Bakıda idmançı zalda ölü tapıldı

Bakıda idmançı zalda ölü tapıldı

Bakıda fitnes məşqçisi vəfat edib. 

YAZTV-nin məlumatına görə, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

 İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.

Onun ölüm səbəbi hələlik məlum deyil. (oxu az)