdə görüşləri davam edir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə səyyar görüşləri davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırırlır.

Növbəti görüş Gəncənin Bağbanlar yaşayış massivinin sakinləri ilə keçirilib. “Açıq mikrofon” şəraitində keçən görüşdə Niyazi Bayramovla yanaşı Millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Nizami İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Nizami və Kəpəz bələdiyyələrinin sədrləri Qoşqar Məmmədov və Yaşar Abdullayev, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə şəhid ailələri və Vətən mühəribəsi işirakçıları üstünlük təşkil ediblər. Niyazi Bayramov bildirib ki, son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə xüsusi diqqət və qayğı göstərilməkdədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncədə də şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar.

Görüşdə iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilib. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edib.

Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilib.

Şəhid ailələri və Vətən mühəribəsi işirakçıları göstərilən diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Milli Yaylaq Festivalına gedənlər xüsusi nəqliyyat vasitəsi ilə təmin ediləcək

Milli Yaylaq Festivalına gedənlər xüsusi nəqliyyat vasitəsi ilə təmin ediləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) Milli Yaylaq Festivalına gedənləri xüsusi nəqliyyat vasitəsi ilə təmin edəcək.

Bu barədə YAZTV-yə Festivalın təşkilatçıları məlumat verib.

Məlumatda deyilir ki, iyulun 29-31-də, saat 08:00-dan Gəncə şəhərindəki Mərkəzi Univermağın və Göygöl rayonundakı avtovağzalının qarşısından festivalın keçiriləcəyi “Xan Yaylağı” Etno-qəsəbəsinə doğru və geriya ictimai nəqliyyat hərəkət edəcək. Gediş haqqı 1 nəfər üçün 1,5 manat olacaq.

Təşkilatçılar Milli Yaylaq Festivalına fərdi qaydada öz avtomobilləri ilə gələnlərə də xəbərdarlıq edib. Belə ki, festival ərazisində avtomobil sıxlığının qarşısını almaq məqsədilə "Xan Yaylağı"na çatmamış böyük önləyici dayanacaq təşkil olunacaq. Buradan təqribən 700 metr məsafəni piyada getməklə əraziyə çatmaq mümkündür. Eyni zamanda həmin dayanacaqdan da kiçik avtobuslarla "Xan Yaylağı"na reyslər təşkil olunacaq. Gediş haqqı 1 nəfər üçün 0,5 manat olacaq.

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 2 289 vaksin vurulub.

Bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 464, ikinci doza vaksinlərin sayı 104 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 440-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 281 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 810 252 təşkil edir.

u gün 37 dərəcə isti olacaq

u gün 37 dərəcə isti olacaq

İyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

Bu gün güclü külək əsəcək

Bu gün güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb, 271 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 797 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 785 437 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 103 aktiv xəstə var. Bu günə qədər 9 741 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 543, bu günə qədər isə ümumilikdə 7 033 280 test icra olunub.

Tarif Şurası benzin və dizelin pərakəndə satış qiymətlərini dəyişməyib

Tarif Şurası benzin və dizelin pərakəndə satış qiymətlərini dəyişməyib

Tarif (qiymət) Şurası bu gün keçirilən növbəti iclasında Azərbaycanda “AI-92” markalı avtomobil benzininin və dizelin pərakəndə satış qiymətlərini dəyişməyib.

Bu barədə YAZTV-yə Tarif Şurasından bildirilib.

"İclasda benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir", məlumatda deyilir.

Qeyd edilib ki, məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılmış və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış qiyməti müvafiq olaraq 1 litr üçün 1 manatr və 0,80 manat səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunub.

Azərbaycanda "AI-92" markalı avtomobil benzini və dizel yanacağı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.

Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub

Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub

Son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb.

YAZTV Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb.

Belə ki, sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb

Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb

Ötən gün Kəlbəcərdə minaya düşən Azərbaycan Ordusunun N saylı hərbi hissəsinin komandiri, polkovnik Vüqar İsbəndiyarovun son durumu açıqlanıb.

YAZTV-nin məlumatına görə, Gəncədə hospitala yerləşdirilən zabitin sol ayağı amputasiya edilib, sağ ayağında isə çox saylı qırıqlar var.

Bu gün V.İsbəndiyarovun sağ ayağı əməliyyat olunub. Polkovnikin bədəninin digər yerlərində qəlpə yarası yoxdur.

Hazırda onun vəziyyəti stabildir.

V.İsbəndiyarovun vəziyyəti tam sabitləşəndən sonra Bakıya Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndəriləcək.

Qeyd edək ki, V.İsbəndiyarov iyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Gəncənin fəal gəncləri Minatəmizləmə Agentliyinin Təlim bazasına baş çəkiblər

Gəncənin fəal gəncləri Minatəmizləmə Agentliyinin Təlim bazasına baş çəkiblər

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə bir qrup fəal gənc Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Təlim Bazasında iş prosesi ilə yaxından tanış olaraq, minadan qorunma yolları haqqında məlumatlandırılıblar.
Gənclərə burada ANAMA-nın Göygöl Təlim Bazasının əməkdaşı tərəfindən minadan təhlükəsiz davranış qaydaları, minatəmizləmə prosesi və işğaldan azad edilən ərazilərdə mövcud mina təhlükəsi haqqında geniş məlumat verilmişdir. Qarşılıqlı diskusiya şəklində davam edən tədbirdə gəncləri maraqlandıran suallar ANAMA-nın əməkdaşları tərəfindən cavablandırılmışdır. Təlimdə ümumilikdə 30-a yaxın gənc iştirak etmişdir.
Qeyd edək ki, Qarabağ uğrunda Vətən müharibəsinin qanlı mərhələsi arxada qalsa da, Ermənistanın ara-sıra törətdiyi hərbi təxribatlar və qoyub getdiyi kütləvi ölüm mənbəyi– başdan-başa minalanmış ərazilər səbəbindən soydaşlarımızın günahsız yerə həyatlarını itirməsi halları baş verir. Belə hadisələrin qarşısının alınması məqsədilə bu kimi tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır.