Nazir: “Azərbaycana meymunçiçəyinə qarşı peyvəndin gətirilməsinə ehtiyac yoxdur”

Nazir: “Azərbaycana meymunçiçəyinə qarşı peyvəndin gətirilməsinə ehtiyac yoxdur”

“Meymunçiçəyinə qarşı mövcud olan peyvənd yalnız tək-tək Afrika ölkələrində qeydiyyatdan keçib. Hesab edirəm ki, ona görə də həmin peyvəndin kütləvi şəkildə Azərbaycana gətirilməsinə heç ehtiyac da yoxdur”.

Bunu YAZTV-yə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda meymunçiçəyinin geniş şəkildə yayılmasına əsas yoxdur: “Uzun müddətdir ki, əhali planlı şəkildə peyvənd olunur. Digər çiçək növlərinə uyğun olaraq peyvəndlərin meymunçiçəyinə qarşı qarşılıqlı həssaslığı var”.