Sabah Bakıda yağış yağacaq, külək əsəcək

Sabah Bakıda yağış yağacaq, külək əsəcək

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti, Bakıda gecə 16-18° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimal-şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 21-25° isti, dağlarda gecə 4-7° isti, gündüz 9-14° isti olacaq.