Tuesday, 05 İyul 2022 11:11
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ali Baş Komandan: "Bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir"

Ali Baş Komandan: "Bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir"

"Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq".

YAZTV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında deyib.

Dövlət başçısı bildirib ki, beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq: "Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq. Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".

HHQ-nin cəbhəboyu zonada yerləşən növbəti hərbi hissəsi açılıb

HHQ-nin cəbhəboyu zonada yerləşən növbəti hərbi hissəsi açılıb

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov HHQ-nin cəbhəboyu zonada yerləşən yeni inşa edilən növbəti hərbi hissəsinin açılışı mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən YAZTV-ə verilən məlumata görə, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, ərzaq və əşya anbarı, qazanxana, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Bildirilib ki, yeni hərbi hissədə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək və döyüş növbətçiliyinin daha da keyfiyyətli aparılmasını təmin edəcək.

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Müdafiə Nazirliyindən YAZTV-ə verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli və Zamanlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli və Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli və Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Prezident "N" saylı hərbi hissənin açılışında iştirak edib

Prezident "N" saylı hərbi hissənin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.

YAZTV xəbər verir ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Mühəndis Qoşunlarının yeni infrastrukturu istifadəyə verilib

Mühəndis Qoşunlarının yeni infrastrukturu istifadəyə verilib

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov Mühəndis Qoşunlarının yeni inşa edilmiş mühəndis infrastrukturunun açılışında iştirak edib.

Müdafiə Nazirliyindən YAZTV-ə verilən məlumata görə, general-leytenant F.Məmmədov hərbi hissədə yeni inşa edilmiş əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana kompleksi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Mühəndis qoşunlarının hissə və bölmələrində döyüş hazırlığının təşkili və aparılması, mühəndis-istehkam bölmələrinin taktiki-xüsusi, xüsusi və texniki hazırlığının yüksək səviyyədə saxlanılması üçün yeni mühəndis şəhərciyi və mühəndis texnikalarının sürücülük sahəsi də hazırlanaraq istifadəyə verilib.

Qeyd olunub ki, yaradılan şərait Mühəndis Qoşunlarının hissə və bölmələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək.

HHQ-nin yeni hərbi hissəsinin açılışı olub

HHQ-nin yeni hərbi hissəsinin açılışı olub

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov HHQ-nin yeni inşa edilən hərbi hissəsinin açılış mərasimində iştirak edib və şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.

Müdafiə Nazirliyindən YAZTV-ə verilən məlumata görə, general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Bildirilib ki, yaradılan şərait şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək, hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin edəcək.

“Ordumuz Qafqazın ən güclü ordusudur”

“Ordumuz Qafqazın ən güclü ordusudur”

"Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il Fərmanına əsasən, Əlahiddə Azərbaycan korpusunun yarandığı gün - 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. Hər bir dövlətin müqəddəratı ordusundan asılıdır".

YAZTV  xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur:

"Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Ordusu işğalçı Ermənistanın dərsini vermək iqtidarındadır. Bunu 2016-cı ilin 4 günlük Aprel savaşı da göstərdi. Əhalisi 3 milyondan az olan Ermənistan 4 günlük savaşda 560 hərbçisini itirdi. Bu kiçik Ermənistan üçün əsl fəlakət sayıla bilər. Təsadüfi deyil ki, Aprel savaşından sonra Ermənistan ordusunda generallar arasında həbslər həyata keçirildi, müdafiə nazirləri istefaya göndərildi. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələr sırasındadır. Azərbaycanın həbri büdcəsi Ermənistan büdcəsinin tamamından çoxdur. Bu da düşmən ölkəni çox qorxudur. Çünki erməni separatçıları anlayırlar ki, növbəti müharibə Aprel savaşına bənzəməyəcək. Müdafiə naziri Zakir Həsənov son müsahibəsində açıq dedi ki, növbəti müharibədə Ermənistan ordusunun itkiləri daha çox olacaq".

Sədr müavini bildirib ki, işğalçı dövlətin ordusu məğlubiyyətə düçardır:

"Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlıq edir. Azərbaycan hərbçiləri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan müxtəlif təlimlərdə iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir. Bundan başqa, Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik hərbi sahəyə də sirayət edib. İl ərzində qardaş dövlətlə birgə keçirilən hərbi təlimlər də buna sübutdur. Ordumuz qarşısına qoyulan istənilən tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarına malikdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin göstərdiyi qayğı nəticəsində vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Ordusu zəif olan dövlətlərə təsir etmək daha asandır. Bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır. Gənclərimiz böyük həvəslə hərbi xidmətə can atırlar".

"2016-cı ilin savaş günlərində minlərlə gəncimiz orduya yazılmağa və düşmənlə döyüşməyə can atırdı. Ermənistan gəncləri isə işğal altındakı torpaqlarımızda zorla qulluq etməmək üçün ölkələrini tərk edirlər. Bunun özü iki ölkənin gəncləri arasındakı fərqi ortaya qoyur. Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur. Düşmənin bütün təxribatlarının qarşısı yerindəcə alınır. Ordumuz daim düşməni vahimə içərisində saxlayır. İstənilən zaman Ordumuz torpaqlarımızı azad etməyə qadirdir. Bunu cənab Prezident dəfələrlə çıxışında bəyan edib. Düşmən dərk edir ki, onların qarşısında 90-ci illərdə olan özünümüdafiə dəstələri yox, nizami və müasir silahlarla təmin edilmiş Azərbaycan Ordusu dayanır", - A.Əliyev bildirib.

