İmtahanda yüksək bal toplayan məktəbli intihar etdi

İmtahanda yüksək bal toplayan məktəbli intihar etdi

Tovuzda məktəbli intihar edib.

YAZTV-nin məlumatına görə, rayonun Düz Qırıqlı kənd sakini, 17 yaşlı E.Aslanov bu gün yaşadığı evdə həyatına son qoyub.

Bildirilib ki, E.Aslanov Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün əvvəl keçirilən və nəticələri ali məktəbə qəbul prosesində əsas götürülən buraxılış imtahanında 256 bal yığıbmış. Bu isə kifayət qədər yüksək nəticə hesab edilir.

İntihar faktı ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, E.Aslanovun atası bir neçə il əvvəl vəfat edib.