Monday, 29 Noyabr 2021 03:30
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
COVID-19-la mübarizədə iştirak edən həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

COVID-19-la mübarizədə iştirak edən həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

YAZTV-nin xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci ilin yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

Koronavirusun yeni təhlükəli ştamı Azərbaycanda da aşkarlanıbmı? - RƏSMİ

Koronavirusun yeni təhlükəli ştamı Azərbaycanda da aşkarlanıbmı? - RƏSMİ

“Hazırda Azərbaycanda koronavirus pandemiyası ilə bağlı epidemoloji nəzarət altındadır. Hər zaman qeyd etdiyimiz ki, mutasiyalar viruslara xas xüsusiyyətdir. Yəni yeni ştamların meydana çıxması gözlənilən prosesdir”.

Bunu  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Azərbaycan da dünyadan təcrid olunmuş ölkə deyil: “Bütün dünya ölkələri ilə inteqrasiya olunan dövlətik. Bu səbəbdən yeni mutasiyaların Azərbaycana gəlməsi və yayılması mümkün olan haldır. Ölkədə yeni mutasiyaların təyin olunması üçün bütün imkanlar mövcuddur. Azərbaycanda yeni ştam aşkarlandığı təqdirdə bununla bağlı məlumat dərhal ictimaiyyətə təqdim olunur”.

Y.Qarayeva əlavə edib ki, virusla mübarizə aparmaq üçün qorunma üsullarında heç bir dəyişiklik yoxdur: “Mutasiya baş verdiyi halda bu nə xəstəliyin profiliaktikasına, nə də müalicəsinə təsir etmir. Xəstəlikdən qorunmaq üçün qapalı məkanlarda maskalardan istifadə etməli, mümkün qədər kütləvi yerlərdən uzaq durmalı, fiziki məsafə qorunmalı, tez-tez əllər yuyulmalı və dezinfeksiya edilməlidir.

Ən önəmlisi isə əhalinin kütləvi vaksinasiya prosesində iştirak etməsidir. Bununla bağlı çağırışlarımızı və tövsiyələrimizi vermişik. Qış mövsümünə hazırlıq olaraq vaxtı çatan və tövsiyə olunan qruplarda üçüncü doza vaksinin vurulması mütləq tövsiyə olunur”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrika Respublikası və Botsvanada aşkar edilən, potensial sürətlə yayılan COVID-19-un yeni və ən təhlükəli ştamını müzakirə etmək üçün bu gün təcili iclas çağırıb. Böyük Britaniya alimləri Botsvanada 32 mutasiyanı ehtiva edən koronavirus ştamının peyda olması barədə xəbərdarlıq ediblər. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı güclü müqavimətini göstərir, ştamın bütün digər COVID-19 variantlarına nisbətən sünbül zülalında daha çox dəyişikliklər var.

Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutu daha sonra yeni ştamın Cənubi Afrika Respublikasında aşkarlandığını, indiyə qədər 22 yoluxma halını təsdiqləyib. B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə 10 yoluxma müəyyən olunub. Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.

Azərbaycanda daha 1 997 nəfər koronavirusa yoluxub, 31 nəfər ölüb

Azərbaycanda daha 1 997 nəfər koronavirusa yoluxub, 31 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1997 yeni yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 582 504 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 547 354 nəfər müalicə olunaraq sağalıb, 7767 nəfər vəfat edib, aktiv xəstə sayı 27 383 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 210, ötən müddət ərzində isə ümumilikdə 5 497 719 test aparılıb.

Noyabr ayının bütün müavinət və təqaüdləri ödənib

Noyabr ayının bütün müavinət və təqaüdləri ödənib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün, noyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının da ödənilməsi təmin edilib.

Nazirlikdən  verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, noyabrın 15-də isə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyalar ödənilib.

Beləliklə, noyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Azərbaycanlı diktor dünyasını dəyişdi

Azərbaycanlı diktor dünyasını dəyişdi

Azərbaycanlı diktor Lyudmila Nəzərli vəfat edib.

YAZTV  xəbər verir ki, bu barədə Xalq artisti Əli Məhəmmədoğlu feysbukda məlumat verib.

Daha əvvəl koronavirusa yoluxmuş L. Nəzərli reanimasiyaya yerləşdirilmiş, onun vəziyyəti ağır qiymnətləndirilirdi.

L. Nəzərli təqaüdə çıxdıqdan sonra CBC telekanalında gənc nəslin diksiyası üzərində çalışırdı. O, 2020-ci ilin iyulunda “Tərəqqi” medalına layiq görülmüşdü.

