Saturday, 10 İyun 2023 21:33
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Həqiqi hərbi xidmətə çağırış üzrə Komissiyanın yeni tərkibi formalaşdırılıb

Həqiqi hərbi xidmətə çağırış üzrə Komissiyanın yeni tərkibi formalaşdırılıb

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının yeni tərkibi formalaşdırılıb.

YAZTV-nin xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla komissiyanın yeni tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi

Komissiya sədrinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin
müavini

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
rəisinin müavini

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti
sədrinin müavini”.

Azərbaycan Ordusunda təlim atışları yerinə yetirilib

Azərbaycan Ordusunda təlim atışları yerinə yetirilib

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarında dəzgahlı iriçaplı pulemyot və avtomatik qumbaraatan heyətləri ilə təlim atış çalışmaları yerinə yetirilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Atışdan qabaq bölmələr ərazidə açılma, atəş mövqelərinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Atış çalışmalarında əvvəlcədən hazırlanmış mövqedən hədəfə yerindən atəş açmaq üzrə tapşırıqlar heyətlər tərəfindən müvəffəqiyyətlə icra olunub.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən təlimlərdə əsas məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.

https://www.youtube.com/watch?v=mned9w0YYMw

Qanunsuz erməni dəstələrinin mövqeləri hədəfə alınıb - Rəsmi

Qanunsuz erməni dəstələrinin mövqeləri hədəfə alınıb - Rəsmi

Azərbaycan Ordusu Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi bölgədən atəş açan erməni silahlılarının döyüş mövqelərinə zərbə endirib.

YAZTV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

Zakir Həsənov hərbçiləri təbrik edib

Zakir Həsənov hərbçiləri təbrik edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Nazirlikdən YAZTV-yə daxil olan təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.
Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz bayramı sayılan Novruz təbiətin oyanışından xəbər verir. Qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərin qorunduğu Azərbaycanda Novruzun gəlişi tarixin ən sərt dönəmlərində belə özünəməxsus coşqu, sevinc, yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan çoxlu sayda böyük layihələr nəticəsində müstəqil Azərbaycanda həmrəylik, xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatıb.

Bu gün iqtisadiyyatımızın fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələri daha da möhkəmlənib. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində nüfuzu daha da artan Azərbaycan dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və fədakarlıq nümunələri sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımız azad edilərək ərazi bütövlüyümüz təmin olundu. Bu gün rəşadətli Azərbaycan Ordusu azad edilən ərazilərdə öz mövqelərini daha da möhkəmləndirərək həyata keçirilən bərpa-quruculuq işlərinə də layiqli töhfələrini verməkdədir. Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm.
Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması, ərazi bötövlüyünün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi Novruz bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Eyni zamanda, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Novruz bayramınız mübarək olsun!"

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib.

YAZTV icmalı təqdim edir.

https://www.youtube.com/watch?v=jTgiEdRpWuc

Üç rayonumuz atəşə tutuldu

Üç rayonumuz atəşə tutuldu

Erməni silahlı dəstələri Azərbaycanın 3 rayonunu atəşə tutub.

"YAZTV" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Kərim Vəliyev Azərbaycan Ordusunun vəzifəli şəxslərinə tapşırıqlar verib

Kərim Vəliyev Azərbaycan Ordusunun vəzifəli şəxslərinə tapşırıqlar verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görülən işlərin təhlilini aparan Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müşavirədə döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Martın 12-i saat 18:15-dən martın 13-ü saat 02:20-dək fasilələrlə Azərbaycan Ordusunun Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri bu istiqamətlərdə adekvat cavab tədbirləri görüb.
Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.
Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Martın 10-u saat 19:45-dən martın 11-i saat 08:35-dək Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə atəşə tutulub.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd, Aşağı Şorca, Əzizli yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Barmaqbinə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini də atəşə tutub.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır", - nazirlikdən bildirilib.

Bir qrup şəxs mina axtarmaq üzrə kurslara cəlb olunub

Bir qrup şəxs mina axtarmaq üzrə kurslara cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən "Minaaxtaran" peşəsi üzrə hazırlıq kursu təşkil edib.

ƏƏSMN-dən  verilən məlumata görə, agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Qaya Safety Solutions” MMC-nin əməkdaşlığı çərçivəsində təşkil edilən kursa Tərtər, Ağdam və Bərdə rayonlarından xüsusi meyarlar əsasında seçim aparılmaqla 15 işsiz şəxs cəlb edilib.

Nəzəri biliklərin tədrisindən sonra müdavimlər Cəbrayıl rayonunda mina təmizləmə işlərinin aparıldığı sahələrdə təcrübə də keçəcəklər.

Tədris müddəti bitdikdən və imtahanları uğurla başa vurduqdan sonra həmin şəxslər işğaldan azad olunan ərazilərdə ərazilərin minalardan təmizlənməsi sahəsi üzrə əmək fəaliyyətinə başlayacaq.

Müdavimlərə tədris müddətində minimum əməkhaqqı məbləğində təqaüd də ödəniləcək.

“Bayraktar” “Qızıl alma” adlı yeni PUA-nı təqdim edib

“Bayraktar” “Qızıl alma” adlı yeni PUA-nı təqdim edib

“Baykar Savunma”nın texniki direktoru Səlcuq Bayraqdar “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yeni modelinin adını açıqlayıb və maketinin şəklini nümayiş etdirib.

YAZTV xəbər verir ki, o, bununla bağlı tviter səhifəsində paylaşım edib.

“İstehsal xəttinə 3 il yarımdan sonra daha böyük və çevik balıq girdi. PDUS – Pilotsuz Döyüş Uçuş Sistemi: “Bayraktar Kızılelma”. Yoldadır, gəlir. İzləmədə qalın”, - vurğulayıb.

Qeyd edək ki, qədim türk mifologiyasına əsasən, “Qızıl alma” türklərin, xüsusilə oğuz türklərinin can atmalı olduğu utopiya və ideallardır. Türkçülüyün simvollarından biri olan “Qızıl alma” bir növ arzulanan, lakin uzaq, hətta əlçatmaz məqsəd hesab edilir.

Azərbaycanda istismar müddəti başa çatmış zirehli maşınlar müasir standartlara uyğunlaşdırılacaq

Azərbaycanda istismar müddəti başa çatmış zirehli maşınlar müasir standartlara uyğunlaşdırılacaq

Azərbaycanda istismar müddəti başa çatmış zirehli maşınlar müasir standartlara uyğunlaşdırılacaq.

YAZTV-nin xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

"Hərbi sənaye kompleksinin yaradılması imkanlanı ilə bağlı bildiririk ki, zirehli nəqliyyat vasitələrinin təmiri. təkmilləşdirilməsi, habelə istismar müddəti başa çatmış zirehli maşınların müasir standartlara uyğunlaşdırılması, o cümlədən silah və hərbi texnikanın ehtiyat hissələri üçün istehsal sahələrinin yaradılması üzrə Müdafiə Sanayesi Nazirliyinin müvafiq təkliflərinə Nazirlər Kabinetinin tapşırığına asasən İqtisadiyyat və Müdafiə nazirliklərində baxılır", - hesabat sənədində bildirilib.