Monday, 29 Noyabr 2021 04:01
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Dünyada COVID-19-dan ölənlərin sayı 800 minə çatdı

Dünyada COVID-19-dan ölənlərin sayı 800 minə çatdı

Dünya üzrə koronavirus infeksiyasından ölənlərin sayı 800 min nəfərə yüksəlib.

YAZTV xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilir ki, 14 760 490 nəfər xəstəlikdən sağalıb.

Dünyada koronavirusa yoluxanların sayı 22 984 824 nəfərə çatıb.

Ölənlərin sayına görə birinci yerdə Amerika Birləşmiş Ştatları durur - 175 429 ölüm. İkinci və üçüncü yerlərdə Braziliya (113 358) və Meksika (59 610) qərarlaşıb.

Dünyada koronavirusa yoluxanların sayı 23 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 23 milyonu ötdü

Dünyada koronavirus qurbanlarının sayı 800 min nəfəri ötüb.

Bu barədə YAZTV xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, koronavirusun qeydə alındığı 218 ölkədə və bölgədə COVID-19-a yoluxanların ümumi sayı 23 milyon nəfəri ötüb.

Dünyada 23 069 867 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Pandemiya ərzində təhlükəli virusdan ölənlərin ümumi sayı 801 530 nəfərə çatıb. Virusa yoluxmuş 15 673 194 insan sağalıb.

Koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb.

Co Bayden 70 milyon ABŞ dolları ianə toplayıb

Co Bayden 70 milyon ABŞ dolları ianə toplayıb

ABŞ-da bu il keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi olan Cozef Bayden seçki kampaniyasının keçirilməsinə son dörd gün ərzində 70 milyon ABŞ dolları məbləğində ianə toplayıb.

YAZTV xəbər verir ki, bu barədə “CNN” televiziyasına siyasətçinin seçki qərargahından məlumat verilib.

Bildirilib ki, Cozef Bayden təkcə iki gün ərzində seçki kampaniyası üçün 48 milyon ABŞ dolları ianə toplayıb.

Qeyd edək ki, Demokrat Partiyası avqustun 18-də Cozef Baydeni ali dövlət postuna namizədliyini təsdiq edib. Daha sonra, Viskonsin ştatının Miluoki şəhərində virtual şəkildə keçirilən partiya qurultayında Cozef Bayden ABŞ prezidenti postuna namizəd olmağa razılıq verib.

ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Bu seçkilərdə Cozef Baydenin rəqibi respublikaçıların namizədi, hazırkı prezident Donald Tramp olacaq.

Qaraciyər xərçəngindən qoruyan içki

Qaraciyər xərçəngindən qoruyan içki

Dünyadakı hər insan gündə ən azı iki fincan qəhvə içsə, yüz minlərlə insanı ölümcül qaraciyər xərçəngindən xilas etmək olar.

YAZTV-nin məlumatına görə, bu barədə “Medical Xpress” xəbər yayıb.

Avstraliyalı alimlər hesab edir ki, gün ərzində iki və ya üç stəkan qəhvə içmək xərçəngə yoluxma şansını 38%, bu xəstəlikdən ölmə riskini 46% azaldır. Əgər bir gündə dörd stəkan qəhvə içsəniz, bu rəqəmlər müvafiq olaraq 41% və 71% olacaq.

Araşdırma qrupu 2016-cı il ərzində qaraciyər xərçənginə yoluxan şəxslərin səhhəti ilə bağlı məlumatları təhlil edib. Həmin il qaraciyər xərçəngindən 240 mindən çox insan ölüb.

Elm adamları bu insanlar arasında qəhvə istehlakına dair statistikanı da tərtib ediblər.

Məlum olub ki, gündə iki stəkan qəhvə qəbulu 452 861 xəstənin qaraciyər xərçəngindən ölməsinin qarşısını ala bilərdi. Əgər xəstələr dörd stəkan kofe içsəydilər, onda 723 287 nəfəri xilas etmək olardı.

Alimlər hesab edir ki, ölümcül xəstəlikdən qorumaq üçün insanlar gündəlik qida rasionlarına qəhvə əlavə etməlidirlər.

ABŞ-da 42 il axtarışda olan qatilə ömürlük həbs verildi

ABŞ-da 42 il axtarışda olan qatilə ömürlük həbs verildi

Amerikanın Sakramento (Kaliforniya ştatı - Red) şəhərində məhkəmə, 13 nəfəri öldürdüyünü və onlarla insana təcavüz etdiyini etiraf edən 74 yaşlı Cozef Ceyms Deancelon barəsində qərar çıxarıb.

YAZTV xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Qərara əsasən, Cozef Ceyms Deancelon ömürlük azadlıqdan məhrum edilib.

Keçmiş polis zabiti olan Deancelon on illərlə davam edən axtarışlardan sonra 2018-ci ildə həbs olunub.

Onun şəxsiyyətini DNT müayinəsinin köməyi ilə müəyyənləşdirmək mümkün olub. Cozef həmçinin, həbsxanadan vaxtından əvvəl azad olmaq hüququndan da məhrum edilib. Hökm oxunmamışdan əvvəl qatil “etdiyim əməldən səmimi şəkildə peşmanam” söyləyib.

Yerli rəsmilərin dediyinə görə, Deancelon 1976-cı ildən 1986-cı ilə qədər Kaliforniyada ən azı 13 qətl törədib və 50-dən çox şəxsə təcavüz edib.

Onun “Qızıl ştatdan olan qatil”, “Əsl gecə ovçusu”, “Şərqdən gələn təcavüzkar” kimi bir çox ləqəbləri olub.

