Monday, 29 Noyabr 2021 04:03
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
London Varşavaya "Narew" HHM sistemini hazırlamağa kömək edəcək

London Varşavaya "Narew" HHM sistemini hazırlamağa kömək edəcək

Böyük Britaniya və Polşa britaniyalı istehsalçıların Varşavaya "Narew" hava hücumundan müdafiə sistemini hazırlamağa kömək etməsi barədə razılaşma imzalayıblar.

YAZTV-nin məlumatına görə, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata əsasən, müvafiq razılaşma Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin Polşaya səfəri zamanı əldə edilib:

"Bu razılaşma Böyük Britaniya və Polşa arasında müdafiə sahəsində əməkdaşlığın keyfiyyətcə dəyişikliyini göstərir və bizim daha da sıx işləməyimizə yol açır. Polşanın milli müdafiə naziri Mariuş Blaşçak və mən yerüstü hava hücumundan müdafiə sisteminin hazırlanmasını səbirsizliklə gözləyirik. Böyük Britaniya və Polşa tarixən bir çox təhlükələr qarşısında çiyin-çiyinə dayanıblar, biz tərəfdaşlığımızı dərinləşdirməyə davam edəcəyik".

Qeyd edilir ki, idarəolunan modul hava hücumundan müdafiə sisteminin raketinin hazırlanması üzərində beynəlxalq MBDA konsorsiumunun Britaniya bölməsi məşğul olacaq. Sistemin özünün hazırlanmasında MBDA Polşanın hərbi-sənaye qrupu ilə əməkdaşlıq edəcək.

Ukraynada nazirə qarşı sui-qəsdə cəhd olub

Ukraynada nazirə qarşı sui-qəsdə cəhd olub

Ukraynada aqrar siyasət naziri Roman Leşenkoya qarşı sui-qəsd hazırlanıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, sui-qəsdin qarşısı alınıb.

Şübhəli şəxslərin artıq saxlanıldığı bildirilib.

İtaliyada 3,1 milyon nəfərə COVID-19-a qarşı üçüncü doza peyvənd vurulub

İtaliyada 3,1 milyon nəfərə COVID-19-a qarşı üçüncü doza peyvənd vurulub

İtaliyada indiyədək təxminən 3 milyon 120 min nəfərə COVID-19 infeksiyası əleyhinə üçüncü doza peyvənd tətbiq edilib.

YAZTV xəbər verir ki, bu barədə səhiyyə naziri Roberto Speranza deyib.

O bildirib ki, hazırda peyvəndin birinci dozasını qəbul edənlər ölkə əhalisinin 86,79 faizini, hər iki dozanı vurduranlar isə 84 faizini təşkil edir. COVID-19-a qarşı vaksinin tətbiqi İtaliyada bu vaxtadək təxminən 12 min ölümün qarşısını alıb.

Qeyd edək ki, İtaliyada sentyabrın 20-dən tətbiqinə başlanılan üçüncü doza peyvənd əsasən yaşı 80-dən yuxarı və xroniki xəstəlikləri olanlara vurulur. Dekabrın 1-dən etibarən isə yaşı 40-60 arasında olanlara üçüncü doza peyvəndin tətbiqinə başlanılacaq. İtaliyada vaksinasiya sertifikatını həm dövlət, həm də özəl sektor üçün məcburi edən qanun oktyabrın 15-dən qüvvəyə minib. (AZƏRTAC)

Ankarada GÜCLÜ PARTLAYIŞ: ölənlər və yaralananlar var - (YENİLƏNDİ)

Ankarada GÜCLÜ PARTLAYIŞ: ölənlər və yaralananlar var - (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi, Ankaranın Keçiören rayonunda qaz sızması nəticəsində yaşayış binasında güclü partlayış olub.

YAZTV "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə nəticəsində yaralanan 6 nəfər dərhal xəstəxanaya çatdırılıblar.

