Monday, 29 Noyabr 2021 02:54
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Vəkil: "Saakaşvilinin psixoloji yardıma ehtiyacı var"

Vəkil: "Saakaşvilinin psixoloji yardıma ehtiyacı var"

Qoridə hərbi hospitalda reabilitasiya keçən Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin psixoloji yardıma ehtiyacı var.

YAZTV  xəbər verir ki, bu barədə siyasətçinin ukraynalı vəkili Yevgeni Hruşovets məlumat verib.

"Biz 15 saat ərzində onunla görüşməyə çalışdıq. Fərq göz qabağındadır. Bu, Ukraynada görüşdüyüm Mixeil Saakaşvili deyil. Onun həqiqətən də psixoloji köməyə və tam tibbi yardıma ehtiyacı var", - vəkil qeyd edib.

Saakaşvilinin anası Giuli Alasaniya da oğlunu ziyarət etdikdən sonra onun səhhətinin pisləşməsi barədə məlumat verib:

"Onun depressiyaya düşdüyü görünür. Mixeil bizim əvvəllər tanıdığımız kimi deyil".

Eyni zamanda, endokrinoloq Yelena Qiorqadze eks-prezidenti müayinə etdikdən sonra onun artıq yaxşılaşdığını bildirib. Endokrinoloqun sözlərinə görə, Saakaşvili beş dəqiqə ərzində xəstəxana dəhlizi ilə gəzə bilib.

Qeyd edək ki, Saakaşvili reabilitasiya olunmaq üçün noyabrın 20-də Qoridəki hərbi hospitala aparılıb. Əvvəllər o, aclıq aksiyası fonunda vəziyyətinin pisləşməsi ilə əlaqədar noyabrın 8-də həbsxana xəstəxanasında olub. Sabiq lider oktyabrın 1-də həbs olunduqdan sonra özünü siyasi məhbus hesab etdiyi üçün yeməkdən imtina etdiyini açıqlayıb. Son illərdə o, Ukraynada yaşayıb və bu ölkənin vətəndaşlığına malikdir. Saakaşvili bələdiyyə seçkilərinin birinci turuna az qalmış Gürcüstana qayıdıb, bundan sonra ölkədə iki cinayət işi üzrə ona qarşı qiyabi hökmlər çıxarıldığı üçün həbs edilib. Birincidə o, üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib.

Eks-prezident 2013-cü ildə ölkəni tərk etdikdən sonra ona qarşı ümumilikdə 4 cinayət işi qaldırılıb. Oktyabrın 20-də Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub.

Ukrayna ordusu Rusiya ilə sərhəddə təlimlər keçirəcək

Ukrayna ordusu Rusiya ilə sərhəddə təlimlər keçirəcək

Ukraynanın Xarkov vilayətinin başçısı vəzifəsini icra edən Aleksandr Skakun bildirib ki, Ukrayna ordusu gələn həftə Rusiya ilə sərhəd yaxınlığında təlimlər keçirəcək.

YAZTV xəbər verir ki, bu barədə Ukraynanın “Censor.net” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, təlimdə üç mindən çox hərbçi iştirak edəcək.

“Bütün bunlar dövlət sərhədinin mühafizəsi fəlsəfəsinə uyğundur. İlk dəfədir ki, biz onlarla sərhəddə ərazi müdafiəsi ilə bağlı işimizdən danışırıq. Belə təlimlər olacaq”, - deyə o bildirib

Kabildə yenə partlayış oldu

Kabildə yenə partlayış oldu

Əfqanıstanın paytaxtı Kabil şəhərininin mərkəzində partlayış olub.

YAZTV “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, partlayışın paytaxtda yerli bazarda baş verdiyi bildirilir.  

Xəsarət alanların olub-olmaması ilə bağlı hələ ki, məlumat yoxdur.

İrəvandan İstanbula birbaşa uçuşlar həyata keçiriləcək

İrəvandan İstanbula birbaşa uçuşlar həyata keçiriləcək

Ermənistanın “Flyone Armenia” aviaşirkəti Türkiyənin İstanbul şəhərinə birbaşa uçuşlar həyata keçirəcək.

YAZTV Sputnik Ermənistan”a istinadən xəbər verir ki, şirkət dekabrın 15-dən etibarən İstanbul da daxil olmaqla 7 istiqamət üzrə birbaşa uçuşlar təşkil edəcək.

Digər şəhərlər Moskva, Tehran, Lyon, Tel-Əviv, Krasnodar, Tbilisi və Kutaisidir.

Şirkətin yaydığı məlumata əsasən, bütün uçuşlar İrəvanda yerləşən “Zvartnoç” beynəlxalq hava limanından həyata keçiriləcək. Şirkət ilk reysi Moskva şəhərinə edəcək.

Biletlərin qiymətinə gəldikdə isə 6 istiqamət üzrə biletin dəyəri 39 avrodan başlayacaq. Lyona isə biletin dəyəri 44 avro olacaq.

Norveçdə təlim təyyarəsi qəzaya düşdü

Norveçdə təlim təyyarəsi qəzaya düşdü

Norveçdə yüngül mühərrikli təlim təyyarəsi qəzaya düşüb.

