Tuesday, 05 İyul 2022 11:29
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2022” təlimləri başlayıb

Azərbaycan hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2022” təlimləri başlayıb

Azərbaycan Hərbi Hava və Dəniz qüvvələrinin qatıldığı “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

YAZTV xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər Konyada keçirilir.

Təlimlərdə Azərbaycanla yanaşı Türkiyə, Böyük Britaniya, İordaniya və Pakistanın Hərbi Hava və Dəniz Qüvvələri də iştirak edir

Müdafiə nazirinin müavini: "Türkiyə ordusunun terrorizmlə mübarizədə qazandığı təcrübədən bəhrələnmək istəyirik"

Müdafiə nazirinin müavini: "Türkiyə ordusunun terrorizmlə mübarizədə qazandığı təcrübədən bəhrələnmək istəyirik"

"Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirilir".

YAZTV-nin xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

Onun sözlərinə görə, iki ölkə arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir: "Dünyanın ən güclü ordularından biri olan Türkiyə Silahlı Qüvvələrinin terrorizmə qarşı apardığı mübarizədə qazandığı geniş təcrübəsindən bəhrələnmək bizim üçün mühüm əhəmiyyət kəsb edir".

Nazir müavini vurğulayıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli üzərində inşa edilməsi üzərində mühüm işlər görülür.

Ə.Əfəndiyev söyləyib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra bu sahədə aparılan işlər yeni mərhələyə qədəm qoyub: "Azərbaycan Ordusunun ştat strukturunda müasir tələblərə uyğun mühüm dəyişikliklər edilib. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən istifadə etməklə Azərbaycan Ordusunda Komando hərbi hissələri yaradılıb və bu hərbi hissələrin şəxsi heyəti müxtəlif tarixlərdə Türkiyənin İsparta şəhərində yerləşən təlim mərkəzində olublar".

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə təlim-metodiki toplanış keçirilib

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə təlim-metodiki toplanış keçirilib

Azərbaycan Ordusunun qoşun növü, birlik və mərkəzi tabelikdə olan hərbi hissələrinin maddi-texniki təminat idarə, şöbə (bölmə) rəisləri ilə təlim-metodiki toplanışın yekunu keçirilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yekunda Maddi-Texniki Təminat Baş İdarəsinin Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsini icra edən general-mayor Qədir Nəsibov iştirak edib.

Toplanışda silah və texnika idarəsi üzrə raket-artilleriya silahları, avtomobil və zirehli tank xidmətlərinin təşkili, arxa cəbhə idarəsi üzrə ərzaq, əşya və yanacaq xidmətlərinin, habelə yanğından mühafizə inspeksiyasının təşkili mövzularında məşğələlər keçirilib.

Qeyd olunub ki, toplanışın əsas məqsədi iştirakçılara maddi-texniki təminat üzrə ümumi vəziyyət, silahlanmaya yeni daxil edilmiş silah, texnika və digər vasitələrin uçotu, istismarı haqqında məlumatların çatdırılması, həmçinin qoşunlarda maddi-texniki təminatın perspektivləri və qışa hazırlıq üçün görüləcək işlərlə bağlı məsələlərin öyrənilməsidir.

Yekunda ötən tədris ili ərzində qeyd olunan xidmətlər üzrə bölmələrdə yerinə yetirilmiş əsas tədbirlər müzakirə olunub.

Sonda Müdafiə Nazirliyi rəhbərliyinin maddi-texniki və digər döyüş təminatının gücləndirilməsi ilə bağlı tapşırıqları aidiyyəti üzrə çatdırılıb.

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə səfər edib

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə səfər edib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazilərində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətlə görüşüb.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Sonra general-polkovnik Z.Həsənov müşahidə məntəqələrində olarkən qarşı tərəfin fəaliyyətini izləyib, optik müşahidə cihazları və texniki vasitələrin imkanlarını sınayıb.
Yerləşmə məntəqələrində yaradılan şəraitlə tanış olan nazirə məruzə edilib ki, burada döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin etmək məqsədilə bütün lazımi infrastruktur yaradılıb.

Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi və dayanıqlı müdafiənin təmin edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

https://www.youtube.com/watch?v=ExEW6uTaRnA

Türkiyə Müdafiə Nazirliyi: "Azərbaycanla hərbi müttəfiqliyin səviyyəsindən məmnunuq"

Türkiyə Müdafiə Nazirliyi: "Azərbaycanla hərbi müttəfiqliyin səviyyəsindən məmnunuq"

"Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümündə, güclü Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının, müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi məmnun edir".

Bu barədə  Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

"Şuşa Bəyannaməsinin hərbi və strateji sahədə də dövlətlərimizin milli maraqlarını təmin etməsi istiqamətindəki önəmi hər birimizə aydındır", - nazirlikdən vurğulanıb.