Gəncədə məktəblilər üçün “Yol hərəkəti qaydalarını öyrənək!” adlı maarifləndırici aksiya təşkil olunub

Gəncədə məktəblilər üçün “Yol hərəkəti qaydalarını öyrənək!” adlı maarifləndırici aksiya təşkil olunub

23, 24 və 26 noyabr 2021-ci il tarixlərində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşklilatçılığı, Gəncə Şəhər Təhsil İdarəsinin və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin dəstəyi ilə məktəblilər üçün “Yol hərəkəti qaydalarını öyrənək!” adlı maarifləndırici aksiya təşkil olunub. Tədbir Gəncə şəhərində fəaliyyət göstərən 1, 16, 20, 25, 32, 39 nömrəli tam orta məktəblərdə reallaşıb.
 
Aksiyada Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə və Baş İdarənin digər əməkdaşları, Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin təbliğat və təşviqat üzrə inspektoru, polis mayoru Hacı Həsənov, Gəncə Şəhər Təhsil İdarəsinin nümayəndəsi Elşən Məmmədov, 300 nəfərdən artıq məktəbli, KİV nümayəndələri, müəllim və valideynlər iştirak edib.
 
Tədbirin əsas məqsədi yeni dərs ilində ölkəmizin ümumi təhsil müəssisələrində tədrisin ənənəvi şəkildə təşkilini nəzərə alaraq uşaq və yeniyetmələrin küçə və yollarda hərəkəti zamanı həyat və sağlamlıqlarının qorunması, onların yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyəti barədə məlumatların verilməsidir.
 
Yol polisi əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub. Təhsil müəssisələrinin qarşısında yerləşən yollarda davam edən tədbirdə, şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyələr verilib.
 
Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, bu istiqamətdə profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə şagirdlərin diqqətinə çatdırılması üçün Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən hazırlanmış və yol hərəkəti təhlükəsizliyinə, yol hərəkəti mədəniyyətinin təbliğinə həsr olunmuş əyani vəsaitlər təqdim olunmuşdur.
 
Mədət Quliyev federasiya prezidenti seçilib

Mədət Quliyev federasiya prezidenti seçilib

Azərbaycan Velosiped İdmanı Federasiyasında (AzVİF) hesabat-seçki konfransı keçirilib.

YAZTV-nin məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev federasiya prezidenti seçilib. O, keçmiş vergilər naziri Fazil Məmmədovu əvəzləyib.

F. Məmmədov toplantıda iştirak etməyib.

Şənbə gününün hava proqnozu açıqlanıb

Şənbə gününün hava proqnozu açıqlanıb

Noyabrın 27-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Gələn ildən abonentlər qaz pulunu sosial şəbəkələr üzərindən yükləyə biləcək

Gələn ildən abonentlər qaz pulunu sosial şəbəkələr üzərindən yükləyə biləcək

Bu ilin 10 ayı ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən xarici ölkə vətəndaşlarının sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından  bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır.

Onların 21-i İran İslam Respublikası, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i isə Pakistan vətəndaşıdır.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kq və 5 004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə və 1580 ədəd güclü təsir edən maddə götürülüb.

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

Vətən müharibəsindən sonra Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib.

YAZTV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 893 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 213, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 935 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 426 930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 067 433, ikinci mərhələ üzrə 4 549 652, “buster” doza üzrə isə 809 845 nəfər təşkil edir.

Nazirlikdən informatika kitabları ilə bağlı AÇIQLAMA

Nazirlikdən informatika kitabları ilə bağlı AÇIQLAMA

2023-cü ildə I qrup üzrə qəbul imtahanlarına informatika seçmə fənninin əlavə edilməsi ilə əlaqədar olaraq dərsliklərin yenilənməsi məsələsinə aydınlıq gətirilib.

YAZTV xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan I qrup üzrə İnformatika fənninə dair mövzularda dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklərə istinad olunacaq.

 

"Bununla yanaşı, 2021-2022-ci tədris ilinin sonunda dövlət ümumi təhsil müəssisələrində istifadə müddəti bitəcək III, VII və X sinif dərsliklərinin 2022-2023-cü tədris ilinə təkmilləşdirilməsi planlaşdırılır. Həmin dərsliklər sırasında İnformatika fənni üzrə dərsliklər də yer alır" - deyə, qeyd olunub.

Qeyd edək ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.

Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.