Monday, 29 Noyabr 2021 04:42
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bolqarıstanda avtobus faciəsi, azı 46 nəfər öldü

Bolqarıstanda avtobus faciəsi, azı 46 nəfər öldü

Bolqarıstanın paytaxtı Sofiyanın qərbində Şimali Makedoniyaya məxsus avtobus yanıb.

YAZTV  xarici KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğın zamanı azı 46 Şimali Makedoniya vətəndaşı ölüb.

Hadisə Pernik şəhərində qeydə alınıb. Məlumata görə, avtobus yol kənarındakı maneəyə çırpıldıqdan sonra alışmağa başlayıb. Ölənlərdən 12-nin uşaq olduğu bildirilir.

Yaralanan 7 nəfər isə Sofiyadakı xəstəxanaya çatdırılıb.

Nikol Paşinyan sabah mətbuat konfransı keçirəcək

Nikol Paşinyan sabah mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 23-ü saat 20:00-da feysbuk səhifəsindən canlı mətbuat konfransı keçirəcək.

YAZTV “Aysor”a istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan feysbuk səhifəsində yazıb.

O, mətbuat konfransında KİV və QHT təmsilçilərinin suallarına cavab verəcəyini bildirib.

N.Paşinyan deyib ki, mətbuat konfransı 1,5 - 2 saat davam edəcək.

Çexiyada peyvənd olunmayanlar üçün karantin tətbiq edildi

Çexiyada peyvənd olunmayanlar üçün karantin tətbiq edildi

Çexiyada noyabrın 22-dən etibarən peyvənd olunmayan və COVID-19-a yoluxmayanlar üçün karantin rejimi tətbiq edilib.

YAZTV xarici mediaya istinadən xəbər verir ki, həmin şəxslərə 2022-ci ilin fevral ayının sonuna qədər mağazalara (əsas tələbat məhsullarının satıldığı və apteklərdən başqa), restoranlara və digər ictimai iaşə obyektlərinə, kinoteatra daxil olmaq, mədəniyyət, idman tədbirlərinə və kütləvi aksiyalara qatılmaq qadağan edilib.

Hazırda Çexiyada noyabr ayından başlayan məktəblilərdən mütəmadi olaraq koronavirus testi götürülməsi, həmçinin müəssisə və firma işçilərinin həftəlik testdən keçirilməsi prosesi davam etdirilir. Bu zaman isə yalnızca PCR-testlərdən istifadə olunur.

Ümumilikdə isə ölkədə 6,24 milyon nəfər koronavirusa qarşı vaksin olunub ki, bu da peyvənd oluna bilən yaş kateqoriyasındakı insanların 70%-dən bir qədər çoxunu təşkil edir.

Hazırda respublikada 203,1 min nəfər koronavirus xəstəsi var. Onlardan 4,1 min nəfəri xəstəxanalara yerləşdirilib. Pandemiya ərzində isə bu ölkədə 32 mindən çox insan dünyasını dəyişib. (qafqazinfo az)

Dünyada pandemiya ilə bağlı vəziyyət ağırlaşır

Dünyada pandemiya ilə bağlı vəziyyət ağırlaşır

Koronavirus pandemiyası ərzində dünyada COVID-19-a yoluxanların ümumi sayı 258 253 904 nəfərə çatıb.

Bu barədə “YAZTV” ayrı-ayrı ölkələrin virusa yoluxma ilə bağlı statistikasına istinadən xəbər verir.

Məlumata görə, dünyada koronavirusdan ölənlərin sayı 5 172 659 nəfər təşkil edir.

Dünya ölkələri arasında pandemiyadan ən çox ABŞ ziyan çəkir. Birləşmiş Ştatlarda COVID-19-a 48 643 278 insan yoluxub. Son sutkada daha 32 453 nəfərdə koronavirus aşkarlanıb. ABŞ həm də COVID-19-dan ölənlərin sayına görə dünyada birincidir. Birləşmiş Ştatlarda ümumilikdə 793 953 insan pandemiyanın qurbanı olub. Son sutkada 169 nəfər koronavirusdan ölüb.

Siyahıda ikinci yerdə Hindistan (34 523 965 yoluxma) qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində son sutkada daha 5 064 nəfərdə təhlükəli infeksiya aşkarlanıb. Eyni zamanda pandemiya ərzində 465 911 insan koronavirusdan ölüb.

Braziliya da koronavirusdan ən çox əziyyət çəkən ölkələr siyahısındadır. Amerikanın bu ölkəsində pandemiya ərzində 22 017 276 insanda COVID-19 aşkarlanıb, 612 722 təhlükəli infeksiyanın qurbanı olub.

Böyük Britaniya siyahıda dördüncüdür. Birləşmiş Krallıqda koronavirusun aşkarlandığı xəstələrin ümumi sayı 9 889 926 nəfər, ölənlərin sayı isə 143 972 nəfər təşkil edir.

Siyahıda sonrakı yerlərdə Rusiya qərarlaşıb. Şimal qonşumuzda virusa 9 366 839 yoluxma qeydə alınıb, 265 336 insan COVID-19-un qurbanı olub. Pandemiyadan ən çox əziyyət çəkən ölkələr siyahısında Türkiyə, Fransa, İran, Almaniya, Argentina, İspaniya qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Hazırda dünyanın ayrı-ayrı ölkələrində koronavirusun təhlükəli ştamları aşkarlanıb.

Rusiyada koronavirusdan ölənlərin sayı 265 mini keçdi

Rusiyada koronavirusdan ölənlərin sayı 265 mini keçdi

Rusiyada son sutka ərzində daha 35 681 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

YAZTV “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 9 366 839 nəfərə çatıb.