Previous Next

Azərbaycan Ordusu bölmələrinin dağlıq ərazidə təlimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən dağlıq ərazidə hücumun planlaşdırılması və aparılması tapşırıqlarının icrası üzrə Azərbaycan Ordusu bölmələrinin təlimi keçirilib.
Müdafiə Nazirliyindən YAZTV-ə verilən məlumata görə, təlimə 800 nəfərədək şəxsi heyət, 100-dək zirehli döyüş və avtomobil texnikası, 40-dək müxtəlif çaplı artilleriya qurğusu, 6 ədəd döyüş və nəqliyyat helikopterləri cəlb olunub.
Təlimin məqsədi komandirlərin dağlıq ərazidə döyüş bacarıqlarının təkmilləşdirilməsi, dağlıq ərazidə hücum döyüşlərinin aparılması zamanı bölmələrin idarəolunması, şəxsi heyətin fiziki dözümlülüyünün yoxlanılması, eləcə də bölmələrin qarşılıqlı fəaliyyətinin təşkili olub.
Həyəcan siqnalı ilə qaldırılan bölmələr ehtiyat rayonunun tutulması, dağ aşırımlarının və hakim yüksəkliklərin ələ keçirilməsi, əsas qüvvələrin hücumu üçün əlverişli şərait yaradılması tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirilib.
Təlimin yekun mərhələsində döyüş atışları icra olunub.

Previous Next

Azərbaycan Ordusu üçün yeni hərbi hissə istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən yeni inşa edilən hərbi hissənin açılışı olub.

Bu barədə YAZTV-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyətinin iştirakı ilə hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı döyüş silah və sursatlarının saxlanması üçün anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib.

Hərbi şəhərcik ərazisində hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş yeni binanın açılış mərasimi olub.

Ailələri təbrik edən Müdafiə naziri bu yaxınlarda Hövsan qəsəbəsində hərbi qulluqçular üçün istifadəyə verilən daimi mənzillərin və “Qobu Park-3” yaşayış kompleksinin açılışında Ali Baş Komandanın iştirakını qeyd edərək bu istiqamətdə görülən kompleks tədbirlərin ölkə başçısının Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. Nazir bu hərbi hissənin açılışını Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində atılan növbəti addım olduğunu qeyd edib.

Silahlı Qüvvələrin Ali Baş Komandanının qayğısı nəticəsində son illərdə planlı şəkildə hərbi qulluqçuların daimi və xidməti mənzillərlə təmin olunduğunu bildirən Müdafiə naziri bu işlərin davamlı olacağını diqqətə çatdırıb.

Nazir bildirib ki, cari ildə müxtəlif bölgələrdə, xüsusilə cəbhəboyu zonada yerləşən bir sıra hərbi hissədə 250-dən artıq xidməti mənzil istifadəyə verilib. Bu ilin sonunadək isə daha 200-dək xidməti mənzilin tikintisinin sona çatdırılması planlaşdırılır.

Yeni bina ilə tanışlıq zamanı məlumat verilib ki, beş mərtəbəli bina tam təmirli 3 otaqlı 60 mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.

Bildirilib ki, bina üçün nasosxana, hovuz, yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx və digər mebel dəsti ilə təmin edilib. Ərazi hasara alınıb, asfalt döşənib, uşaqlar üçün şəhərcik salınıb, idman qurğuları ilə təmin olunub, avtodayanacaq üçün yer ayrılıb, su təmizləyici qurğu quraşdırılıb və yaşıllaşdırma işləri görülüb. Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

Mənzillə təmin olunan hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub və ailələrin qayğıları ilə maraqlanıb.

Yeni hərbi hissə istifadəyə verildi

Yeni hərbi hissə istifadəyə verildi

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov “N” nömrəli hərbi hissəsinin yeni inşa edilmiş infrastrukturunun açılışında iştirak edib.

Bu barədə YAZTV-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinin müavini hərbi hissədə yeni inşa edilmiş yeməkxana, qarovul şəhərciyi və qarovul evi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeni tikilmiş yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var.

Məlumat verilib ki, hərbi hissədə şəxsi heyətin peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün bütün lazımi şərait yaradılıb.

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozub

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
Müdafiə Nazirliyindən YAZTV-ə verilən məlumata görə, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər

Ali Hərbi Məktəbin kursantları döyüş atışları keçiriblər

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq hərbi poliqonda kursantların intensiv hazırlığı həyata keçirilib.

Müdafiə Nazirliyindən YAZTV-ə verilən məlumata görə, dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri hazırlıq məşqlərinə cəlb olunan heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.

Kursantlar zirehli texnikadan istifadə vərdişlərini təkmilləşdirib, şərti düşmən hədəflərinin atəşlə məhv edilməsi çalışmalarını və digər praktiki tapşırıqları yerinə yetiriblər.