Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı
Sənübər Qocayeva

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 292 vaksin vurulub.
YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 490, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 269, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 349, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 184 nəfərdir.