Monday, 29 Noyabr 2021 04:26
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Paşinyanı öldürməyə çağıran müəllimə cinayət işi açıldı

Paşinyanı öldürməyə çağıran müəllimə cinayət işi açıldı

Ermənistanda məktəb müəllimi Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı zorakılığa çağırışda ittiham olunub.

YAZTV virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə datalex.am məhkəmə informasiya sisteminə istinadən yazır.

İşin materiallarına görə, təqsirləndirilən şəxs İrəvan məktəbinin tarix müəllimi Akop Qriqoryandır:

“2021-ci il mayın 21-də 7-ci sinif şagirdləri üçün tarix dərsi keçərkən, xidməti vəzifəsindən istifadə edərək, şagirdlərin iştirakı ilə o (Qriqoryan) Baş nazir Nikol Paşinyana və onun ailə üzvlərinə qarşı ictimai çağırışlar səsləndirərək deyib ki, Nikol Paşinyanı öldürmək, ailəsini isə yandırmaq lazımdır”.

Tarix müəlliminə qarşı cinayət işi başlanılıb.

Putinlə Baydenin görüşü üçün hazırlıq gedir

Putinlə Baydenin görüşü üçün hazırlıq gedir

Rusiya Xarici İşlər Nazirliyi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında görüşə hərtərəfli hazırlaşır.

YAZTV “RİA Novosti”yə isitnadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. 

O bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında gözlənilən görüşün gündəliyi çox genişdir:

 

“Təmasların baş tutması üçün hərtərəfli hazırlıq lazımdır, biz bunu edirik. Gündəm böyükdür. ABŞ Rusiyaya qarşı bir sıra iddialar irəli sürür, o cümlədən Ukrayna mövzusunda. Onlar nə baş verdiyini ətraflı izah etməlidirlər”.

Gürcüstanda son sutkada koronavirusdan 76 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 76 nəfər ölüb

Gürcüstanda son sutka ərzində koronavirusa 3 357 yeni yoluxma faktı qeydə alınıb, 5 772 nəfər müalicə olunaraq sağalıb, 76 pasiyent vəfat edib.

YAZTV  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrə qədər qonşu ölkədə COVID-19 infeksiyasına 812 246 nəfər yoluxub. Onların 749 699-u sağalıb, 11 498-i isə dünyasını dəyişib. (report az)

İranda su qıtlığına görə növbəti nümayiş keçirildi

İranda su qıtlığına görə növbəti nümayiş keçirildi

İranın Şəhri-Kord şəhəri sakinləri su çatışmazlığına görə etiraz aksiyası keçiriblər.

Bu barədə ölkənin IRIB teleradioyayım şirkəti məlumat yayıb.

Məlumata görə, aksiya şəhərin mərkəzində təşkil olunub və yerli rəhbərliyin tələbi ilə başa çatıb.

Qeyd edək ki, cümə günü İsfahanda da analoji nümayiş keçirilmişdi.

Xatırladaq ki, İran son onilliklərin ən ciddi quraqlığı ilə üzləşib. Ölkədə kəskin içməli su qıtlığı müşahidə olunur.

Rusiyada erməni iş adamı qətlə yetirildi

Rusiyada erməni iş adamı qətlə yetirildi

Rusiyanın Sankt-Peterburq şəhərində erməni biznesmen qətlə yetirilib.

YAZTV  RİA “Novosti”yə istinadən xəbər verir ki, biznesmenin öldürülməsi yol qəzası nəticəsində məlum olub.

Belə ki, noyabrın 20-də şəhərin Leninqrad vilayətində magistral yolda maneəyə çırpılan “Mitsubishi Galant” markalı avtomobilinin yük yerindən üzərində zorakılıq əlamətləri olan kişi meyiti düşüb.

Sürücü və iki sərnişin hadisə yerindən qaçmaq istəsələr də, polis onları saxlaya bilib. Avtomobilin yük yerindən düşən meyitin isə 50 yaşlı İrəvan sakini, iş adamı Arkadi Kazinyan olduğu müəyyən edilib.

Məlum olub ki, erməni iş adamı Sankt-Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürülüb. Avtomobildə olan şəxslər isə meyiti meşədə basdırmaq üçün aparırlarmış.

Hazırda saxlanılan şəxslər müstəntiqlər tərəfindən dindirilir.

Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir

Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir

Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir.

YAZTV TASS-a istinadən xəbər verir ki, saat 07:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb. Dünyanın 68 ölkəsində daha 750 seçki məntəqəsi fəaliyyət göstərəcək. Təxminən 6,7 milyon vətəndaşın səsvermə hüququ var.

