Tuesday, 05 İyul 2022 09:50
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan Ordusunda yeni tədris ilinin təlim-məşqləri keçirilir

Azərbaycan Ordusunda yeni tədris ilinin təlim-məşqləri keçirilir

Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və idarəetmə orqanlarında yeni tədris ilinin başlanması ilə əlaqədar məşqlər keçirilir.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

2022-ci tədris ilində döyüş hazırlığında əsas məqsəd qabaqcıl metodlardan və yüksək texnologiyadan geniş istifadə etməklə qoşunların idarəedilməsində operativliyin daha da artırılması, bölmələr arasında uzlaşmanın təşkili, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Müdafiə nazirinin göstərişi ilə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla sərt iqlim və çətin relyef şəraitində müxtəlif döyüş əməliyyatlarının aparılmasında müasir döyüş texnikası, eləcə də silahların düzgün və səmərəli tətbiqinə yönəldiləcək.

https://www.youtube.com/watch?v=OGne5ebtvqg

Zakir Həsənov Pakistana başsağlığı verib

Zakir Həsənov Pakistana başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya başsağlığı məktubu ünvanlayıb.

YAZTV xəbər verir ki, başsağlığında deyilir:

"Bəlucistan bölgəsində xaincəsinə edilmiş terror hücumu zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.

Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm".

Ağdamda minaaxtaranlar üçün yeni mobil düşərgə salınıb

Ağdamda minaaxtaranlar üçün yeni mobil düşərgə salınıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda agentliyin minaaxtaranları üçün yeni mobil sahə düşərgəsi salıb.

YAZTV-nin xəbərinə görə, düşərgə Nazirlər Kabinetinin verdiyi müvafiq tapşırığa əsasən yaradılıb və Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək.

Düşərgə əməliyyat, inzibati və xidməti heyət üçün lazımi şəraitlə təmin edilib.

Mobil tipli düşərgə müasir avadanlıqlarla təchiz edilərək, heyətin bütün zəruri ehtiyaclarını qarşılayacaq müxtəlif ölçülü konteynerlərdən ibarətdir. Düşərgədə yataqxana, hamam, sanitar qovşağı, yeməkxana, çamaşırxana, anbar, ofis və tibb məntəqəsi var. Həmçinin burada minaaxtaran itlərin saxlanılması, texnika və nəqliyyat vasitələrinin təmiri üçün xüsusi yerlər nəzərdə tutulub.

Şəxsi heyətin asudə vaxtlarının səmərəli keçirilməsi üçün düşərgə futbol - voleybol meydançası və idman üçün trenajorlarla təmin edilib.

Qeyd edək ki, “yaşıl enerji” zonasının tətbiqi konsepsiyasına uyğun olaraq düşərgə günəş enerjisi ilə qidalanan xüsusi işıq dirəkləri ilə təchiz olunub.

ANAMA-nın Ağdam rayonu üzrə mobil sahə düşərgəsi icra edilən əməliyyatların miqyasının genişləndirilməsinə, mərkəzin işçi heyətinin sayının artırılmasına xidmət edəcək. Konteynerlərdən ibarət olan mobil tipli düşərgə minatəmizləmə əməliyyatlarının aparılması istiqamətindən asılı olaraq gələcəkdə başqa əraziyə daşına bilər.

Türkiyə Hərbi Hava Qüvvələri “Qış Qartalı” əməliyyatı keçirib

Türkiyə Hərbi Hava Qüvvələri “Qış Qartalı” əməliyyatı keçirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın və Suriyanın şimalında baza kimi istifadə etdikləri Derik, Sincar və Karacak rayonlarında PKK/KCK/YPG terrorçularına qarşı "Qış Qartalı" hava əməliyyatı keçirib.

YAZTV-nin məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Naziriliyi xəbər verib.

Məlumata əsasən, terrorçuların istifadə etdiyi sığınacaqlara, anbarlara, mağaralara, tunellərə, silah-sursat anbarlarına, habelə silahlıların "qərargahı" və təlim düşərgələrinə hücumlar edilib.

Əməliyyat zamanı əsasən yerli istehsal olan sursatlardan istifadə edildiyi qeyd edilib.

Döyüş tapşırığını yerinə yetirdikdən sonra bütün təyyarələr sağ-salamat öz aerodromlarına qayıdıblar.

Nazirlik vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı qətiyyətli mübarizəni davam etdirəcək.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi: "Qoşunların döyüş qabiliyyəti artırılıb"

Azərbaycan Ordusunun Baş Qərargah rəisi: "Qoşunların döyüş qabiliyyəti artırılıb"

"Hesabat dövrü ərzində Azərbaycan Ordusunda müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların döyüş qabiliyyəti artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib".