Həkimlərin edikləri müdaxilələrə baxmayaraq, Muhammed Kahtanın və 2 yaşlı qızı Mələyin həyatını xilas etmək mümkün olmayıb.

Digər 4 nəfərin müayinə və müalicələri davam edir.

xxx

Türkiyənin paytaxtı Ankara şəhərində güclü partlayış baş verib.

YAZTV "TRT Haber"ə istinadla xəbər verir ki, hadisə Keçiören rayonun Kızlarpınarı məhəlləsində qeydə alınıb.

Məlumata görə, məhəllədəki binaların birində yaranan qaz sızması səbəbilə partlayış baş verib. Nəticədə binanın bir hissəsi dağılıb.

Səhiyyə naziri Fahrettin Koca partlayış nəticəsində 6 nəfərin yaralandığını bildirib. Onlardan ikisinin vəziyyəti ağırdır.

PKK terror qruplaşmasının yaradıcılarından biri məhv edilib

PKK terror qruplaşmasının yaradıcılarından biri məhv edilib

Türkyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının birgə keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının yaradıcılarından biri olan “Fuat” kod adlı Əli Heydər Kaytan məhv edilib.

YAZTV “TRTHaber”ə istinadən xəbər verir ki, o, İraqın şimalında keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

A.H.Kaytan PKK terrorçularının başçısı Abdullah Öcalandan sonra qruplaşamada sözü keçən əsas fiqurlardan biri sayılırdı.

Paşinyan Araik Arutyunyanı özünə müavin təyin edə bilər

Paşinyan Araik Arutyunyanı özünə müavin təyin edə bilər

Ermənistan baş nazirinin müavini vəzifəsinə Araik Arutyunyan təyin oluna bilər.

A.Arutyunyan hazırda Ermənistan baş nazirinin aparatının rəhbəri vəzifəsini tutur. Baş nazirin müavini Suren Papikyanın vəzifəsindən azad olunaraq müdafiə naziri təyin olunmasından sonra bu posta A.Arutyunyanın təyin olunması məsələsi “Vətəndaş sazişi” partiyasında müzakirə edilib. Müzakirələr nəticəsində onun namizədliyi təsdiqlənib.
Beş koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Beş koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

Noyabrın 17-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Belçikada sərt COVID-19 qadağaları qüvvəyə minir

Belçikada sərt COVID-19 qadağaları qüvvəyə minir

Belçikada 10 yaşdan yuxarı uşaqların qapalı yerlərdə qoruyucu maskadan istifadəsi məcburi olacaq. 

Belçika hökuməti bu addımı pandemiyanın yayılmasının qarşısını almaq məqsədi ilə atdığını vurğulayıb.

Qərar hökumətin pandemiya ilə mübarizə komitəsinin iclasında qəbul edilib.

Komitə həmçinin Belçika vətəndaşlarına immuniteti artırmaq üçün aprelin sonuna qədər vaksinin üçüncü dozası ilə peyvənd olunmalarını tövsiyə edir.

Müəssisə rəhbərlərindən isə xahiş edilib ki, noyabrın 20-dən dekabrın 13-dək işçiləri həftədə ən azı dörd gün distant iş rejimində çalışmalarına şərait yaratsınlar.

Komitə həmçinin qeyd edib ki, Belçikada qapalı yerlərdə maska ​​taxmaq tələbi hətta peyvənd olunmuş insanlara da şamil edilə bilər. (oxu az)

Ötən rübdə İtaliyada iqtisadi artım 2,6 faiz olub

Ötən rübdə İtaliyada iqtisadi artım 2,6 faiz olub

Cari ilin üçüncü rübündə İtaliya iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 2,6 faiz artıb.

YAZTV xəbər verir ki, bu barədə Avropa Statistika Bürosu (“Eurostat”) məlumat yayıb.