Qeyd edək ki, Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi 2022-ci ilin fevralın 1-də Azərbaycan Milli Məclisi, fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib.

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanandan sonra qüvvəyə minən Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqliyə dair bütün şərtləri özündə ehtiva edir.

Azərbaycan hərbçilərinin iştirak etdiyi “Efes-2022” təlimləri başa çatıb

Azərbaycan hərbçilərinin iştirak etdiyi “Efes-2022” təlimləri başa çatıb

Türkiyədə keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlər İzmir bölgəsində təşkil olunan “Yüksək səviyyəli müşahidəçi günü”nə aid iyunun 8-də və 9-da təşkil olunan mərhələlərlə başa çatıb.

YAZTV xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdikləri nümayəndə heyətinin də izlədiyi təlimlərin iyunun 9-da keçirilən sonuncu mərhələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxışı ilə yekunlaşıb.

Bağlanış mərasimində əvvəlcə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin ən böyük hərbi təlimlərindən olan “Efes-2022”nin məqsəd və hədəfləri barədə müfəssəl məlumat verib.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyib.

Türkiyə Silahlı Qüvvələrinin “Mehtaran” qrupunun çıxışından sonra türk ulduzları nümunəvi uçuşlar həyata keçiriblər.

Həmçinin paraşütçülər təlimlərdə iştirak edən ölkələrin dövlət bayraqlarını havada nümayiş etdiriblər.

“Efes-2022” təlimlərinin mətbuat mərkəzindən verilən məlumata görə bir ay davam edən təlimlərdə bütün tapşırıqlar qüsursuz yerinə yetirilib.

Komandan: "Bu il Azərbaycan və Türkiyədə 20-dən çox birgə hərbi təlimin keçirilməsi planlaşdırılıb"

Komandan: "Bu il Azərbaycan və Türkiyədə 20-dən çox birgə hərbi təlimin keçirilməsi planlaşdırılıb"

"Bu il ərzində həm Azərbaycan, həm də Türkiyədə 20-dən çox birgə təlimin keçirilməsi planlaşdırılıb. Artıq bunların bir neçəsi icra edilib".

YAZTV-nin xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O bildirib ki, belə təlimlərin hərbi əməkdaşlıq və xalqlarımız arasındakı qardaşlığın gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti var.

Azərbaycan Ordusunun tank bölmələrinin hazırlığı davam edir

Azərbaycan Ordusunun tank bölmələrinin hazırlığı davam edir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdirib.

Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

https://www.youtube.com/watch?v=DpRgqYyq7l0

Azərbaycanın müdafiə naziri Türkiyədə pakistanlı generalla görüşüb

Azərbaycanın müdafiə naziri Türkiyədə pakistanlı generalla görüşüb

"Efes-2022'" çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.

Xatırladaq ki, Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib.

Türkiyədə təhsil alan Azərbaycan hərbçilərinin sayı artırılıb - RƏSMİ

Türkiyədə təhsil alan Azərbaycan hərbçilərinin sayı artırılıb - RƏSMİ

"Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində təhsil alan Azərbaycan Ordusunun şəxsi heyətinin sayı artırılıb".

YAZTV-nin xəbərinə görə, bunu müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O bildirib ki, hazırda 200-dən çox zabit, gizir və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu Türkiyə Silahlı Qüvvələrinin müxtəlif təhsil müəssisələrində, təlim mərkəzlərində təhsil alır, təkmilləşdirmə kursları keçirlər.

Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb

Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda snayperlərin peşəkarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlim keçirilir.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlim zamanı snayperlər gecə və gündüz vaxtı atəş mövqeyinin seçilməsi, fərdi və qrup şəklində müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi, eləcə də digər mövzular üzrə qarşıya qoyulan tapşırıqları icra edirlər.

https://www.youtube.com/watch?v=MTJGyLvrRZ8

MN: "Azərbaycan Ordusu Şuşa Bəyannaməsinin tələblərini planlı şəkildə yerinə yetirir"

MN: "Azərbaycan Ordusu Şuşa Bəyannaməsinin tələblərini planlı şəkildə yerinə yetirir"

Azərbaycan Ordusu Şuşa Bəyannaməsinin tələblərini planlı şəkildə yerinə yetirir.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu məsələ “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırmasına həsr olunan toplantıda müzakirə edilib.

İki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını bildirən müdafiə naziri general-polkovnik Zakir Həsənov 2021-ci il iyunun 5-də imzalanan "Şuşa Bəyannaməsi"nin bu istiqamətdə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb.

Bəyannamənin tələblərindən irəli gələn fəaliyyətlərin Azərbaycan Ordusunda planlı şəkildə yerinə yetirildiyi qeyd olunub.