Monday, 29 Noyabr 2021 04:13
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Saakaşvili aclığı dayandırdı

Saakaşvili aclığı dayandırdı

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili 50 gündür davam etdirdiyi aclıq aksiyasını dayandırıb.

YAZTV xəbər verir ki, bu barədə Saakaşvilinin həkimi Nikoloz Kipşidze məlumat yayıb.

Qeyd edək ki, Mixeil Saakaşvili dünən Tbilisidəki həbsxanadanGürcüstan Müdafiə Nazirliyinin Qori şəhərindəki hospitalına köçürülüb. Hazırda onun müalicəsi həkimlər şurasının nəzarətində davam etdirilir. (publika az)

Mixeil Saakaşvili hərbi hospitala köçürülə bilər

Mixeil Saakaşvili hərbi hospitala köçürülə bilər

Gürcüstanda həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin Müdafiə Nazirliyinin Giorgi Abramişvili adına hərbi hospitalına köçürülməsi təklif olunub.

YAZTV xəbər verir ki, bu təkliflə Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçirdiyi brifinqdə çıxış edib.

Onun sözlərinə görə, hərbi tibbi müəssisədə M.Saakaşvilinin sağlamlığı və təhlükəsizliyi dövlət tərəfindən qorunacaq: “Bu qərarla biz yalnız onun deyil, aclıq keçirən digər şəxslərin də həyat və sağlamlıqlarını qoruyuruq”.

Almaniya yenidən karantin rejiminə qayıtdı

Almaniya yenidən karantin rejiminə qayıtdı

Almaniya Səhiyyə Nazirliyinin rəhbəri ümummilli karantin rejiminin tətbiqinə icazə verib. 

YAZTV xəbər verir ki, bu barədə "Ria Novosti" məlumat yayıb.

Bildirilib ki, Almaniyanın səhiyyə naziri  COVID-19-la əlaqədar ümummilli karantin rejiminin tətbiqini təsdiqləyib.  (unikal org)

ABŞ-da Hərbi Hava Qüvvələrinin təyyarələri toqquşub, ölən və yaralananlar var

ABŞ-da Hərbi Hava Qüvvələrinin təyyarələri toqquşub, ölən və yaralananlar var

ABŞ-ın Texas ştatındakı Laflin Hərbi Hava Qüvvələri bazasında iki "T-38C Talon" təlim təyyarəsinin iştirakı ilə baş verən qəzada bir pilot həlak olub, ikisi müxtəlif dərəcədə ağır yaralanıb.

YAZTV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat bazanın saytında yer alıb.

Hərbçilərin məlumatına görə, xəsarət alan pilotlardan birinə tibb məntəqəsində yardım göstərilib və evə buraxılıb, digəri isə ağır vəziyyətdə tibbi aviasiya tərəfindən xəstəxanaya aparılıb.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son altı əsrin ən uzun Ay tutulması belə göründü - Video

Son altı əsrin ən uzun Ay tutulması belə göründü - Video

Xəbər verdiyimiz kimi, 581 ilin ən uzun Ay tutulması baş verib.

YAZTV xəbər verir ki, Ay yerin kölgəsində 3 saat 28 dəqiqə qalıb.

NASA bu tutulmanı tam tutulma kimi təsvir edib, çünki Ay tam olaraq yerin kölgəsi altında qalmayıb.

 Bu tarixi səma hadisəsi bütün Şimali Amerikadan, eləcə də, Cənubi Amerikanın qərb yarısından, Asiyanın şimal-şərqindən və şərqi Avstraliyanın bəzi hissəsindən görünüb.

Qeyd edilib ki, baş verən hadisə 2021-ci ilin sonuncu Ay tutulması olub.