Seçki bülletenlərində cəmi iki nəfərin adı var:  Bolqarıstan Sosialist Partiyası və digər partiyaların təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş hazırkı Prezident Rumen Radev və “Bolqarıstanın Avropa kimi İnkişafı üçün Vətəndaşlar” Partiyasının namizədi, Sofiya Universitetinin rektoru Anastas Qercikov.

 

Qeyd edək ki, noyabrın 14-də keçirilmiş birinci turda Radev 49,41%, Qercikov 22,82% səs toplamışdı.

Bu ölkə Kabildəki səfirliyini yenidən açdı

Bu ölkə Kabildəki səfirliyini yenidən açdı

Birləşmiş Ərəb Əmirliyi Kabil Səfirliyini yenidən açıb.

YAZTV xəbər verir ki, bu barədə “Taliban” sözçüsü Zabihullah Mücahit Tvitterdə paylaşım edib.

“Taliban”la BƏƏ-nin yaxşı əlaqələri vardı. Münasibətlərimiz gücləndirilməlidir”, - o bildirib.

Yaponiya koronavirusun delta ştamına qalib gəldiyini elan edib

Yaponiya koronavirusun delta ştamına qalib gəldiyini elan edib

Yaponiyada COVID-19-a yoluxma halları virusun delta ştamının özünü məhv etməsindən sonra azalıb.

YAZTV xəbər verir ki, bunu Milli Genetika İnstitutunun professoru İturo İnoue "Japan Times" qəzetinə müsahibəsində deyib.

O, koronavirusun delta ştamının daimi mutasiyalar səbəbindən yoxa çıxdığını irəli sürüb.

Bundan əlavə, Yaponiyada yüksək peyvəndləmə və infeksiyadan qorunmaq üçün tədbirlərə riayət edilməsi səbəbindən yoluxma halları azalıb.

Ölkədə üç ay ərzində yoluxmaların sayı 26 minə çatsa da, bu gün yoluxma 200-i keçmir. (report az)

Estoniya Rusiya ilə sərhəddə sədd çəkir

Estoniya Rusiya ilə sərhəddə sədd çəkir

Estoniya tərəfindən Rusiya ilə sərhəd bölgələrində maneə qurğularnın inşasına başlanılıb.

İnşaat işləri ölkənin Müdafiə Nazirliyi, Polis Departamenti və Sərhəd Mühafizəsi Xidməti əməkdaşları tərəfindən aparılır.

 Sərhəd maneələrinin qurulması müvəqqəti xarakter daşıyır və təlim məqsədilə həyata keçirilir.

Təlimlərin hədəfi Estoniyanı mümkün miqrasiya axınına hazırlamaqdır.

Hindistanda daşqınlar nəticəsində 30-a yaxın insan ölüb

Hindistanda daşqınlar nəticəsində 30-a yaxın insan ölüb

Hindistanın cənub-qərbindəki Andhra Pradeş ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.

YAZTV xəbər verir ki, bu barədə "India TV" məlumat yayıb.

Məlumata görə, 1 316 kənd su altında qalıb. Yağıntı ehtimalının yüksək olması səbəbindən əyalət hökuməti gözləmə rejiminə keçib.

Hökumət həlak olanların yaxınlarına 500 min rupi (6,7 min ABŞ dolları) ödənəcəyini açıqlayıb.

Yerusəlimdə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Yerusəlimdə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Yerusəlimin Köhnə Şəhər adlanan ərazisində silahlı hücum baş verib.

YAZTV İsrailin "KAN" radiostansiyasına istinadən verdiyi məlumata görə, naməlum şəxs odlu silahdan insanlara atış açıb.

İnsident nəticəsində 2 dinc sakin və 2 polis əməkdaşı yaralanıb. Dinc sakinlərdən biri xəstəxanada dünyasını dəyişib.

 Bildirilir ki, hücum edən şəxs polislər tərəfindən cavab atəşi ilə öldürülüb.
Parisin mərkəzində yanğın – VİDEO

Parisin mərkəzində yanğın – VİDEO

Parisin mərkəzində yanğın baş verib.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

İnsident doqquzuncu dairədəki Kapusinlər bulvarında, Opera meydanı yaxınlığında qeydə alınıb. 

Əraziyə çox sayda yanğınsöndürmə briqadaları cəlb olunub.

Hadisənin səbəbləri barədə məlumat verilməyib.

https://twitter.com/musitem/status/1462011568808415236?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1462011568808415236%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Foxu.az%2Fworld%2F548272