Wednesday, 19 Yanvar 2022 20:29
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı

Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı

Koronavirus tədbirləri çərçivəsində 8 ay müddətinə xarici vətəndaşlar üçün dayandırılan ümrə ziyarətləri yenidən başlayıb.

Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Umrə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İndoneziya və Pakistandan gələn ziyarətçilər noyabrın 1-də ölkəyə çatıb və üç gün karantində qaldıqdan sonra Kəbəyə üz tutublar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 4 oktyabr tarixindən ölkə vətəndaşları üçün ümrə ziyarətlərinə yenidən başlamışdı.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 29 sentyabrda ümrə ziyarətləri üçün bəzi tədbirlərin görüləcəyini açıqlamışdı. Belə ki, koronavirus tədbirləri çərçivəsində Kəbə və Həcərül-Əsvədin ətrafına qoyulmuş barrikadaların orada qalmağa davam edəcəyi, ziyarətçilərin Kəbə və Həcərül- Əsvədə yaxınlaşmasına və onlara toxunmasına icazə verilməyəcəyi, həmçinin Kəbənin yerləşdiyi Məscidül-Həramın gündə 10 dəfə dezinfeksiya ediləcəyi bildirilmişdi. (Qafqazinfo)

Gürcüstanın baş naziri koronavirusa yoluxub

Gürcüstanın baş naziri koronavirusa yoluxub

Gürcüstanın baş naziri Giorgi Qaxarianın koronavirusla bağlı testi pozitiv nəticələnib.

YAZTV xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətindən bildirilib.

G.Qaxaria özünü yaxşı hiss edir və ev şəraitində müalicə olunur.

Qeyd edək ki, baş nazir ötən gündən özünütəcrid rejiminə keçib.

Moskvada koronavirusdan ölənlərin sayı 7 minə yaxınlaşır

Moskvada koronavirusdan ölənlərin sayı 7 minə yaxınlaşır

Moskvada son sutka ərzində daha 63 nəfər koronavirusdan dünyasını dəyişib.

YAZTV TASS-a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 6 936-ya çatıb.

Moskvada ümumilikdə 434 mindən çox insan koronavirusa yoluxub, 318 mindən çox pasiyent xəstəliyə qalib gəlib.

Əfqanıstanda terror aktı törədilib, ölənlər var

Əfqanıstanda terror aktı törədilib, ölənlər var

Əfqanıstanın cənub-şərqindəki Zabul əyalətində terror aktı törədilib.

YAZTV xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, hadisə zamanı 2 dinc sakin həlak olub, daha 1 nəfər yaralanıb.

Zabul əyalətinin qubernator administrasiyasının mətbuat katibi Gül İslam Siyal jurnalistlərə bildirib ki, terrorçular Şinkey rayonunun Qund kəndində yolun kənarına partlayıcı qurğu yerləşdiriblər.

Bomba mülki şəxslərin olduğu avtomobil yoldan keçərkən partlayıb.

Terror aktına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Çində təbii qaz stansiyasında yanğın, 5 ölü

Çində təbii qaz stansiyasında yanğın, 5 ölü

Çinin cənubunda yerləşən Beyhay şəhərində sıxılmış təbii qaz stansiyasında yanğın baş verib.

YAZTV bildirir ki, bu barədə “TASS” xəbər verib.

Çinin Mərkəzi televiziyasının verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb, daha bir nəfər itkin düşmüş hesab olunur.

Yanğın nəzarət altına alınıb. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Yanğının səbəbi müəyyən edilir, araşdırma aparılır.

Bu gün ABŞ-da 59-cu prezident seçkiləridir

Bu gün ABŞ-da 59-cu prezident seçkiləridir

Çərşənbə axşamı (bu gün) ABŞ-da 59-cu ümumi seçkilər keçiriləcək.

YAZTV “TASS”a istinadən bildirir ki, Prezident və vitse-prezidentlə yanaşı, amerikalılar 35 senator, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hakimiyyət orqanları rəhbərlərini seçməlidirlər.

Ağ Ev uğrunda mübarizədə Prezident Donald Tramp və vitse-prezident Maykl Pensla ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Kaliforniya ştatından senator Kamala Harris rəqabət aparır.

Qeyd edək ki, seçilmiş prezidentin inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

Rusiyada son sutkada 18 648 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 18 648 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 18 648 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

YAZTV-nin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 673 686 nəfərə çatıb.