Növbəti Ay tutulması 2022-ci il mayın 16-da baş verəcək.

https://www.youtube.com/watch?v=wc_rmfRH-u4

Edamına saatlar qalmış qərar dəyişdirildi

Edamına saatlar qalmış qərar dəyişdirildi

ABŞ-da 1999-cu ildə cinayətə görə həbs edilən və barəsində ölüm hökmü çıxarılan Julius Jonesin edamına saatlar qalmış qərar dəyişdirilib.

YAZTV xəbər verir ki, bu barədə qərarı Oklahoma ştatının qubernatoru Kevin Stitt verib.

Qərara əsasən, edam hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

 

Məsələ burasındadır ki, həyatının yarıdan çoxunu həbsdə keçirən Juliusun əfv edilməsi üçün ciddi kampaniyalar aparılıb. Onun əslində irqçiliyin qurbanı olduğu düşünülüb. Bu kampaniyaya bir sıra məşhurlar da qoşulub və Juliusun əfv edilməsi üçün 6 milyon imza toplanaraq Kevin Stittə təqdim edilib.

Qeyd edək ki,  o, 1999-cü ildə 45 yaşlı Paul Hovelin öldürülməsinə görə həbs edilib. 41 yaşlı məhkum isə indiyədək özünü təqsirli bilməyib. Julius Jones bu gün yerli vaxtla 16:30-da edam edilməli idi. Yeni qərar isə 13:20-də açıqlanıb.

Saakaşvili hərbi hospitala aparıldı - Video

Saakaşvili hərbi hospitala aparıldı - Video

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisidən 80 kilometr məsafədə yerləşən Qori hərbi hospitalına aparılıb.

YAZTV “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Saakaşvilini daşıyan reanimobil xəstəxanaya qədər sərbəst hərəkət edib, heç bir insident yaşanmayıb. Sabiq prezidenti şəxsi həkimi Nikoloz Kipşidze, vəkilləri Nika Qvaramiya və Dmitri Sadxaqlişvili müşayiət ediblər. 

“Saakaşvili palataya yerləşdiriləndə biz yanında olacağıq”, - Qvaramiya bildirib.

Saakaşvilinin 50 gün davam edən aclıq aksiyasından sonra Qori xəstəxanasında müalicəsi başlanacaq. O, son iki gündür həbsxana klinikasının reanimasiya şöbəsində idi. 

https://ok.ru/video/3007355357802

Moskvanın daha bir hava limanına uçuşlara başlanılır

Moskvanın daha bir hava limanına uçuşlara başlanılır

“Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısı dekabrın 1-dən etibarən Moskvanın “Vnukovo” (VKO) hava limanına xüsusi reyslər yerinə yetirməyə başlayacaq.

 “Azərbaycan Hava Yolları” QSC-dən  verilən məlumata görə, həmin tarixdən həmçinin “Domodedovo” (DME) hava limanına reyslərin sayı artır.

Hər iki hava limanına reyslər hər gün həyata keçiriləcək. Beləliklə, Bakıdan Rusiyanın paytaxtına reyslərin ümumi sayı həftədə 14 reysə çatdırılacaq.

ABŞ iranlı hakerlər barədə məlumata görə böyük mükafat elan etdi

ABŞ iranlı hakerlər barədə məlumata görə böyük mükafat elan etdi

ABŞ 2020-ci ildə ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə təsir etməyə çalışan iranlı hakerlər barədə məlumata görə mükafat elan edib.

Dövlət Departamentindən yayılan xəbərə görə, hakerlər Seyid Hüseyn Kazımi və Səhhəd Kaşianinin İran hökumətinə xidmət etdikləri bildirilib.

 

Qeyd olunub ki, kibercinayətkarlar barədə dəyərli məlumat verənləri 10 milyon dollar mükafat gözləyir.

Avstriyada koronavirusa görə ümumi qapanma elan edilir

Avstriyada koronavirusa görə ümumi qapanma elan edilir

Avstriya hökuməti COVID-19 pandemiyası ilə bağlı vəziyyətin kritikləşməsi ilə əlaqədar ölkə ərazisində ümumi qapanma elan edib.