YAZTV  xarici mediaya istinadən xəbər verir ki, göyərtəsində bir təlimçi və 2 tələbənin olduğu təyyarə Larvik şəhərində qəzaya düşüb. Həmin şəxslərin sağ qalacağına dair ümid yoxdur.  

Hazırda xilasedicilər qəza yerinin axtarışları ilə bağlı əməliyyat keçirir.

Ermənistan XİN: "Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq"

Ermənistan XİN: "Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq"

“Rəsmi İrəvan Ankara ilə münasibətləri tənzmiləməyə hazır olduğu barədə Moskvanı məlumatlandırıb”.

YAZTV TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

"Bir sıra beynəlxalq tərəfdaşlar, o cümlədən müttəfiqimiz Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini dəstəkləməyə hazır olduqlarını açıqladı. Rusiyalı tərəfdaşlarımızla müzakirələr zamanı biz ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olduğumuzu bildirdik. Ermənistan Türkiyə ilə münasibətləri ilkin şərt olmadan nizamlamağa həmişə hazır olub. Amma hələlik Türkiyə ilə heç bir danışıqlar aparılmır”, - o bildirib.

Ötən həftə dünyada koronavirusdan ölənlərin sayı 6 faiz artıb - ÜST

Ötən həftə dünyada koronavirusdan ölənlərin sayı 6 faiz artıb - ÜST

Son bir həftə ərzində dünyada 3,5 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 51 mindən çox insan isə koronavirusdan ölüb.

YAZTV-nin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma və ölüm hallarının 6 faiz artıb.

"Noyabrın 15-dən noyabrın 21-dək koronavirusa 3 597 398 nəfər yoluxub, 51 373 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqayisədə 6 faiz çoxdur".

Türkiyə lirəsindən növbəti antirekord

Türkiyə lirəsindən növbəti antirekord

Türkiyə lirəsi ucuzlaşmaqda davam edir.

ABŞ dolları qarşısında 7,49 faiz dəyər itirən Türkiyənin milli pul vahidi üzrə məzənnə hazırda 1 ABŞ dolları - 12,2377 lirə nisbətindədir.

Sonuncu dəfə 1 ABŞ dolları 11,3853 lirəyə bərəbər olub.

Qeyd edək ki, bu Türkiyə lirəsi üçün növbəti antirekorddur.

“Telegram”ın yaradıcısı hansı ölkənin vətəndaşıdır?

“Telegram”ın yaradıcısı hansı ölkənin vətəndaşıdır?

“VKontakte” sosial şəbəkəsi və “Telegram” mesencerinin yaradıcısı rusiyalı Pavel Durov Fransa vətəndaşlığı alıb.

Bu barədə Fransa hökumətinə məxsus rəsmi resursda müvafiq sənəd dərc olunub.

23 avqust tarixli sənəddə ölkə vətəndaşlığı almış şəxslərin siyahısı təqdim edilib. Onların arasında Durov da var. İş adamının adı ilə yanaşı, onun doğum tarixi və yeri də burada öz əksini tapıb.

 

“Telegram”ın yaradıcısı hələ ki, yayılan xəbərlərə münasibət bildirməyib.

Qeyd edək ki, Durov Rusiya vətəndaşlığı ilə yanaşı, Sent-Kits və Nevis ada dövlətinin pasportuna sahibdir.

Eynşteynin dəftəri 13 milyon dollara satıldı

Eynşteynin dəftəri 13 milyon dollara satıldı

Məşhur alim Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə bağlı qeydlərinin olduğu dəftər hərraca çıxarılıb. 

YAZTV xarici KİV-ə istinadən xəbər verir ki, dəftər hərracda 13 milyon dollara satılıb.

Fizikə məxsus əlyazma Fransanın paytaxtı Parisdəki “Christie's” Hərrac Evində keçirilən hərracda alıcı tapıb.

Yarısı Eynşteyn tərəfindən yazılmış 54 səhifəlik dəftər naviqasiya kimi texnologiyaların təməlini qoyan nəzəriyyəyə dair qeydləri ehtiva edən iki sənəddən biridir.

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək - Ərdoğan

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək - Ərdoğan

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək.

YAZTV-nin məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının əyalət rəhbərlərinin genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək.

"AK Parti millətimizin qurduğu bir partiyadır. Millətimiz üçün hər bir xidməti həyata keçirmişik. 2023-cü ilə qədər davam edən prosesdə 84 milyon vətəndaşımızın hər birinin qapısına gedib onların könlünü alacağıq. Biz çox çalışacağıq", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

Türkiyədə terrorçular zərərsizləşdirildi

Türkiyədə terrorçular zərərsizləşdirildi

Türkiyənin şərqində keçirilən “Eren Kış” antiterror əməliyyatının yeddinci mərhələsi çərçivəsində Bitlis vilayətində 3 terrorçu zərərsizləşdirilib.

YAZTV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, antiterror əməliyyatı Türkiyə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə həyata keçirilib.

Bitlis vilayətində terrorçuların axtarışı və zərərsizləşdirilməsinə 680 polis əməkdaşı və xüsusi təyinatlı jandarm cəlb olunub. Ümumilikdə 38 xüsusi təyinatlı dəstə əyalətin bir sıra rayonlarında xidmət aparır.

Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.