Son sutka ərzində 355 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 28 828 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Ötən il 57 jurnalist qətlə yetirilib

Ötən il 57 jurnalist qətlə yetirilib

2018-2019-cu illərdə jurnalistlərin öldürülməsi əvvəlki illərlə müqayisədə daha az baş versə də, cinayətlərin yalnız onda birinin üstü açılıb.

YAZTV-nin məlumatına görə, bunu UNESCO-nun Baş direktoru xanım Odre Azule bildirib.

Onun sözlərinə görə, son on ildə dünyada dörd gündən bir jurnalist öldürülsə də, bu cinayətləri törədənlər cəzasız qalmaqda davam edir:

“BMT-yə üzv dövlətlərdən daxil olan məlumata görə, dünyada törədilən qətllərin 13 faizi tamamlanmış məhkəmələr nəticəsində həll edilib. Bu, əvvəlki göstəricilərə nisbətən bir az yaxşılaşma deməkdir”.

Təşkilatın məlumatına görə, 2018-2019-cu illərdə dünyanın müxtəlif ölkələrində 156 jurnalist qətlə yetirilib. Hadisələrin 57-si 2019-cu ildə baş verib. 2018-2019-cu illərdə ən çox jurnalist Latın Amerikası və Karib dənizi bölgəsində qətlə yetirilib.

İzmirdə ölənlərin sayı 98-ə çatdı

İzmirdə ölənlərin sayı 98-ə çatdı

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb.

YAZTV xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Yeraltı təkanlar nəticəsində 962 nəfər xəsarət alıb. Onlardan 743-ü xəstəxanadan evə buraxılıb, 219-nun müalicəsi davam etdirilir.

“Ciddi ziyan görmüş və çökən binaların sayı 58-ə çatıb. Axtarış və xilasetmə işləri sürətlə davam edir. Dəymiş zərərin qiymətləndirilməsi işləri tamamlanır. Bir tərəfdən söküntü işlərinə başlamışıq. Dünəndən etibarən 2 binada söküntü işləri başlayıb”, - deyə nazirlikdən bildirilib.

Rayan Giqqz həbs olundu

Rayan Giqqz həbs olundu

Uels milli komandasının baş məşqçisi Rayan Giqqz həbs olunub.

YAZTV xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəsi ev zorakılığında ittiham olunur. Britaniya polisini Giqqzin sevgilisi Keyt Qrevill çağırıb. O, sabiq futbolçu tərəfindən döyüldüyünü iddia edib.

Qeyd edək ki, bu, Giqqzin ilk qalmaqalı deyil. İki il öncə onun öz xanımına qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üzə çıxmışdı.

Bayden Trampı yalan danışmaqda günahlandırdı

Bayden Trampı yalan danışmaqda günahlandırdı

ABŞ-da demokratların dövlət başçısı postuna namizədi Co Bayden seçkilərdə qalib gələcəyi təqdirdə amerikalılara koronavirus pandemiyası ilə bağlı bütün həqiqətləri danışacağını və infeksiyaya qarşı mübarizə üsulları hazırlayarkən mütəxəssislərin rəyini dinləyəcəyini söz verib.

Bu barədə YAZTV “tASS”a istinadən xəbər verir.

Baydenin seçki qərargahının saytında yerləşdirilən açıqlamada deyilir: “Fevral ayında prezident Donald Tramp koronavirusun yaratdığı təhlükədən xəbərdar idi. Ancaq amerikalılara həqiqəti söyləmək əvəzinə, yalan danışdı, heç bir şey etmədi və yalnız pandemiyanın bitməsini istədi. İndi pandemiyanın başlamasından təxminən səkkiz ay sonra, prezidentin koronavirusun yayılmasını nəzarət altına almaq planı yoxdur”.

Qeyd edək ki, ABŞ-da 9,24 milyon insanın yeni növ koronavirus infeksiyasına yoluxması qeydə alınıb. Müalicə alan 231 227 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Moskvada daha 53 nəfər koronavirusun qurbanı oldu

Moskvada daha 53 nəfər koronavirusun qurbanı oldu

Moskvada son sutka ərzində daha 53 nəfər koronavirusdan dünyasını dəyişib.

YAZTV TASS-a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 6 873-ə çatıb.

Moskvada ümumilikdə 429 mindən çox insan koronavirusa yoluxub, 314 mindən çox pasiyent xəstəliyə qalib gəlib.