Bildirilir ki, COVID-19-la bağlı qaydaların yumşaldıldığı Avropa İttifaqında (Aİ) iqtisadiyyat üçüncü rübdə əvvəlki rüblə müqayisədə 2,1 faiz artıb. Hesabat dövründə Aİ-də ümumi daxili məhsul (ÜDM) istehsalı isə əvvəlki rüblə müqayisədə 2,1 faiz, keçən ilin eyni rübünə nisbətən 3,9 faiz artıb.

Üçüncü rübdə Avrozonada ÜDM əvvəlki rübə nisbətən 2,2 faiz artıb. Hesabat dövründə Avrozonada ÜDM ötən ilin eyni rübü ilə müqayisədə isə 3,7 faiz artıb.

Saakaşvili görüş zamanı huşunu itirib

Saakaşvili görüş zamanı huşunu itirib

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili vəkilləri ilə görüş zamanı huşunu itirərək yıxılıb.

YAZTV  xəbər verir ki, bu barədə keçmiş Prezidentin vəkili Beka Basilaia jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, vəkilləri ilə görüşdən sonra yuxarı mərtəbəyə qalxarkən huşunu itirərək yıxılan M. Saakaşvili bir neçə dəqiqə sonra özünə gələrək gözlərini açıb, lakin heç bir söz deməyib.
B. Badilaia sabiq Prezidentin xərəklə aparıldığını, lakin hazırda harada olduğu barədə məlumatının olmadığını qeyd edib. (unikal org)

Koronavirusa yoluxduğu üçün atası evdən qovdu - İNTİHAR ETDİ

Koronavirusa yoluxduğu üçün atası evdən qovdu - İNTİHAR ETDİ

Türkiyənin Adana şəhərində  meşəlik ərazidə cəsəd  tapılıb. 

YAZTV xəbər verir ki, polislər cəsədi  tibbi  ekspertizaya göndəriblər. Məlum olub ki, cəsəd  26 yaşlı Akan Çiftçiyə  məxsusdur.  Mərhumun ailəsinə məlumat verilib.  Hadisə  yerinə  gələn oğlanın atası Osman Çiftçi bildirib ki, oğlu koronavirusa  yoluxubmuş. Bundan sonra atanı  nəzarət  alıblar. O, ilkin açıqlamasında oğlunu virusa yoluxduğu üçün evdən qovduğunu  dilə gətirib:

"67 min TL borcu var idi. Hər gün içib evə  gəlirdi. Bir gün gəlib  dedi ki,  koronaya yoluxmuşam.  Evdən qovdum ki, get özün-özünü müalicə et". 

Ata daha sonra sərbəst buraxılıb. Polislər cəsədin tapıldığı ərazidən silah aşkar ediblər. Məlum olub ki, gənc oğlan intihar edib. 

Hadisə ilə bağlı cinayət işi açılıb.  (unikal org)

Yaponiyada ilk dəfə maşinistsiz sürət qatarı sınaqdan keçirilib

Yaponiyada ilk dəfə maşinistsiz sürət qatarı sınaqdan keçirilib

Yaponiyanın JR East dəmir yolu şirkətinin əməkdaşları Yaponiyada ilk dəfə olaraq özünüidarəetmə sistemli sürət qatarını sınaqdan keçiriblər.

YAZTV xəbər verir ki, sınaqlar gecə saatlarında Niiqata prefekturasında aparılıb. Maşinist qatarın baş vaqonunda olub və baş verənlərə nəzarət edib, lakin cihazlar panelinə toxunmayıb. Sınaq zamanı qatar 100 km/s qədər sürətlənib, hər hansı bir gözlənilməz vəziyyət yaranmayıb.

Pilotsuz qatarların inkişafı əhalinin sürətlə qocalması səbəbindən Yaponiyanın gələcəkdə yerli işçilərin, o cümlədən maşinistlərin çatışmazlığı ilə üzləşə biləcəyi ehtimalı ilə əlaqələndirilir.