Nazir müavini: "Güzəştli vətəndaşlar üçün dərman preparatları 6-9 aylıq qalıb"
Sənübər Qocayeva

“Rusiyada güzəştli vətəndaşlar və stasionar müəssisələr üçün dərman preparatları ehtiyatı 6-9 aylıq qalıb”.
YAZTV TASS-a istinadən xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin müavini Viktor Fisenko Sankt-Peteburq Beynəlxalq İqtisadi Forumunda “Dərman təhlükəsizliyi” toplantısı çərçivəsində bildirib.
Onun sözlərinə görə, dərman preparatları davamlı monitorinq zonasına daxildir: “Bizdə ambulator seqmentdir. Stasionar çərçivədə dövlət satınalması indi təmin olunur”.
Qeyd edək ki, forum iyunun 18-dək davam edəcək.