Şəhidin doğum günündə məzarı ziyarət olundu

Şəhidin doğum günündə məzarı ziyarət olundu

Şəhid Şəhriyar Qurbanovun məzarı Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev, idarə əməkdaşları və atası Nadir Qurbanov ilə birlikdə ziyarət edilərək, məzarı önünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Naftalan UGİM-in 13 yaşlı futbolçusu Şəhriyar Nadir oğlu Qurbanov 30 noyabr 2007-ci il tarixdə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuş, 27 sentyabr 2020-ci il tarixdə mənfur düşmənin atdığı top mərmisinin Qurbanovlar ailəsinin mənzilinə düşməsi nəticəsində 4 nəfər ailə üzvü ilə birlikdə faciəli şəkildə həlak olmuşdur.

Şəhidlərimizin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik!