Faiq İsrafil oğlu Hüseynovun anadan olmasının 50, ictimai fəaliyyətinin 25 illinin tamam olması münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilib

Faiq İsrafil oğlu Hüseynovun anadan olmasının 50, ictimai fəaliyyətinin 25 illinin tamam olması münasibətilə Sabirabad rayon  Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilib
Birinci Vətən Müharibəsi Qazisi, Sabirabad rayon Veteranlar Təşkilatının sədri, Faiq İsrafil oğlu Hüseynovun anadan olmasının 50, ictimai fəaliyyətinin 25 illinin tamam olması münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilmişdir. Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq Faiq müəllimi təbrik etmiş və ona rayon gənclər və idaman idarəsinin Fəxri Fərmanını təqdim etmişdir. Sabirabad rayon Mərkəzi Xəstəxansının Direktoru Ənvər Lümanov, Qafqaz Ruhaniləri İdarəsinin Sabirabad nümayəndəsi Ağakərim Sadıqov, YAP Sabirabad rayon Təşkilatının aparat rəhbəri Ağadadaş Həsənov, M.Müşviq adına 4 saylı şəhər orta məktəbinin direktoru Mahir Zahidov və başqaları çıxış edərək yubiliyarı təbrik ediblər. Sonda Faiq Hüseynov çıxış edərək öz minnətdarlığın bildirib.