Əvvəlcə hüquq mühafizə orqanlarının əməkdaşları cinayətləri ayrı-ayrı şəxslərin törətdiyini ehtimal etsələr də, zaman keçdikcə bütün cinayətlərin bir nəfər tərəfindən törədildiyinə əmin olublar.

Aleksey Navalnı müalicə üçün Almaniyaya aparıldı

Aleksey Navalnı müalicə üçün Almaniyaya aparıldı

Rusiyanın Omsk şəhərinin Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Aleksey Navalnı xüsusi tibbi təyyarə vasitəsi ilə Almaniyaya yola salınıb.

YAZTV “TASS”a istinadən xəbər verir ki, koma vəziyyətində olan rusiyalı müxalifətçi Berlin şəhərindəki “Şarite” klinikasında müalicəsini davam etdirəcək.

Məlumata görə, təyyarə Omsk Beynəlxalq Hava Limanından yerli vaxtla saat 04: 59-da (Bakı vaxtı ilə - 05:59) uçub.

Xatırladaq ki, 20 avqust tarixində rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib.

İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komada olduğu bildirilir. Yerli həkimlərin onun zəhərləndiyi iddiasını rədd edirlər.

750 milyon ağcaqanad təbiətə buraxılır

750 milyon ağcaqanad təbiətə buraxılır

ABŞ-ın Florida ştatı bölgədəki ağcaqanad problemini təbiətə milyonlarla genetikası ilə oynanmış ağcaqanadlar buraxaraq həll etməyi planlaşdırır.

YAZTV  “Euronews”a istinadən xəbər verir ki, bu həftə Florida-Kis Ağcaqanadlara Nəzarət Mərkəzi genetikası dəyişikliyə məruz qalmış 750 milyon ağcaqanadı xəstəlik yayan sarı qızdırmalı ağcaqanadla (“Aedes aegypti”) mübarizə aparmaq üçün təbiətə buraxmaq qərarı verib.

Genetikası ilə oynanmış ağcaqanadların 2021-2022-ci illər arasında Floridaya yayılacağı açıqlanıb. Bildirilib ki, təbiətə buraxılacaq ağcaqanadların genetikası “Aedes aegypti”lərin sayını azaltmaq məqsədilə dəyişdirilib.

Qeyd edək ki, “Aedes aegypti” adlı ağcaqanad növü sarı qızdırma, zika, denge qızdırması, çikuqunya kimi ölümcül xəstəlikləri insanlara yoluxdururlar. Floridadakı ağcaqanadların 1%-ni təşkil edən “Aedes aegypti” ilə mübarizə üçün ştat hər il 1 milyon dollardan çox büdcə ayırır.

Braziliyada bir gündə 935 nəfər virusdan ölüb

Braziliyada bir gündə 935 nəfər virusdan ölüb

Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 27 233 nəfər olub.

YAZTV-nin verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 935 nəfər ölüb. Bununla ümumi ölüm sayı 113 358 nəfərə yüksəlib. Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 3 532 330 yoluxma aşkar edilib.

Qeyd edək ki, Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

ÜST COVID-19-un nə zaman bitəcəyini açıqladı

ÜST COVID-19-un nə zaman bitəcəyini açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) pandemiyasının iki ildən az müddətdə bitəcəyini gözləyir.

YAZTV xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Hazırki dönəmdə daha çox texnologiyalar mövcuddur. Virus sürətli yayılır, ancaq onu dayandırmaq üçün texnologiyamız var. Buna görə iki ildən az müddətdə bu pandemiyanı bitəcəyinə ümid edirik”-deyə, o bildirib.

Tedros Adhanom Qebreyesus həmçinin, koronavirusla 1918-ci ildə yayılmış “İspan qripi”ni də müqayisə edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.

Məşhur aktrisa və həyat yoldaşı həbs edildi

Məşhur aktrisa və həyat yoldaşı həbs edildi

ABŞ-da qızını saxta yolla kollecə qəbul etdirən Hollivudun məşhur aktrisası Lori Laflin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib

YAZTV-nin məlumatına görə, bu barədə “CNN” xəbər yayıb.

Lori Laflin azadlıqdan məhrum edilməklə yanaşı, 100 saat ictimai iş görməli və 150 min ABŞ dolları cərimə ödəməlidir.

Aktirasının həyat yoldaşı Cannulli barəsində isə beş ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, 250 saat ictimai iş görməli və dövlətin hesabına 250 min ABŞ dolları məbləğində vəsait ödəməlidir.

Onların hər ikisi də noyabrın 19-dək ABŞ Həbsxana İdarəsinə təslim olmalıdırlar.

Qeyd edək ki, Cannulli və Laflin qızlarının Cənubi Kaliforniya Universitetinə daxil olması üçün 500 min ABŞ dolları ödəyib. Bu məlumat mətbuatda yayıldıqdan sonra böyük rezonans doğurub.

Türkiyədə bir gündə 1 203 nəfər COVID-19-a yoluxub

Türkiyədə bir gündə 1 203 nəfər COVID-19-a yoluxub

Son gün ərzində Türkiyədə koronavirusdan daha 22 nəfər ölüb.

YAZTV xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 6 080 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 203 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 255 723-ə yüksəlib.

Ukraynada koronavirusa yoluxanların sayı 100 mini ötdü

Ukraynada koronavirusa yoluxanların sayı 100 mini ötdü

Ukraynada daha 2 106 nəfərdə COVID-19 aşkarlanıb.

YAZTV xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.

Məlumata görə, eyni dövr ərzində ölkədə 23 nəfər koronavirusdan ölüb, 637 nəfər sağalıb.

Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 100 643 nəfərə koronavirus diaqnozu qoyulub. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 207 nəfər ölüb, 51 078 nəfər sağalıb.