Monday, 29 Noyabr 2021 03:50
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Koçaryan Paşinyanı istefaya səslədi

Koçaryan Paşinyanı istefaya səslədi

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət bloku ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edib.

YAZTV xəbər verir ki, bu barədə “Novosti Armeniya” agentliyi məlumat yayıb. 

Ermənistan müxalifəti yaranmış vəziyyətdə Baş nazir Nikol Paşinyan hökumətini ittiham edərək, Ermənistanda xaosun hökm sürdüyünü bildirib.

Qeyd olunub ki, müxalifət vəziyyətin tam həllini hakimiyyətin istefasında görür. N.Paşinyanın istefasından sonra bacarıqlı qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, Ermənistanın xarici və daxili problemlərinin həlli üçün siyasətin təmin edilməsinin zəruriliyini vurğulayıblar.

Ukrayna iki doza vaksin vurduranlara pul verəcək - Zelenski açıqladı

Ukrayna iki doza vaksin vurduranlara pul verəcək - Zelenski açıqladı

Ukraynada koronavirusa qarşı iki doza vaksinasiyası olan vətəndaşlara 1000 qrivna (64,70 AZN) veriləcək.

YAZTV xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.

Prezidentin sözlərinə görə, hər iki peyvəndi vurduran vətəndaşlar “Diya” tətbiqi vasitəsilə min qrivna əldə edə biləcəklər:

“Bu pula idman zalı və ya fitnes klubu üzvlüyü ala bilərsiniz. Kino, teatr, muzey, konsert salonu, sərgi mərkəzinə baş çəkin və ya daxili səyahətlər üçün bilet alın”.

Prezident əlavə edib ki, proqram dekabrın 19-da başlayacaq, bunun üçün təxminən 3 milyard qrivna ayrılacaq. Eyni məbləğ 2022-ci ilin əvvəlində də ayrılacaq. Zelenskinin sözlərinə görə, proqram bir neçə ay davam edəcək və “Diya” tətbiqi olmayanlar da pul ala biləcəklər. Proqramın məqsədi iqtisadiyyatın yaradıcılıq, idman və nəqliyyat sektorlarını dəstəkləməkdir.

Liverpuldakı partlayış terror kimi dəyərləndirilir

Liverpuldakı partlayış terror kimi dəyərləndirilir

Ötən gün Liverpul Qadın Xəstəxanası yaxınlığında baş vermiş taksi avtomobilinin partlaması polis tərəfindən terror hadisəsi olaraq dəyərləndirilib.

YAZTV “İnterfax”a istinadən xəbər verir ki, Mersesayd Qəza Polisi baş konstebli Serena Kennedi baş konstebl yardımçısı və Şimal-Qərb Antiterror İdarəsinin rəhbəri Rass Cakson ilə birgə mətbuat konfransında hazırda hadisəyə dair araşdırma aparıldığını bildirib.

R.Cakson hadisə ilə bağlı dörd nəfər şübhəlini saxladıqlarını deyib. Araşdırmada həmçinin MI5 əks-kəşfiyyat idarəsi də iştirak edir.

Xatırladaq ki, dünən saat 11 radələrində baş verən partlayış nəticəsində taksinin sərnişini ölüb, sürücü də ciddi xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Paşinyan sərhəddəki vəziyyəti açıqladı

Paşinyan sərhəddəki vəziyyəti açıqladı

“Hazırda Ermənistan-Azərbaycan sərhədində nisbətən sakitlik hökm sürür, lakin vəziyyət son dərəcə gərgin olaraq qalır".

YAZTV erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.

 

Onun sözlərinə görə, itkilərlə bağlı dəqiq say yaxın vaxtlarda məlum olacaq. 

 

Aİ daha 4 ölkənin vaksin sertifikatını tanıyıb

Aİ daha 4 ölkənin vaksin sertifikatını tanıyıb

Avropa İttifaqı (Aİ) daha 4 ölkənin koronavirusa qarşı vaksin sertifikatını tanıyıb.

YAZTV-nin  məlumatına görə, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Məlumata əsasən, Gürcüstan, Moldova, Serbiya və Yeni Zelandiyada verilən vaksin sertifikatları Aİ-də tanınacaq: "Bu dörd ölkə Aİ sisteminə qoşulacaq və onların COVID-19 vaksin sertifikatları Aİ dövlətlərində vətəndaşlara verilən rəqəmsal sertifikatlarla eyni şərtlərlə qəbul ediləcək".

Beləliklə, Aİ-nin eletron sisteminə qoşulan ölkə və ərazilərin sayı 49-a çatlb.

Çin Honduras Prezidentinin Tayvana səfərinə etiraz edib

Çin Honduras Prezidentinin Tayvana səfərinə etiraz edib

Rəsmi Pekin Honduras Prezidenti Xuan Orlando Ernandesin Tayvan adasına səfərinə etiraz edib.

YAZTV xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien noyabrın 15-də keçirdiyi mətbuat konfransında ölkəsinin etirazını bildirib. "Bu, Tayvan Demokratik Mütərəqqi Partiyası rəhbərliyinin beynəlxalq dəstək illüziyası yaratmaq üçün özünü aldatma fəndidir", - deyən Çin XİN-in rəsmisi əlavə edib ki, bu cür fəaliyyətlər Tayvanın Çinin tərkib hissəsi olması və Çinin birləşməsi həqiqətini dəyişməyəcək.

Qeyd edək ki, Honduras Prezidenti Xuan Orlando Ernandes Tayvandakı separatçı rejimin dəvəti ilə ötən həftə Tayvanda səfərdə olub.

İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı Çin Respublikasının mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələrə malik ölkələrin Tayvanla istənilən formada rəsmi təmasına qəti etiraz edir.  (AZƏRTAC)

Polşa-Belarus sərhədində atışma səsləri eşidilib

Polşa-Belarus sərhədində atışma səsləri eşidilib

Belarus və Polşa arasında sərhəddə atışma səsləri eşidilib.

YAZTV  “Belta” teleqram kanalına istinadən xəbər verir ki, iki ölkə sərhədində qalmış miqrantlar Polşa ərazisinə keçmək üçün yeni cəhdlər göstəriblər.

Polşa tərəfi ölkəyə keçməyə cəhd edən miqrantların qarşısını su şırnaqları və müxtəlif qumbaralar ilə almağa çalışır.

Daha əvvəl isə məlum olub ki, qaçqınlar Polşa ilə sərhəddə hasarları sındırmağa başlayıb. Bununla yanaşı, miqrantlar sərhədçilərə daş və şüşə atıb. Bunun qarşılığında isə Polşa sərhədçiləri onlara qumbara atmağa əl atıb. Hələ ki, miqrant kütləsinin qarşısını almaq mümkün olub.

Azərbaycanlı “qanuni oğru” Türkiyədə saxlanıldı

Azərbaycanlı “qanuni oğru” Türkiyədə saxlanıldı

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “İlqam Bolniski” kimi tanınan İlqam Hacıyev saxlanılıb.

YAZTV-nin əldə etdiyi məlumata görə, o, Türkiyədə həbs olunub.

Kriminal avtoritetin hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, “İlqam Bolniski” ötən həftə keçirilən “sxodka”da “qanuni oğru” adına layiq görülüb. Gürcüstanın Bolnisi rayonunda anadan olan 40 yaşlı İlqam Hacıyev, mərhum “qanuni oğru” “Lotu Quli”nin yaxın dostu olub.

Ərdoğan İrana səfər edəcək

Ərdoğan İrana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfər edəcəyi gözlənilir.

YAZTV xəbər verir  ki,  bu barədə məlumatı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında verib.

Abdullahianın sözlərinə görə, İran və Türkiyə arasında əməkdaşlıq üçün uzunmüddətli yol xəritəsi yaradılacaq. (unikal org)

Saakaşvilinin vəziyyəti pisləşib, qan qusur

Saakaşvilinin vəziyyəti pisləşib, qan qusur

Oktyabrın 1-dən aclıq aksiyası keçirən Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin səhhəti yenidən pisləşib.

YAZTV” xəbər verir ki, Ukraynanın Ombudsmanı Lyudmila Denisovanın sözlərinə görə, gürcü siyasətçi dünən axşamdan qan qusmağa başlayıb.

Denisova bildirib ki, buna baxmayaraq, onun yanına həkim buraxılmır.

“Saakaşvili üçün xüsusi yaradılmış həkim qrupunun üzvü Nino Şaraşenidze Gürcüstan rəhbərliyinə bildirib ki, Saakaşvili qan qusmağa başladığından onun qastroenteroloqa ehtiyacı var. Lakin artıq iki gündür ki, həkim qrupu müvafiq prosedurları həyata keçirmək üçün Mixail Saakaşvilinin yanına buraxılmır”, - deyə Denisova bildirib.

Xatırladaq ki, Saakaşvili səhhətində yaranan problemlərlə bağlı 18 saylı “Qldani” Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Fransada yenidən karantin rejimi tətbiq oluna bilər

Fransada yenidən karantin rejimi tətbiq oluna bilər

Fransada noyabrın 20-dən yenidən karantin rejimi tətbiq edilə bilər. Ölkədə son sutka ərzində koronavirusa 12 min 496 yeni yoluxma və 17 ölüm faktı qeydə alınıb.

YAZTV  xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü deyib.

Fransa Dövlət Səhiyyə İdarəsinin də son həftəlik epidemioloji bülleteni xəbərdarlıq xarakteri daşıyıb. Bildirilib ki, son günlər yoluxma halları yenidən artmağa başlayıb. Əyalətlərdə yoluxma sayı daha çox artıb, yerindən asılı olaraq artım 36-46 faiz arasındadır. Ölkədə daha çox narahatlıq doğuran səbəb xəstəxanalarda koronavirus xəstələrinin sayının artmasıdır. Qeyd edilib ki, virus 75 yaşdan yuxarı insanlar arasında çox yayılıb.

Qeyd edək ki, noyabrın 15-dən ölkədə bütün məktəblərdə yaş kateqoriyasından asılı olmayaraq, şagirdlərə maska taxmaq məcburidir.

Ölkədə pandemiya qurbanlarının ümumi sayı 118 min 125-ə çatıb.

Ermənistanda keçmiş mer yenidən həbs edildi

Ermənistanda keçmiş mer yenidən həbs edildi

Ermənistanın Sisian icmasının keçmiş rəhbəri Artur Sarkisyan yenidən həbs edilib.

YAZTV “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə İrəvanın Apellyasiya məhkəməsi qərar çıxarıb. Qərarı Sarkisyanın vəkili Emin Xaçatryan elan edib: 

“Məhkəmə həbslə bağlı qərar çıxarıb, lakin bizə heç iclas barədə - nə onun vaxtı, nə də keçirildiyi yer barədə məlumat verilib. İlkin olaraq hakim Tiqran Simonyanın əməkdaşları bizimlə əlaqə saxlayıb, şikayətin araşdırıldığını bildiriblər. Anlaşılmaz şəraitdə işin hakim Armen Danielyanın əlində olduğu ortaya çıxdı”. 

 

O, fövqəladə iclasın keçirilməsi barədə qərar qəbul edilməsini təklif edib. Belə olan halda müdafiə tərəfinin öz mövqeyini bildirmək imkanı olmadığı üzə çıxır.

Vəkil bildirib ki, məhkəmənin qərarını alan kimi, hökmən Kassasiya Məhkəməsinə şikayət verəcək. O, hesab edir ki, hakim Armen Danielyan cinayət qanunvericiliyinin bütün prinsip və normalarını pozub.

Xatırladaq ki, Artur Sarkisyan dövlət vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Sisian icmasının keçmiş rəhbəri iyunda keçirilən parlament seçkilərində iştirak edib. O, iyulun ortalarında həbs edilib, lakin oktyabrın 14-də 20 milyon dram (40 min dollar) girov müqabilində sərbəst buraxılıb.