Ötən gün Rusiyada 1 241 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 265 336 nəfərə çatıb. İndiyədək 8 053 643 xəstə sağalıb. (unikal org)

Saakaşvilinin son durumu açıqlandı

Saakaşvilinin son durumu açıqlandı

"Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhəti normaldır, ağırlaşma yoxdur".

YAZTV  xəbər verir ki, bu sözləri reanimotoloq İneza Sulamanidze deyib.

 "Daha bir neçə gün diqqət olunmalıdır. Lakin əminliklə deyə bilərəm ki, ağırlaşma olmayıb", - deyə İ.Sulamanidze bildirib.

Məlumat üçü qeyd edək ki, M.Saakaşvili Qori hərbi hospitalına yerləşdirildikdən sonra aclığı dayandırıb.

Putinlə Vuçiç Soçidə görüşəcəklər

Putinlə Vuçiç Soçidə görüşəcəklər

Rusiya Prezidenti Vladimir Putinlə serbiyalı həmkarı Aleksandr Vuçiç noyabrın 25-də Soçidə görüşəcəklər.

YAZTV TASS-a istinadən xəbər verir ki, bu barədə Vuçiç özü jurnalistlərə açıqlayıb. 

“Mən Moskvaya deyil, Soçiyə gedəcəyəm”, - deyə Vuçiç bildirib. 

Qeyd edək ki, Vuçiç daha əvvəl demişdi ki, noyabrın 25-də Moskvada Putinlə görüşəcək və onunla Serbiya üçün qazın qiymətini müzakirə etməyi planlaşdırır. Onun sözlərinə görə, ilk təklif kimi Belqrad Serbiya tərəfi üçün qazın qiymətinin 1000 kubmetr üçün 780-790 dollara çatacağı bir formul alıb. Serbiya prezidenti respublikanın belə bir qiymətə tab gətirə bilməyəcəyini etiraf etmişdi.

Oktyabrın 7-də Rusiya-Serbiya hökumətlərarası komitəsinin iclasında Rusiya baş nazirinin müavini Yuri Borisov ilin sonuna qədər Rusiyadan Serbiyaya qaz tədarükünə dair uzunmüddətli sazişin bağlanacağına ümid etdiyini bildirmişdi.

Türkiyədə 4,7 ballıq zəlzələ oldu

Türkiyədə 4,7 ballıq zəlzələ oldu

Türkiyədə Erzurumun Köprükoy bölgəsində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

YAZTV Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən xəbər verir ki, zəlzələ Erzurum vaxtı ilə 11:31-də olub. 

 Zəlzələ 6,9 kilometr dərinlikdə baş verib. İlkin məlumatlara görə, xəsarət alan və dağıntılar olmayıb.
ABŞ-da naməlum şəxs avtomobili parad iştirakçılarının üzərinə sürüb, ölən və yaralılar var

ABŞ-da naməlum şəxs avtomobili parad iştirakçılarının üzərinə sürüb, ölən və yaralılar var

ABŞ-ın Viskonsin ştatının Uokeşa şəhərində avtomoilin naməlum şəxs tərəfindən Milad paradının iştirakçıları üzərinə sürülməsi nəticəsində azı bir nəfər ölüb, 20-dən artıq insan xəsarət alıb.

YAZTV yerli KİV-lərə istinadən xəbər verir ki, hadisədən sonra atəş səsləri eşidilib. Şahidlərin sözlərinə görə, avtomobildəki şəxslər parad iştirakçılarına atəş açıb.

Şəhərin polis departamentinin rəhbəri Den Tompson bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, daha iki nəfərin axtarışları davam edir.

Vaksinasiya olunan Vladimir Putinin durumu açıqlanıb

Vaksinasiya olunan Vladimir Putinin durumu açıqlanıb

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı üçüncü doza (buster) peyvəndi vurdurduqdan sonra özünü yaxşı hiss edir.

YAZTV TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dövlət başçısı “Sputnik Light”la (“Sputnik layt”) aşı olunub.

D.Peskov əlavə edib ki, V.Putin hazırda iş başındadır: “O indicə görüş keçirib”.

Məlumata görə, Rusiya Prezidenti bu yaxınlarda revaksinasiya olunub.

Bolqarıstanda prezident seçkilərinin qalibi bəlli oldu

Bolqarıstanda prezident seçkilərinin qalibi bəlli oldu

Bolqarıstanın hazırkı dövlət başçısı Rumen Radev 64,5% səslə dünən keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

YAZTV xəbər  verir  ki, araşdırma məlumatları Bolqarıstanın Nova telekanalında canlı yayımlanıb. “Gallup International” sosioloji agentliyinin exit-pollunun nəticələrinə görə, Radevin nəticəsi 65,7% təşkil edir.

Hər iki araşdırma göstərir ki, Bolqarıstanın ən yüksək dövlət vəzifəsinə daha bir namizəd - Sofiya Universitetinin rektoru Anastas Hercikov Radevə uduzur. Trend agentliyinin məlumatına görə, o, səslərin 33,6%-ni, Gallup International-ın məlumatına görə - 31,5%-ni toplayıb. (unikal org)

Moskva yaxınlığında yol qəzası nəticəsində 9 yaşlı uşaq ölüb, yaralılar var

Moskva yaxınlığında yol qəzası nəticəsində 9 yaşlı uşaq ölüb, yaralılar var

Moskva vilayətində magistral yolda yük maşını və minik avtomobili toqquşub. Nəticədə 9 yaşlı uşaq ölüb, üç nəfər yaralanıb.

YAZTV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qəza A107 magistralının 21-ci kilometrliyində baş verib. Həlak olanların hamısının minik avtomobilində olduğu bildirilir.

Hadisə yerində polislər işləyir, qəzanın baş vermə səbəbləri araşdırılır.