101.az-ın xəbərinə görə, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 2021-ci ilin yekunlarına dair nazirliyin kollegiya iclasında deyib.

"Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə quruculuq işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb", - o vurğulayıb.

 

 

Türkiyə hərbçiləri Azərbaycan komandolarına təlim keçir

Türkiyə hərbçiləri Azərbaycan komandolarına təlim keçir

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda fəaliyyət göstərən hərbi qrupunun komandanlığı Azərbaycan Ordusunun Quru Qoşunlarının komandolarına təlim keçir.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim proqramı yanvarın 17-də başlayıb və 30-dək davam edəcək. Təlimlərin sərt relyef və hava şəraitində keçirildiyi vurğulanıb.

Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu verilib

Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu verilib

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən bildirilib.

“Qanunvericiliyə əsasən, Kəlbəcərdə həlak olan hərbi qulluqçumuza şəhid statusu verilib", - məlumatda qeyd edilib.

Xatırladaq ki, yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Davam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi ötən gün tapılıb.

Qeyd edək ki, baş leytenant F.Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsil alib. Rabitəçi ixtisasına yiyələnib.

F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, bir oğlan və bir qız yadigarı qalıb. O, Şirvan şəhərində dəfn olunacaq.

Zakir Həsənov ordu rəhbərliyinə yeni tapşırıqlar verib

Zakir Həsənov ordu rəhbərliyinə yeni tapşırıqlar verib

"Hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılması 2022-ci ildə də prioritet məsələ olacaq".

YAZTV-nin xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov 2021-ci ilin yekunlarına dair nazirliyin kollegiya iclasında deyib.

Ötən il ərzində həyata keçirilən tədbirləri təhlil edən müdafiə naziri qoşun növlərinin fəaliyyətini qiymətləndirib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, o cümlədən dövlət sərhədində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması məqsədilə 2022-ci ildə icra olunacaq fəaliyyətlər və qarşıda duran vəzifələr ilə bağlı komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

Komando hərbi hissəsində təlimlər keçirilib

Komando hərbi hissəsində təlimlər keçirilib

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Komandolar maneələr zolağından keçid açma, eləcə də sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsullarını məşq ediblər.

Təlimdə yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmən qüvvələrinin zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər icra olunub.

Komandolar qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Qeyd edək ki, keçirilən təlim-məşqlərinin əsas məqsədi Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

https://www.youtube.com/watch?v=VNDdOFoMAPQ

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

Prezident İlham Əliyevin ötən ilin noyabrın 23-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

YAZTV xəbər verir ki, sərəncamın icrası təmin edilib və yanvar ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Belə ki, yanvarın 1-dən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınması yanvarın 30-dək davam edib.

Yolasalmalar COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə riayət edilməklə həyata keçirilib.

Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar pandemiya dövründə tələb olunan qaydalara uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.

Qeyd edək ki, sərəncama uyğun olaraq, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Azərbaycan Ordusunun tərkibində yeni birləşmə və bölmələr yaradılıb

Azərbaycan Ordusunun tərkibində yeni birləşmə və bölmələr yaradılıb

Baş Qərargah və ümumilikdə Müdafiə Nazirliyinin mərkəzi aparatında, qoşun növləri qərargahlarında təşkilati-struktur dəyişiklikləri edilib.

YAZTV-nin xəbərinə görə, bu barədə yanvarın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2021-ci ilin yekunlarına dair Müdafiə Nazirliyi Kollegiyasının iclasında bildirilib.

"Quru Qoşunları Komandanlığı, yeni birlik, birliklərin tərkibində əməliyyat (komando) birləşmələri və digər bölmələr yaradılıb və onların əməliyyat imkanları genişləndirilib", - məlumatda vurğulanıb.

Müdafiə Nazirliyi Kəlbəcər və Laçındakı qoşunların təminatı ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi Kəlbəcər və Laçındakı qoşunların təminatı ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların təminatı ilə bağlı məlumat yayıb. 

Nazirlikdən YAZTV-yə bildirilib ki, hər iki rayonda dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən mürəkkəb iqlim şəraitində döyüş növbətçiliyi çəkən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi üçün nəzərdə tutulan yolların qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə qalması məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən fəaliyyətlər davam etdirilir.

https://www.youtube.com/watch?v=_3QFEcE6aOI&t=5s