İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, “Sun Food” MMC tərəfindən istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinə edilmiş müraciət əsasında həmin şirkət tərəfindən istehsal olunmuş, istifadə müddəti bitmiş və istehlaka yararsız 34,535.6 kiloqram müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. (AZƏRTAC)