Ukrayna xarici işlər naziri Ceyhun Bayramova zəng etdi

Ukrayna xarici işlər naziri Ceyhun Bayramova zəng etdi

Bu gün qarşı tərəfin təşəbbüsü ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

XİN-dən  verilən məlumata görə, nazir Dmitro Kuleba 28 May – Respublika Günü münasibətilə azərbaycanlı həmkarını təbrik edib, ona səmimi və xoş arzularını çatdırıb.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

 Nazir Ceyhun Bayramov münaqişədən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli sazişlərin icrası, habelə sərhəd bölgəsində yaşanan son gərginliklər və Ermənistan tərəfinin təxribatları barədə Ukrayna xarici işlər nazirinə məlumat verib.

Tərəflər, həmçinin, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.