YAZTV-nin məlumatına görə, bu barədə Avstriya kansleri Aleksander Şallenberq region rəhbərləri ilə görüşünün yekununda elan edib.

Qeyd olunub ki, qapanma rejimi noyabrın 22-dən qüvvəyə minəcək və 20 gün davam edəcək. Rejimin dekabrın 13-də başa çatması gözlənilir.

Avstriyada həmçinin 2022-ci ilin fevralından məcburi vaksinasiyanın başlaması nəzərdə tutulur.

Qeyd edək ki, Avstriyada üçüncü həftədir ki ardıcıl olaraq koronavirusa yoluxma sayında artım qeydə alınır. Son günlərdə 15 min ətrafında yeni yoluxma faktları qeydə alınır.(trend az)

Mixeil Saakaşvili müdafiə üçün ABŞ-dan dəstək istəyib

Mixeil Saakaşvili müdafiə üçün ABŞ-dan dəstək istəyib

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ABŞ-ı onu müdafiə etməyə çağırıb.

YAZTV “Bloomberg”ə istinadən xəbər verir ki, vəkilləri tərəfindən çatdırılan məktubunda sabiq dövlət başçısı ABŞ tərəfindən dəstək verilməsə, region xalqları və qərbyönümlü liderlər “qorxulu” mesaj almış olar.

Həbsxanada döyüldüyünü, yerlə sürükləndiyini qeyd edən M.Saakaşvili həmçinin adi xəstəxanaya köçürülmədiyini, telefon işlətməkdən məhrum olduğunu, hətta öz məhkəməsinə belə buraxılmadığını diqqətə çatdırıb.

Vəkilləri bildiriblər ki, həbsxanada 50 gündür ölüm aclığı keçirən Saakaşvili ötən gün acından bayılıb, hazırda isə vəziyyəti sabitdir.

Vaşinqton rəsmiləri cavab olaraq M.Saakaşvilinin oktyabrın 1-dəki həbsindən sonra müalicəsini diqqətlə izlədiklərini, Gürcüstan hökumətini ona qarşı ədalətli davranmağa, beynəlxalq hüquq normalarına uyğun olaraq barəsindəki cinayət işlərinə dair məhkəmə iclaslarındakı iştirakını təmin etməyə çağırdıqlarını bildiriblər. (report az)

Dünyada istifadə edilən ən asan şifrələr bunlardır - Siyahı

Dünyada istifadə edilən ən asan şifrələr bunlardır - Siyahı

Dünyada bir çox insan tapılması asan olan şifrələrdən istifadə edir.

YAZTV  xəbər verir ki, bu, "Nordpass"ın illik hesabatında da öz əksini tapıb.

Araşdırmalar nəticəsində təqdim olunan hesabata görə, dünyada ən çox geniş yayılmış şifrə "123456"-dır. Məlumata görə, dünyada 103 milyondan artıq insan məhz bu şifrədən istifadə edir.

 

İkinci sırada isə "123456789" şifrəsi gəlir. Bu şifrədən istifadə edənlərin sayı 46 milyondan çoxdur. Ən asan şifrələrdən hesab olunan "12345"-dən isə 32 milyondan çox insan istifadə edir.

Ən çox istifadə edilən 10 asan şifrəni təqdim edirik:

1) 123456  - 103 170 552 istifadəçi

2) 123456789 -  46 027 530 istifadəçi

3) 12345 -  32 955 431 istifadəçi

4) qwerty - 22 317 280 istifadəçi

5) password - 20 958 297 istifadəçi

6) 12345678 - 14 745 771 istifadəçi

7) 111111 - 13 354 149 istifadəçi

8) 123123 - 10 244 398 istifadəçi

9) 1234567890 - 9 646 621 istifadəçu

10) 1234567 -  9 396 813

Qeyd edək ki, bu şifrələri qırmaq üçün 1 saniyə belə yetərlidir. (qafqazinfo az)