Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 932 vaksin vurulub.

Bu barədə YAZTV Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 451, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 481 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 947 745, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 590 914, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 356 831 təşkil edir.