Monday, 03 Oktyabr 2022 05:16
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident Əflətun Amaşovla bağlı sərəncam imzaladı

Prezident Əflətun Amaşovla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Əflatun Amaşovla bağlı sərəncam imzalayıb.

"YAZTV" xəbər verir ki, Azərbaycanda medianın inkişafında xidmətlərinə görə Əflatun Əhməd oğlu Amaşov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

DİN yeni dərs ili ilə bağlı valideynlərə müraciət etdi

DİN yeni dərs ili ilə bağlı valideynlərə müraciət etdi

Daxili İşlər Nazirliyi yeni dərs ili ilə bağlı valideynlərə müraciət edib.

"YAZTV" xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev valideynlərə müraciətində bildirib ki, minlərlə şagird, tələbənin təhlükəsizliyi üçün daxili işlər orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilir:

"Nəzərdə tutulan tədbirlər sırasında valideynlərdən xahiş edirik ki, yollarda hərəkət axınını normal qaydada təşkil etmək məqsədilə tədris ocaqlarının ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və ictimai nəqliyyata üstünlük versinlər. 

Nəzərə alınmalıdır ki, şəxsi nəqliyyat vasitələrinin məktəblərin qarşısında saxlanması süni tıxac-sıxlıq yaradır. Tıxac-sıxlıqların yaranması digərlərinin dərsə gecikməsinə səbəb olur. Ona görə də elə edək ki, onlar da dərsə gecikməsinlər və ləngiməsinlər. Bu, həm də mənəvi məsuliyyətdir. 

Övladlarımızın ilk dərs günü başqalarına göstərdiyimiz ehtiram və münasibət məsuliyyətlilik nümunəsidir".

Pensiyalar ödənildi

Pensiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Bu barədə  ƏƏSMN-dən məlumat verilib.

Məlumatda qeyd olunub ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər: "Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək".

Sosial yardımlar bu tarixdə ödəniləcək

Sosial yardımlar bu tarixdə ödəniləcək

Sentyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə  Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Pensiyalar bu tarixdə ödəniləcək

Pensiyalar bu tarixdə ödəniləcək

Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. 

Bu barədə DSMF-dən məlumat verilib. 

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Azərbaycanda sentyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.

Azərbaycanda yeni medallar təsis edilir

Azərbaycanda yeni medallar təsis edilir

Azərbaycanda yeni medallar təsis edilir.

YAZTV-nin xəbərinə görə, bununla bağlı layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda müzakirə edəcəklər.(report az)

Son sutkada neçə nəfər yoluxub?

Son sutkada neçə nəfər yoluxub?

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 553 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 5 nəfər vəfat edib. 

İstanbulda həlak olan həkimin statusu müzakirə yaratdı

İstanbulda həlak olan həkimin statusu müzakirə yaratdı

Sentyabrın 5-də İstanbulda avtomobilin vurub öldürdüyü azərbaycanlı uzman həkim Elnur Rufullayevin hadisədən bir müddət əvvəl sosial şəbəkə səhifəsində paylaşdığı status müzakirələrə səbəb olub.

YAZTV xəbər verir ki, özəl klinikada İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi kimi çalışan 37 yaşlı Elnur daha əvvəl İstanbulda avtomobilin qəsdən üzərinə sürüldüyünü və son anda qəzadan qaça bildiyini yazıbmış. Bu məsələ həkimin sui-qəsd nəticəsində öldüyü haqda şübhələr yaratmağa başlayıb. 

E.Rufullayev ötən il etdiyi həmin paylaşımında qeyd edib: “Bu gün işdə növbəyə gedərkən başıma daha öncə heç qarşılaşmadığım qəribə bir hadisə gəldi. Sizin də başınıza belə olay gələrsə, hazırlıqlı olun deyə bunu sizinlə paylaşım dedim.

Həmçinin oxuyun: Azərbaycanlı həkim Türkiyədə faciəli şəkildə öldü - Foto

Yolda qarşı tərəfə keçmək üçün kənarla yeriyirdim və bu zaman bir avtomobilin üzərimə doğru gəldiyini gördüm. Əvvəlcə, “yanılıram, mənə elə gəlir”, deyə düşündüm. Bu zaman üzərimə gələn maşının artıq çatdığını görüb, özümü səkiyə atdım, sürücü mənə əl edərək sürərək uzaqlaşdı. Yolda hərəkət sıx olduğu üçün niyə belə etdiyini soruşa bilmədim və həmin şəxsi tanıdığım üçün zəng edib məsələni soruşdum. O isə mənə zarafat etdiyini dedi. Türkiyədə belə bir ənənənin olduğunu öyrənəndən sonra həqiqətən baş verən hadisənin zarafat olduğuna ümid edirəm”.

Qeyd edək ki, həkimin öldüyü qəza Qaziosmanpaşanın Küçükköy adlanan hissəsində baş verib. Xəstəxanaya çatdırılan həkimin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü saxlanılıb və daha sonra sərbəst buraxılıb. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.

E.Rufullayev ailəli, 1 uşaq atası olub.

Son döyüşlərdə yaralanan hərbçilərin əlillik təyinatı aparılır

Son döyüşlərdə yaralanan hərbçilərin əlillik təyinatı aparılır

Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması zamanı xəsarət almış hərbi qulluqçuların əlilliyinin səyyar formada əyani müayinələr aparılmaqla operativ qiymətləndirilməsinə başlanılıb.

YAZTV xəbər verir ki, ƏƏSM-nin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərindən ibarət işçi qrupu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan hərbçiləri ziyarət edərək onlara ilkin əyani baxış keçirib.

Məqsəd onların sağlamlıq vəziyyətlərinin operativ qiymətləndirilməsi, əlillik təyinatına əsas olduğu halda lazımi sənədlərin sürətli şəkildə rəsmiləşdirilərək elektron sistemə daxil edilməsinə dəstək və əlillik təyinatının aparılmasıdır.

Artıq xəsarət almış 50-dək hərbiçinin səyyar əyani müayinəsi aparılıb. Proses növbəti günlərdə də davam edəcək.

Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1326 vaksin vurulub.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 342, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 692, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 111 nəfərdir.

Nazirdən dərs yükünün diaqnostika balına uyğun bölünməsinə münasibət

Nazirdən dərs yükünün diaqnostika balına uyğun bölünməsinə münasibət

“Müəllimlərin dərs yükünün paylanmasının vahid qaydası yoxdur”.

YAZTV” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bəzi müəllimlər bu və ya digər səbəbdən öz dərs saatlarını çox götürmək istəməyə bilərlər. Bu, normal prosesdir. O ki qaldı iki müəllimin eyni saatı istəməsinə, bu saatı onlar arasında bölmək həmişə problem yaradır: “Təbii ki hər şey eynidirsə, bizim yeganə müraciət edəcəyimiz ədalətli meyar məhz diaqnostika balıdır. Gələcəkdə sertifikasiya balı da əsas götürüləcək. Mən burada ədalətsiz heç bir şey görmürəm. Lakin “qanunidir” deyəndə, ən azından qeyri-qanuni də deyil. Burada kiminsə hüququ pozulmur. Məsələn, 10 saat dərs yükü varsa, hansı müəllimin balı çoxdursa, dərs yükünü ona vermək həm pedaqoji, həm də ədalətlilik baxımından doğrudur. Bununla bağlı başqa bir təklif varsa, biz həmin təkliflərə açığıq”.