29 il ərzində YAP Gəncə şəhər təşkilatı üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirdi

29 il ərzində YAP Gəncə şəhər təşkilatı üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirdi

Ramil Orucov,

YAP Gəncə şəhər təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi uğurlar, nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir. 1992-ci il noyabrın 21-də dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürdü və dövlət müstəqilliyimizin qorunub, möhkəmləndirilməsində müstəsna rol oynadı. Bir siyasi təşkilat kimi təşəkkül tapan Yeni Azərbaycan Partiyası xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz rolu var.

Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib. Yeni siyasi baxışlarla ölkənin siyasi meydanına qədəm qoyan partiya qısa bir zamanda böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib.

Öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Yarandığı ilk gündən Ulu Öndər Heydər Əliyevə olan xalqın etimadı Yeni Azərbaycan Partiyasına inamı, azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasını formalaşdırdı. Qısa müddətdə Azərbaycanın bütün şəhər və rayonlarında YAP-ın təşkilatlanması prosesi başladı. Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək məqsədi ilə ölkə vətəndaşları partiya sıralarına üz tutdular. Xalq Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevdən kömək gözləyirdi. Xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi. Onun memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. Dahi Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə xalqı nicat yoluna çıxardı, müstəqilliyimizi əbədi və dönməz etdi.

1993 – cü il 23 iyul tarixində dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup Gəncə sakinlərinin iştirakı ilə şəhər təşkilatının təsis konfransı keçirildi. O gündən keçən 29 il ərzində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı kəmiyyətcə böyüdü, inkişaf etdi, ideoloji iş təcrübəsini təkmilləşdirdi, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verdi.

Yeni Gəncə

RAMİL ORUCOVYAP GƏNCƏ ŞƏHƏR TƏŞKİLATIYAP XƏBƏRLƏRİ

29 il ərzində YAP Gəncə şəhər təşkilatı üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirdi

müəllif Hicran Məmmədova

23/07/2022

Bu gün YAP Gəncə şəhər təşkilatı 191 ərazi ilk partiya təşkilatında 44 191 nəfər partiya üzvünü birləşdirir. Bu statistika, eyni zamanda Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident cənab İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyin nümayişidir. Fəxrlə deyə bilərik ki, təşkilatının sıraları bu gün də gənc, savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bütün bunlar şübhəsiz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir. Bu ondan xəbər verir ki, Azərbaycan gəncliyi öz potensial imkanlarını ortaya qoymaq üçün bu partiyada meydan görürlər.

30 illik yubileyini qeyd etməyə hazırlaşan Yeni Azərbaycan Partiyasının bu gün regionda ən nüfuzlu partiya olmasının başlıca səbəblərindən biri də təşkilatın bölgələrdə göstərdiyi uğurlu, müvəffəqiyyətli və səmərəli fəaliyyətidir. YAP Gəncə şəhər təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirir, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak edir. Hər bir partiya üzvü fəaliyyətini ümumi siyasi xəttə uyğun qurur. Gəncədə əldə edilən böyük uğurların qazanılmasında şəhər partiya təşkilatının da müstəsna xidmətləri var. Şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan uğurların əsas meyarına çevrilib.

Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII növbədənkənar Qurultayında hakim partiyasının lideri cənab İlham Əliyev öz siyasi həmfikirlərini dövlət səviyyəsində müəyyənləşdirilmiş siyasət çərçivəsində ölkədə gedən bütün proseslərə, islahatlara və quruculuq işlərinə dəstək verməyə, partiya üzvlərini bu məqsədlər ətrafında səfərbər olmağı, gənc nəslin tərbiyəsində partiya veteranlarının təcrübəsindən istifadə edilməsini tövsiyə etdi.

YAP Gəncə şəhər təşkilatı da öz növbəsində ölkə Prezidentinin tövsiyələrinə uyğun olaraq yerli təşkilatlarla birlikdə vətəndaşlarla işə üstünlük verir, səmərəli təbliğat mexanizmi qurur, partiya işini daha mütərəqqi formada inkişaf etdirir, qarşıya qoyulan tapşırıqların icrasına və nizam-intizama nəzarəti gücləndirir. Eyni zamanda o da təbliğ edilir ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini dərk etməli, işə münasibətdə daim tələbkar olmalı, verilən tapşırıqları vaxtında yerinə yetirməli, milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmalı, Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələri sədaqətlə həyata keçirilməlidirlər.

Xalqın inamını, ehtimadını qazanan Yeni Azərbaycan Partiyasının bu illər ərzində hansı uğurlara imza atdığı göz önündədir. Bu inam partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Prezident cənab İlham Əliyevin bu xətti uğurla davam etdirməsi nəticəsində qazanılıb. Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya qoyduğu – Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanı yaşatmaq və qüdrətli dövlətə çevirmək məqsədi artıq reallığı çevrilib. Qarşıdakı illərdə də Ulu Öndərin ideyaları əsas fəaliyyət istiqamətimiz olacaqdır. Çünki ölkəmizdəki bugünkü inkişaf və tərəqqiyə, sabitliyə, təhlükəsizlik və yüksək rifaha Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin həyata keçirilməsi nəticəsində nail olunub. Müzəffər Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi və qazandığı böyük tarixi qələbə də Ulu Öndərimizin Yeni Azərbaycan Partiyasının platformasında öz əksini tapmış ordu quruculuğu strategiyasının uğurlu davam etdirilməsinin nəticəsidir. Bu tarixi reallıq müdrik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qətiyyətli, dönməz siyasəti ilə gerçəkləşib, hakim partiyamız Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mütləq iradəsini əks etdirən siyasi təşkilat kimi dünənimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır.